vakuum-əyləc sözü azərbaycan dilində

vakuum-əyləc

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vakuum-əyləc • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əyləc
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır: Hərəkətli hissələrin dayandırılması, Hərəkətli hissələrin sürətinin tənzimlənməsi, Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi, Sükutda olan hissənin vəziyyətininin saxlanması.Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir edilmişdir. Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə geriyə dartılırlar. Onlar sərt və ya hərəkətli olaraq bərkidilirlər.
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Oxşar sözlər

#vakuum-əyləc nədir? #vakuum-əyləc sözünün mənası #vakuum-əyləc nə deməkdir? #vakuum-əyləc sözünün izahı #vakuum-əyləc sözünün yazılışı #vakuum-əyləc necə yazılır? #vakuum-əyləc sözünün düzgün yazılışı #vakuum-əyləc leksik mənası #vakuum-əyləc sözünün sinonimi #vakuum-əyləc sözünün yaxın mənalı sözlər #vakuum-əyləc sözünün əks mənası #vakuum-əyləc sözünün etimologiyası #vakuum-əyləc sözünün orfoqrafiyası #vakuum-əyləc rusca #vakuum-əyləc inglisça #vakuum-əyləc fransızca #vakuum-əyləc sözünün istifadəsi #sözlük