turbin-nasos sözü azərbaycan dilində

turbin-nasos

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • turbin-nasos • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nasos
Nasos - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. ==== Tarixi ==== Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Turbin
[[İmage:Dampfturbine Montage01.jpg|thumb|right|220px|Buxar turbinin quraşdırılması, Siemens AG firması,(AFR)]] Turbin (lat. turbare - dönən) ― mayelərin, qazların kinetik enerjisini fırlanma hərkətinə çevirən enerji maşınlarına aid edilir. Tətbiq olunan mayenin şırnağı rotorda oturdulmuş pərlərə dəyərək onu fırladır. Əldə edilən güc rotora bərkidilmiş iş maşının, məsələn, generatorun valına ötürülür. İş maşınının sabit dönmə momenti turbinin fırlanmasını tənzim edir.Turbinlər elektrik enerjisinin alınması üçün atom və istilik elektrik stansiyalarında, həmçinin gəmilərdə, təyyarələrdə hidrodinamik ötürmənin tərkib hissəsi kimi tətbiq olunurlar. Turbinlərlə oxşarlığı olan, əksinə işləmə prinsipnə malik olanlara nasoslar və kompressorlar aiddirlər. Turbinlər insan tərəfindən indiyə kimi hazırlanmış ən böyük maşın hesab olunur. Onların gücü 1,5 GVatt həddində ola bilir. ==== Tipləri ==== Sıxılan mayelərlə işləyən (istilik maşınları)Qaz turbini Buxar turbini Şırnaqla işləyən turbinSıxılmayan mayelərlə işləyən (hidravlik maşınlar)Külək turbini Su turbiniKonstruksiyasına görəAxial quruluşlu (məs. Kaplan-Turbini) Radial quruluşlu (məs.
Nasos (bürc)
Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4-cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Aktiv turbin
Aktiv turbin — işlək kürəklərin faydalı iş yaratmaq üçün işlək maddənin (qazın, buxarın, mayenin) sərbəst axınının yalnız kinetik enerjisindən istifadə edilən turbin növü. İşlək kürəklərin qarşısında yerləşdirilmiş, tərpənməz istiqamətləndirici kanallarda (ucluqlarda) axının daxili enerjisi kinetik enerjiyə, kürəklərdə isə kinetik enerji mexaniki işə çevrilir. Aktiv turbindəki axının təzyiqi işlək çarxın girişində və çıxışında eynidir. Aktiv turbinlərin üstünlükləri ümumiyyətlə aşağıdakılardır: kamerada daha vahid bir təzyiq paylanması səbəbiylə turbinə nisbətən təchizat kanallarının yerində daha çox sərbəstlik; kiçik bir təzyiq fərqi şəraitində boşluqlardan sızma əhəmiyyətsiz olduğundan, turbin və korpus arasındakı boşluqların ölçüsünə, istehsalın asanlaşdırılmasına və yataklar üçün tələblərə daha aşağı tələblər; şaftda aşağı eksenel yük; maşınlarla birləşməni asanlaşdıran reaktiv turbinlərlə müqayisədə daha aşağı fırlanma sürəti.
Turbin mühərrik
Turbin mühərrikləri — porşenli mühərriklər kimi yanacaq və hava yandırır, ancaq porşeni yuxarı və aşağı hərəkət etdirmək əvəzinə, turbin adlanan bir qrup fan bıçağı yüksək sürətlə fırladır. Turbin mühərrikləri ilk dəfə İkinci Dünya Müharibəsi dövründə təyyarələrdə istifadə edilmişdir. Bir çox növ turbin mühərriki mövcuddur. Ən geniş yayılmış növü turbofan mühərrikdir.
Qaz-turbin yağları
Qaz-turbin yağları — Dünya təcrübəsində sintetik qaz-turbin yağları 40-cı illərin sonunda meydana gəlmişdir. Bu yağları bəzən sintetik yağların ilk nəsli adlndırırlar. == Tətbiqi == Qaz turbin yağlarına aviasiya qaz-turbin mühərriklərini yağlamaq üçün tətbiq olunan yağlar aiddir. Turboreaktiv mühərriklərdə yağlar turbini və kompressorun böyük ölçülü yüksək sürətli diyircəkli və rolikli diyircəkli yastıqlarını, yanacaq və qaz nasoslarının ötürücü qutularının diyircəkli yastıqlarını, dişli, çarxlı və digər köməkçi mexanizmləri yağlamaq üçün nəzərdə tutulub. == Növləri == MC-8П – aviasiya və gəmi mühərrikləri üçün perspektiv neft yağı kükürdlü Şərq neftlərindən MS-8 yağ əsasında istehsal olunur. Tərkibində antioksidləşdirici, yeyilməyə qarşı aşqarlar var. ИМП-10 — parafinin hidrokrekinq və hidroizomerləşmə məhsullarının sebasin turşusu və ozooktil spirtinin mürəkkəb efiri ilə qarışığından ibarətdir. Tərkibində oksidləşmə və yeyilməyə qarşı aşqarlar metalın deaktivatoru var. Yağın işçi temperaturu 2000C-dək olan təyyarə və zirehli tank texnikasında qurulan istilik gərginlikli turboreaktiv mühərriklərdə tətbiq edilir. Yağın ən böyük üstünlüyü az korroziya aktivliyinə, qeyri-metal konstruksiya metallarına və özlükləri zəif təsir etməsidir.

Oxşar sözlər

#turbin-nasos nədir? #turbin-nasos sözünün mənası #turbin-nasos nə deməkdir? #turbin-nasos sözünün izahı #turbin-nasos sözünün yazılışı #turbin-nasos necə yazılır? #turbin-nasos sözünün düzgün yazılışı #turbin-nasos leksik mənası #turbin-nasos sözünün sinonimi #turbin-nasos sözünün yaxın mənalı sözlər #turbin-nasos sözünün əks mənası #turbin-nasos sözünün etimologiyası #turbin-nasos sözünün orfoqrafiyası #turbin-nasos rusca #turbin-nasos inglisça #turbin-nasos fransızca #turbin-nasos sözünün istifadəsi #sözlük