Valer sözü azərbaycan dilində

Valer

Yazılış

  • Valer • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Valer Jil
Valer Jozef Jül Jil (fr. Valère Joseph Jules Gille; 3 may 1867, Anderlext – 1 iyun 1950) — Belçikalı şair, jurnalist, redaktor, kitabxanaçı və muzey işçisi, Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasının üzvü. == Həyatı == Valer Jil 1885-ci ildən Lyoven Katolik Universitetində təhsil almışdır. 1887-ci ildən o, Jorj Rodenbax, Maks Valler, Anri Mobel, İvan Jilken, Alber Jironun da daxil olduğu "Gənc Belçika" adlı ədəbi-bədii jurnalı və eyniadlı ədəbi birliyin ətrafında birləşən simvolist şairlər qrupunun üzvü olmuşdur. 1889-cu ildə İvan Jilken və Alber Jiro ilə birlikdə "Gənc Belçika" jurnalının redaktoru kimi fəaliyyət göstərmişdir. 1891-ci ildə redaktorluq vəzifəsindən istefa vermiş və Belçika Kral Kitabxanasının kuratoru olmuşdur. Valer Jilin 1897-ci ildə Parisdə çap olunmuş "Tsitra" (La Cithare) adlı şeirlər toplusu Fransa Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir. 8 yanvar 1921-ci ildə Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasına üzv qəbul edilmiş və 1925-1946-cı illərdə onun direktoru vəzifəsində çalışmışdır. 1945-ci ildə Virtza Muzeyinin kuratoru işləmişdir. == Seçilmiş əsərləri == Le Château des merveilles (1893) La Cithare (1897) Le Collier d’Opale (1899) Les Tombeaux (1900) Le Coffret d'ébène (1901) La Corbeille d’octobre (1902) Le joli Mai (1905) La Victoire ailée (1921) Du Symbolisme (1940) La Jeune-Belgique.
I Valerian
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Pol Valeri
Pol Valeri (30 oktyabr 1871[…], Set[d] – 20 iyul 1945[…], Paris) — Fransız şair. 1920-ci illərdə şair Sen-Jon Pers və Pol Klodel kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında təmsil olunmuşdu.
Publi Avreli Lisini Valeri Valerian
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Tamaz Valerianoviç Qamkrelidze
Tamaz Valerianis dze Qamkrelidze (gür: თამაზ ვალერიანის ძე გამყრელიძე 23 oktyabr 1929, Kutaisi – 10 fevral 2021, Tbilisi) gürcü filoloq, şərqşünas və hetşünas. Hind-Avropa linqvistikası, qədim dillər, nəzəri dilçilik, struktur və tətbiqi dilçilik, kartvelologiya sahəsində bir çox görkəmli əsərlərin müəllifidir. O, 2005-2013-cü illərdə Gürcüstan Elmlər Akademiyasının prezidenti olub. Qamkrelidze Gürcüstan Sovet Sosialist Respublikasının tərkibində olan Kutaisidə anadan olub. 1952-ci ildə Tbilisi Universitetinin (TDU) şərqşünaslıq fakültəsini bitirmişdir.[1] 1964-cü ildən bu universitetin professoru, 1966-cı ildən isə struktur və tətbiqi dilçilik kafedrasının müdiridir. 1973-2006-cı illərdə Sereteli Şərqşünaslıq İnstitutunun (Tbilisi) direktoru olub. 1988-1995-ci illərdə Rusiya Elmlər Akademiyasının “Voprosi Yazikoznanya” jurnalının redaktoru olub. ABŞ Milli Elmlər Akademiyasının əcnəbi köməkçisi (2006), Amerika İncəsənət və Elmlər Akademiyasının xarici fəxri üzvü, Britaniya Akademiyasının müxbiri, Avropa Linqvistika Assosiasiyasının üzvü (1986-1988-ci illərdə Avropa Linqvistika Assosiasiyasının prezidenti), Avstriya Elmlər Akademiyasının məsul üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, Dünya İncəsənət və Elmlər Akademiyasının (2006) üzvü və Amerika Dil Assosiasiyasının fəxri üzvüdür. Qamkrelidze Bonn Universiteti və Çikaqo Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb. Tamaz Qamkrelidze 1991-ci ilin avqustunda Tbilisi Dövlət Universitetinin rektoru təyin edildi, lakin bu vəzifəni çox qısa müddətə icra etdi.[2] Qamkrelidze 1992-2005-ci illərdə Gürcüstan parlamentinin üzvü olub.
Valeri Aqeşin
Valeri Aqeşin (latış. Valērijs Agešins‎; 23 iyun 1972, Liepaya) — Latviyalı siyasətçi və hüquqşünas.
Valeri Asapov
Valeri Asapov (rus. Валерий Григорьевич Асапов; 1 yanvar 1966 – 24 sentyabr 2017, Deyr əz-Zövr) - Rusiya Quru Qoşunlarının General-leytenant. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən 2017-ci ilin 23 sentyabr tarixində Suriyada Rus ordusu tərəfindən aparılan hərbi əməliyyatlar zamanı öldürülmüşdür. Asapovun Deyr əz-Zor mühafəzəsi yaxınlığında İraq Şam İslam Dövləti terrorçularının hücumuna məruz qaldığı bildirilir. Rusiya Silahlı Qüvvələrinin məlumatına görə Valeri Asapov Suriyada yerləşən rus kontingentində baş məsləhətçi kimi xidmət göstərib.
