Turşsu sözü azərbaycan dilində

Turşsu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Turşsu • 94.2105%
  • turşsu • 4.7368%
  • TURŞSU • 1.0526%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Turşsu
Yaşayış məntəqələri Turşsu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Turşsu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Turşsu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda qəsəbə.Digər Turşsu (içki) — təbii, müalicəvi mineral süfrə suyu.
Turşsu (Gədəbəy)
Turşsu (əvvəlki adı: Kilsəli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kilsəli olmuşdur. Yaşayış məntəqəsi Çay Rəsullu kəndindən ayrılmış alqulular, məşədiismayıllı, oruclu nəsillərinin köhnə kilsənin ətrafında məskunlaşması nəticəsində yaranmış və Kilsəli adlandırılmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 278 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Turşsu (Laçın)
Turşsu — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Fətəlipəyə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Turşsu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == === Tarixi abidələri === Burada xeyli tarixi abidələr və qəbirsanlıqlar var idi ki, indi ermənilər tərəfindən dağıdılıb. == Coğrafiyası və iqlimi == Kəndin ətrafı dağlarla əhatə olunmuş və Laçın rayonunun digər kəndləri kimi böyük meşə ehtiyatına malikdir. Mineral suları ilə məşhurdur. == Əhalisi == İşğala qədər əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfat sahəsi heyvandarlıq olmuşdur. Bol ot ehtiyatına malik otlaqları vardır.
Turşsu (içki)
Turşsu — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu.Bu suyun mənbəyi Şuşa şəhərinin 17 km cənub-qərbində, Zarıslı çayının dərəsində 1700 m yüksəklikdədir. Bu su mikroelementlərlə zəngin olub, karbonatlı, hidrokarbonatlı, maqneziumlu, natriumlu, kalsiumludur. Minerallaşması 2,4 q/l-dir. Mədə-bağırsaq, öd kisəsi yuyulur, vanna edilir. Bu su ilə ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və s. xəstəliklər müalicə olunur. Turşsu boru vasitəsilə Şuşa şəhərinə nəql edilirək və öz təyinatı üzrə istehlak edilirdi.
Turşsu (Şuşa)
Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati-ərazi dairəsində qəsəbə. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Turşsu qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. == Toponimikası == Qəsəbənin adı yaxınlığındakı Turşsu bulağının adından götürülüb. == Tarixi == Qəsəbə Zarıslı çayı dərəsindədir. 1972-ci ilədək Lisoqorsk sovxozu yanında qəsəbə adlanırdı. Lisoqorsk (Keçaldağ toponiminin ruscaya kalkasıdır) çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndliləri salmişdilar. Qəsəbənin ərazisi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olmuşdur. Yaşayış məntəqəsinə ad burada mövcud olan mineral su bulaqlarına görə verilmişdir.XX əsrin əvvəllərində ruslar tərəfindən məskunlaşan Yelizavetpol quberniyasının Şuşa qəzasının Lısoqor (rus. Лысогоръ, tərcüməsi: Keçəl dağ) kəndi kimi əsası qoyulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.59 dəfə / 1 mln.
2007 •••••••• 0.42
2009 •••••••••••••••• 0.96
2010 •••••••••••••••• 0.91
2011 •••••••••••••••••••• 1.20
2012 ••••••••••••••• 0.86
2013 ••••••••••••• 0.73
2014 •••••• 0.34
2015 ••••••••• 0.51
2016 •••••• 0.35
2017 •••••• 0.33
2018 ••••• 0.30
2019 ••••••• 0.42
2020 •••••••••••••• 0.80

turşsu sözünün leksik mənası və izahı

turşsu sözünün rus dilinə tərcüməsi

turşsu sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. туршсу (сагъардай ятарикай садан тӀвар; Шушада авай Туршсу булахдин тӀвацӀикай).

    Azərbaycanca-ləzgicə lüğəti / turşsu

"turşsu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#turşsu nədir? #turşsu sözünün mənası #turşsu nə deməkdir? #turşsu sözünün izahı #turşsu sözünün yazılışı #turşsu necə yazılır? #turşsu sözünün düzgün yazılışı #turşsu leksik mənası #turşsu sözünün sinonimi #turşsu sözünün yaxın mənalı sözlər #turşsu sözünün əks mənası #turşsu sözünün etimologiyası #turşsu sözünün orfoqrafiyası #turşsu rusca #turşsu inglisça #turşsu fransızca #turşsu sözünün istifadəsi #sözlük