təkfur sözü azərbaycan dilində

təkfur

Yazılış

  • təkfur • 60.0000%
  • Təkfur • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.
Aya Nikola (İnəgöl təkfuru)
Aya Nikola və yaxud Agios Nikolayos (yun. Άγιος Νικόλαος; XIII əsr – 1299) — İnəgöl Təkfuru. == Həyatı == 1278-ci ildə II Andronik tərəfindən Təkfur olaraq İnəgölə göndərilmişdir. Onun Qayı tayfası və xüsusilə də Ərtoğrul Qazi ilə yaxşı əlaqələri mövcud idi. Ərtoğrul Qazinin ölümündən sonra Dündar bəylə Osman Qazi arasında baş vermiş olan bəylik üstündəki münaqişədən istifadə edərək türkmən xalqının ərazilərinə soxularaq torpaq əldə etmək istəmişdir. 1283-cü ildə Osman bəyin ordusu ilə İnəgölə gəldiyi xəbərini alan Aya Nikola, Osman bəyin hücumuna pusqu ilə cavab vermişdir. İlk döyüşünü Osman bəylə Ermənibəli ərazisində aparmışdır. Bu döyüşdə Saru Batu Savcı bəyin oğlu 15 yaşlı Bayhoca şəhid olmuş və Bizans ordusu məğlub edilmişdir. 1284-cü ildə Osman bəy Qulucahisar qalasının daxilində olan casuslarının vasitəsilə gecə basqını həyata keçirdərək Qulucahisar qalasını ələ keçirmişdir. Qulucahisar qalasının tutulması xəbərini alan Nikola Konstantinopoldakı imperator II Andronikdən 300 nəfərlik Bizans süvari dəstəsi istəmişdir.

təkfur sözünün leksik mənası və izahı

"təkfur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təkfur nədir? #təkfur sözünün mənası #təkfur nə deməkdir? #təkfur sözünün izahı #təkfur sözünün yazılışı #təkfur necə yazılır? #təkfur sözünün düzgün yazılışı #təkfur leksik mənası #təkfur sözünün sinonimi #təkfur sözünün yaxın mənalı sözlər #təkfur sözünün əks mənası #təkfur sözünün etimologiyası #təkfur sözünün orfoqrafiyası #təkfur rusca #təkfur inglisça #təkfur fransızca #təkfur sözünün istifadəsi #sözlük