* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. “Ulamaq”dan f.is. 2. İt, qurd və bəzi başqa heyvanların, habelə bayquşun çıxardığı sürəkli inilti səsi. Çaqqal ulaması. Uzaqdan canavarın ulaması eşidilir. – Oradan-buradan gecəquşlarının iniltiyəbənzər ulamaları eşidilirdi. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ulama1 Arabanın dal və qabaq oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu, il feili əsasında yaranıb, ilmək, ilgək, ilmə, ilişmək sözlərinin kökü il məhz əlaqə yaratmaq mənası ilə uyğun gəlir. Bəzi türk dillərində xəstəliyin yoluxmasına da ulaşma deyirlər (bizdə də ilişmək sözü bu mənada işlədilir). Ehtimal ki, elə yoluxmaq kəlməsi də ulaşmaq sözünün təhrif edilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ulama1 сущ. от глаг. ulamaq; вой, завывание. İtlərin ulaması вой (завывание) собак, küləyin ulaması вой (завывание) ветра
Azərbaycanca-rusca lüğət / ulama1 fi. howl, howling, (nalə) to wail; ulamağa başlamaq to set* up a howl! / wail
Azərbaycanca-ingiliscə lüğət / ulama1 is. hurlement m ; gémissement m ; ~ğa başlamaq commencer vt à hurler
Azərbaycanca-fransızca lüğət / ulama1 1. f.is. кил. ulamaq; 2. къув, ав ягъун (кицӀи, жанвурди, типӀре ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / ulamaI (İmişli) calaq. – Ucunda ulama vardı, da:m vermədi ◊ Ulama qoymağ – calaq vermək. – Başına ulama qoyginan, çassın II (Ağdam, Basarkeçər, Bərdə, Göyçay, Xanlar, Kürdəmir, Qazax, Oğuz, Şəki, Zaqatala) xışın və ya kotanın bir hissəsinin adı. – Ulamanı salırdıx əvəndiyə (Ağdam); – Ulamanı boyunduruğa bağla, öküzdəri sür (Bərdə); – Ulama xışın qoluna birrəşir, boyundurux qoşulur (Oğuz) – Cütün ulaması yoxdu (Qazax); – Ulama boyunduruğa sarıney kin, öküz çəx’sin (Xanlar); – Kötüyə keçirən o eyri şeyə qol diyirdilər, qolun da qavağına caliyillər ulama; – Ulamanı keçirillər çəmbəriyə (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.