* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Xəyala gələn qorxulu şeylər, hövl. Təklik, xarabanın vahiməsi, qaranlıq gecə … bunların heç birisi ərindən qaçmış cavan gəlinə əsər edə bilmədi. Çəmənzəminli. // Qorxu, dəhşət; təşviş və narahatlıq. Hamının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Qız vahimə və iztirabla yoldaşlarına baxır və heç bir söz demirdi. İ.Əfəndiyev. □ Vahimə basmaq (götürmək, bürümək) – bərk qorxmaq, dəhşətə düşmək, qorxuya düşmək, vahimələnmək. Nurəddin qorxaq uşaq deyilsə də, meşənin vahiməsi onu da basmışdı. S.S.Axundov. Tellini yenidən vahimə bürüdü. O qorxurdu. S.Hüseyn. Vahimə etmək – qorxmaq. [Ağa Kərim:] Gərək o hər necə desə, onun sözündən çıxmayasan və heç vahimə və ehtiyat etməyəsən. M.F.Axundzadə. Heç vahimə etmirəm əcəldən; Mən qorxmamışam, ana, cədəldən. A.Səhhət. Vahiməyə düşmək – bax vahimələnmək. Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm. Xanlar anasının daha da narahat olduğunu, doğrudan da vahiməyə düşdüyünü görüb, onu toxdatmağa çalışdı. S.Rəhimov. Vahiməyə salmaq – bax vahimələndirmək. Həyətə girdikdə əsrarəngiz … sükut insanı vahiməyə salırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / vahimə1 VAHİMƏ – CƏSARƏT Tellini yenidən vahimə bürüdü. O qorxurdu (S.Hüseyn); Aləm bilir ki, səndə olan cəsarət, kişilik bizim heç birimizdə yoxdur (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / vahimə2 сущ. 1. жуть (тревожное чувство страха); боязнь, страх, ужас. Üzlərindən vahimə yağırdı их лица выражали страх; vahimə basmaq (götürmək, bürümək) бояться, страшиться, почувствовать ужас, перепугаться до смерти. Onu bərk vahimə götürdü он почувствовал сильный страх; vahimə salmaq устрашать, устрашить, наводить, навести страх на кого; vahiməyə salınma устрашение; vahiməyə düşmək перепугаться, устрашиться
Azərbaycanca-rusca lüğət / vahimə1 i. fear, fright, terror, horror; panic; ölüm ~si fear of death; ~ içində olmaq to be* gripped / seized by fear, to be* panicstricken; ~yə salmaq to frighten (d.), to terrify (d.), to horrify (d.); ~yə düşmək to be* terrified / horrified; to become* panicstricken; ~ salmaq to raise a panic, to cause a scare, to give* smb. fright; ~ basmaq to get* / to have* a fright, to get* frightened; ~ götürmək to be* frightened / terrified / horrified
Azərbaycanca-ingiliscə lüğət / vahimə1 is. terreur f, horreur f, panique f ; ~ içində olmaq paniquer vi ; ~yə salmaq terrifier vt, terroriser vt
Azərbaycanca-fransızca lüğət / vahimə1 [ər.] сущ. хиялдиз къведай кичӀе жедай затӀар; кичӀ, кичӀевал; тешвиш ва нарагьатвал; vahimə basmaq (götürmək, bürümək) гзаф кичӀе хьун, кичӀ акатун, ччанда кичӀевал гьатун; vahimə etmək кичӀе хьун; vahiməyə düşmək кил. vahimələnmək; vahiməyə salmaq кил. vahimələndirmək.
Azərbaycanca-ləzgicə lüğəti / vahimə