tayfa-tabın sözü azərbaycan dilində

tayfa-tabın

Yazılış

  • tayfa-tabın • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tayfa
Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/ Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة‎) kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة‎) deyilir. Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır. Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir.
Bayandur (tayfa)
Bayandur — oğuz tayfalarından birinin adıdır. Oğuz tayfa birliklərinin adları Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Yazıçı oğlu Əli və Əbülqazi Xan Xivəli tərəfindən qeydə alınmışdır. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncər oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayılarla birgə dururdular, sol cinahda -bayandurlar və peçeneqlər. == Bayandur adı tarixi mənbələrdə == Mahmud Kaşğari özünün "Divani-lüğət-it türk" adlı əsərində Oğuzun 22 boydan (qəbilə-tayfa birlikləri) ibarət olduğunu göstərir. Fəzlullah Rəşidəddinin "Cami-ət təvarix" (bütün tarixlər) əsərində Oğuzların 24 boydan ibarət olduğunu göstərir. Qeyd olunan müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13-cü çəkilir. Yazıçıoğlu Əlinin "Səlcuqnamə"sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir. Bayandur xan adı Orxon-Yenisey abidələrində yüksək titul, fəxri ad hesab olunurdu. Ağqoyunlu tayfa birləşmələrində bayandurlar tayfasının hakim rol oynaması və ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşirTarixi mənbələrdə Bayandur həm antroponim, həm də etnonim kimi işlədilməsi məlumdur.
Bərgüşad (tayfa)
Bərgüşad — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında olmuş, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər.
Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər.Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. == Ümumi məlumat == Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir. "Sisakan tarixi" əsərinin müəllifi, əslən türk cinni olan Stepan Orbelian (atasının adı Tarsancdır.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Milanlı (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, Van və Dərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.
Milli (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, Van və Dərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.
Məsqət tayfa
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Püsyan (tayfa)
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Qacarlar (tayfa)
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi)."An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Rafadan Tayfa
Rafadan Tayfa 1 dekabr 2014-cü ildə TRT Çocuk kanalında yayımlanmağa başlayan Türk animasiya cizgi filmidir. ISF Studios şirkəti tərəfindən istehsal olunan və İsmail Fidan tərəfindən istehsal və rejissorluq etdiyi animasiya Ankara'da hazırlanır. Bu gün Ramazan ayında nəşr olunan Ramazan Tayfa və gündəlik nəşr olunan Trafik Tayfa və Dijital Tayfa kimi müxtəlif seriyalar de var.
Su (tayfa)
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər. Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir.
Zilanlı (tayfa)
Zilanlı (kürd. Zîlanlî) — Azərbaycanda kürddilli tayfa ittifaqı. Rusiya-İran müharibəsindən (1826-1828) sonra zilanlılar İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar. Azərbaycanın Qubadlı rayonunda eyniadlı kənd mövcuddur. Zilanlı tayfa ittifaqının köçü ilk öncə Arazboyu ərazilərə olmuşdur. Zilanlı tayfa ittifaqı Buriki, Cəlali, Milaya, İradi, Zabuq, Cunuq, Çaxmanlı, Arizanlı və Halisanlı tayfalarından ibarət idi. Bu tayfaların bir qismi Arazboyu ərazilərə, əsas qismi isə İrəvan quberniyasının Naxçıvan qəzasına köçmüşdür.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. == Tarixi == ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı “Məhsul” olub. “İmarət” tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. “İmarət” təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub.“İmarət tayfa” azad azarkeş qrupu 2009-cu ildə yarandı. “Qarabağ”ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq “Qarabağ”a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi.
