Qacar-Vəhabi Müharibəsi
Qacar-Vəhhabi müharibəsi və ya Fətəli Şahın Vəhhabilərə Qarşı Kampaniyası (fars : جنگ قاجار — وهابی ها). Müharibə təxminən 1812–1814-cü illərdə Qacarlarla Omanlılar arasında vəhhabilərə qarşı olub.
== Fon ==
1802-ci ildə Vəhhabilər Kəbəlaya hücum edib, buradaki Şiələri qətlə yetirdilər. İmam Hüseynin türbəsinin zərər görməsi Şiələr üçün son nöqtə oldu. Oman sultanı Said ibn Sultan Qacarlardan kömək istədi və uzun çəkən danışıqlardan sonra Fətəli şah Qacar Vəhhabilərə qarşı Omanlılarla birləşməyə razı oldu.
== Qacarların Ərəbistana yürüşü ==
Fəth Əli şahın əmri ilə, Sə'ədi xanın başçılığı altında üç min döyüşçüdən ibarət böyük bir qoşun yığıldı. Bu qüvvə Bərkəyə doğru irəlilədi və hər iki tərəf birləşmiş qüvvələrə komandanlığı Səid ibn Sultanın öz üzərinə götürməsinə razılaşdılar. Səid ibn Sultanla Qacar şahının ittifaqının yaratdığı təhlükəni qabaqcadan hiss edən Diriyyə əmiri Səud ibn Əbdüləziz dostluq əlaqələri qurmaq və gözlənilən səfərin qarşısını almaq üçün şaha elçi göndərdi. Buna baxmayaraq, şah Səid ibn Sultanın tərəfində durmaya davam etdi və sərkərdə Sə'ədi xana göstəriş verdi ki, Səid ibn Sultanı üç min qacar süvari ilə geri qayıdarkən müşayiət etsin. Bu qüvvə 1812-ci ilin əvvəllərində Bərkəyə çatdı.