təlimlər sözü azərbaycan dilində

təlimlər

Yazılış

  • təlimlər • 86.6714%
  • Təlimlər • 13.3109%
  • TƏLİMLƏR • 0.0177%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İqtisadi təlimlər tarixi
İqtisadi təlimlər tarixi — ictimai istehsal tarixi boyunca iqtisadi anlayışların mənşəyini, formalaşmasını, inkişafını və dəyişdirilməsini öyrənən bir elm. == İqtisadi təlimlər tarixi == === İqtisadi təlimlər tarixinin metodu === İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixtisas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqtisadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şəraitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qanunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nəzəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan yaranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız Antuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə adlandırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatlarında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar məktəbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul etmiş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd etmişdir.
Qədim dövrün iqtisadi təlimləri
Qədim dövrün iqtisadi təlimləri — İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq Qədim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəsilə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədəniyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir. İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 38.45 dəfə / 1 mln.
2002 ••• 6.85
2003 ••••• 14.57
2004 ••••••••• 25.27
2005 •••• 10.12
2006 •••••• 17.79
2007 •••••• 15.43
2008 •••••• 15.35
2009 ••••••••••••• 39.20
2010 ••••••••••• 30.68
2011 •••••••••••• 35.77
2012 •••••••••••••• 41.39
2013 ••••••••• 26.11
2014 ••••••••••••••••• 49.08
2015 ••••••••••••••••• 49.84
2016 •••••••••••••••••• 54.14
2017 ••••••••••••••••• 51.70
2018 •••••••••••••••• 48.69
2019 •••••••••••••••••••• 61.34
2020 •••••••••••••••• 48.40

"təlimlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təlimlər nədir? #təlimlər sözünün mənası #təlimlər nə deməkdir? #təlimlər sözünün izahı #təlimlər sözünün yazılışı #təlimlər necə yazılır? #təlimlər sözünün düzgün yazılışı #təlimlər leksik mənası #təlimlər sözünün sinonimi #təlimlər sözünün yaxın mənalı sözlər #təlimlər sözünün əks mənası #təlimlər sözünün etimologiyası #təlimlər sözünün orfoqrafiyası #təlimlər rusca #təlimlər inglisça #təlimlər fransızca #təlimlər sözünün istifadəsi #sözlük