İyirmidördlər (tayfa)
İyirmidördlər (kürd. Yirmîdortler) — Azərbaycanda tayfa ittifaqı. İyirmidördlər tayfa ittifaqına həm türk (azərbaycanlı), həm də kiçik kürd tayfaları daxil idi. Mərkəzi Bərdə olan, Tərtər çayı sahili ərazi XVI əsrdən etibarən bu köçəri tayfalara verilmişdir. Tayfa ittifaqına daxil olan kürd tayfaları getdikcə azərbaycanlılara assimilyasiya olunmuşdur. Qarabağ elatlarından olmuş, 1736-cı ildə Muğan qurultayında Nadirqulu xanın şah elan edilməsinə qarşı çıxmışdır.
Şamlı (tayfa)
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri. == "Şamlı" adı haqqında == Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir. Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.
Şeylanlı (tayfa)
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.. Bu camaat I Şah Abbas dönəmində İrandan Qarabağa gələn 24 tayfadan biridir..
Şotlanlı (tayfa)
Şotlanlı (kürd. Şotlanlî) — Azərbaycanda kürddilli tayfa. Onlar Anadoludan İranın Sərab ərazisinə, yəni Şəqaqi elinə gəlmişdir. Burada yaşamış Şatiranlu oymağı şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olub. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına köç etmişlər. Ağdam və Ağcabədi rayonlarında eyniadlı kəndlər mövcuddur. 23 aprel 1994-cü ildə Ağdamın Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun tərəfindən işğaldan azad edilmişdir.
Məsudlar(tayfa)
Türk tayfa konfederasiyaları
Bir versiyaya görə Türk dilindəki Oğuz və ya Oğur (r və z dəyişmələri mümkündür) tarixi perespektivdən hərbi bölmə, klan və ya tayfanı ifadə etmək üçün istifadə edilmişdir. 1206-cı ildə monqol imperiyasının yaranması ilə Türk xaqanlıqları monqol-türk xaqanlıqlaı formasında yenidən formalaşdırılmışdır və yeni konfederasiyalar Orda deyə adlandırılmışdır. == Haqqında == VIII əsrə aid Kül Tigin abidəsində Göytürk əlifbasında Toquz Oğuz sözünün toqquz tayfa anlamında işlədilməsi ehtimalı vardır. Bir qədər sonra bu söz Türk köçləri zamanı iki ayrı qrupu tərif etmək üçün işlədilməyə başlayır: Onoqurlar Utiqurlar Kutriqurlar Uyğurlar Saraqurlaruq-, oq- sonluqları proto=türkcədəki uk sözündən törəmişdir. Bu söz Türk dilində işlədilən ox sözü ilə yaxından əlaqəlidir. 2002-ci ildə yazdığı əsərdə uk ilə ox sözü arasındakı əlaqəni izah etməyə çalışan Valter Pohl Çinin T'ang-şu xronikasından istifadərək yazır: Xan öz mülkünü 10 tayfa arasında böldü. Hər tayfanın rəhbərinə o, bir ox göndərdi. Bu tayfaların rəhbərlərinin adı 'on şad' idi, lakin onlar həm də 'on oxlar' deyə adlandırırdılar. Oğuz (oğur) əslən Köçəri imperiyasının etnogenez prosesləri ilə qəbilə və ya etnik məna kəsb edən hərbi bölgüsü idi. == Qeydlər == == Həmçinin bax == Oğuzlar Göytürklər == İstinadlar == == Mənbə == Sergei Anatolyevich Starostin.

tayfa-tabın sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Culfa) qohum-əqrəba. – Bunun başında çox tayfa-tabın olur

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#tayfa-tabın nədir? #tayfa-tabın sözünün mənası #tayfa-tabın nə deməkdir? #tayfa-tabın sözünün izahı #tayfa-tabın sözünün yazılışı #tayfa-tabın necə yazılır? #tayfa-tabın sözünün düzgün yazılışı #tayfa-tabın leksik mənası #tayfa-tabın sözünün sinonimi #tayfa-tabın sözünün yaxın mənalı sözlər #tayfa-tabın sözünün əks mənası #tayfa-tabın sözünün etimologiyası #tayfa-tabın sözünün orfoqrafiyası #tayfa-tabın rusca #tayfa-tabın inglisça #tayfa-tabın fransızca #tayfa-tabın sözünün istifadəsi #sözlük