* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar və ya başqa şey; probka. [Musa kişi:] parçadan tikilmiş və nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov. Tıxac sıçrayıb qapıya dəydi, konyak yerə çiləndi. İ.Hüseynov. 2. məc. Normal hərəkətə, axına mane olan şeylərin toplusu; probka. Maşınlardan küçədə tıxac əmələ gəlmişdi. 3. Neft quyularında borunun içinə yığılan və nasosun normal işləməsinə mane olan parafin və s. qatı. Borunu dəyişmək lazımdır, – deyə qoca usta, nəhayət qamətini düzəltdi: – Yoxsa yenə tıxac bağlayacaq. Y.Əzimzadə. Çıxmalıdır quyudan; Tıxac tutmuş borular. Ə.Əlibəyli.
Azərbaycan dilinin izahlı lüğəti / tıxac2 сущ. пробка: 1. общее название втулок, затычек для закупоривания бутылок и других сосудов, а также для закрывания различных отверстий в аппаратах, приборах и т.п. Rezin tıxac резиновая пробка, şüşə tıxac стеклянная пробка, tıxacla bağlamaq закрыть пробкой, tıxacı açmaq открыть пробку; tıxacı çıxarmaq вытащить, снять пробку 2. перен. скопление кого-л., чего-л., мешающее нормальному движению, течению; затор. Yollarda tıxac əmələ gəlmişdir на дорогах образовалась (создалась) пробка 3. в нефтяных скважинах: парафин и т.п., скопившийся в трубах и мешающий нормальной работе насосов. Borular tıxac bağlayıb в трубах образовалась пробка 4. мед. тромб (сгусток крови, образующийся в кровеносном сосуде)
Azərbaycanca-rusca lüğət / tıxac1 сущ. 1. кӀумп, пробка; 2. пер. пробка; 3. нафтӀадин фурара турбадин къенез кӀватӀ хьана (турбада акӀана) насосдин кӀвалахуниз манийвалзавай парафиндин ва мс. къат.
Azərbaycanca-ləzgicə lüğəti / tıxac