Jan Templin
Jan Templin (fr. Jean Templin; ilk adı Yanuş Templin pol. Janusz Templin olmuşdur; 14 dekabr 1928, Fransa – 23 noyabr 1980) — hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Çempionlar Kubokunun ilk mövsümünün finalında vurulan qollardan birinin müəllifi.
== Həyatı ==
1928-ci ildə müasir Belarus ərazisində, Baranoviçi şəhərində anadan olmuşdur (o zaman Polşa Respublikasının Novoqrudek voyevodalığı idi).
Futbolçu karyerasına Fransanın "Vilfranş Bojole" həvəskar klubunda başlamışdır. 1950-ci ildə yüksək liqanın "Reyms" klubuna keçdi. "Reyms"in forması ilə 150-dən çox oyuna çıxmış və iki dəfə Fransa çempionu olmuşdur, bundan başqa 1953-cü ildə Latın Kubokunun qalibi olmuşdur. 1955/56 mövsümündə klubla birlikdə Çempionlar Kubokunun ilk finalının iştirakçısı oldu. "Real Madrid"ə qarşı keçirilən oyun 3:4 hesabı ilə ispaniyalıların xeyrinə bitdi, Templin həmin oyunun 10-cu dəqiqəsində klubunun 2-ci qolunu vurmuşdur.