Valeri Astaxov
Valeri Anatolyeviç Astaxov (ukr. Валерій Анатолійович Астахов; d. 6 avqust 1964, Slavuta, Xmelnitski vilayəti, Ukrayna SSR) — ukraynalı aktyor və teleaparıcı. Ukraynanın əməkdar artisti (1998). Valeri Astaxov Xmelnitski vilayətinin Slavuta şəhərində anadan olmuşdur. Karpenko-Karıy adına Kiyev Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1987-ci ildən Yeni Alkasar teatrının aktyorudur. 1988-ci ildən etibarən şouların, konsert proqramlarının müəllifi, quruluşçu rejissoru, aparıcısı kimi çıxış edir. 1991-ci ildən Ukrayna Dövlət Estrada-Simfonik Orkestrinin konfransyesidir. 1997–1998-ci illərdə müğənni Pavel Zibrovun estrada konsertlərinin aparıcısı olmuşdur.
Valeri Belenki
Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib. Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub. 14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb.
Valeri Bojinov
Valeri Bojinov 15 fevral 1986[…], Gorna Oryahovitsa[d], Veliko Tarnovo vilayəti[d] — hücumçu kimi çıxış edən Bolqarıstanlı peşəkar futbolçu. Onun soyadı bəzən Bozinov kimi transliterasiya olunur. Bolqarıstanın "Gorna Oryahovitsa" şəhərində anadan olan Bojinov 12 yaşında Bolqarıstan qadın milli futbol komandasının keçmiş oyunçusu olan anası Pepa və 1990-cı illərdə Bolqarıstan milli futbol komandasında oynamış ögey atası Saşo Angelovla birlikdə Maltaya köçüb. Valeri karyerasına "Pietà Hotspurs" da başlayıb. Onun 14 yaşı olarkən, o zaman "Leççe" klubunun idman direktoru işləyən Pantaleo Corvino tərəfindən kəşf edilir. Futbolçu 2000-ci ildə cəmi 30.000.000 ITL (təxminən 15.000 avro) qarşılığında "Leççe" ilə müqavilə imzalayır. Bojinov karyerası boyunca İtaliyada, eləcə də İngiltərə, Portuqaliya, Bolqarıstan, Serbiya, Xorvatiya, Çin və İsveçrədə keçirdiyi müxtəlif dövrlərdə on yeddi fərqli klubda çıxış edib. Beynəlxalq səviyyədə o, Bolqarıstan millisində də çıxış edib.
Valeri Boqdanov
Valeri Borçin
Valeri Viktoroviç Borçin (11 sentyabr 1986, Povodimovo, Mordoviya MSSR[d]) — Rusiya yüngül atleti, Mordoviya idman yerişi məktəbinin nümayəndəsi. Milliyətcə erzyandır. Üçqat Rusiya çempionu (2006, 2008, 2009). 2008 Yay Olimpiya Oyunlarının 20 km məsafəyə idman yerişi üzrə çempionu. Rusiyanın əməkdar idman ustası. Gəncliyində ağır atletika və uzun məsafəyə qaçışla məşğul olmşdur. 17 yaşında diz zədəsindən sonra idman yürüşü ilə məşğul olmağa başladı. 2004-cü ildə bölgədəki məşhur məşqçi Viktor Çeginlə tanış oldu və qrupda məşq etməyə başladı. Bir il sonra milli çempionatda 10 kilometr məsafəyə yürüşdə ikinci yeri tutdu. Ancaq dopinq testi zamanı qanında efedrin aşkar olundu və 2005-ci ildən 2006-cı ilədək yarışlarda iştirak etməkdən məhrum edildi.
Valeri Brainin
Valeri Borisoviç Brainin (27 yanvar 1948, Nijniy Taqil, Sverdlovsk vilayəti) — müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi, lingvist və kulturoloq. Valeri Brainin Avstriya elminə və mədəniyyətinə bir çox tanınmış simalar bəxş etmiş Brayninlər ailəsinin nümayəndəsi, şair, tərcüməçi və siyasi mühacir Boris Lvoviç Braininin (ədəbi təxəllüsü: Sepp Österreicher, 1905–1996) ailəsində anadan olmuşdur. Anası Asia İl'iniçna Brainin (1919–2005) yalan mühakimələr əsasında Tobolsk şəhərinə sürgün olunmuş Passek ailəsinin nümayəndəsidir. Valeri Brainin riyaziyyat (xüsusi riyaziyyat məktəbi, qızıl medal, riyaziyyat olimpiadasının mükafatçısı), linqivistika (Pedaqoji institut, bitirməmişdir), bəstəkarlıq (musiqi məktəbi, O. A. Golovinin sinfi, fərqlənmə diplomu ilə bitirmişdir), musiqi-pedaqoji (Pedaqoji universitet, fərqlənmə diplomu ilə bitirmişdir) təhsili almışdır. 2004-cü ildən etibarən Valeri Brainin UNESCO-nun üzvü olan Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyətinin (ISME-International Society of Music Education) qolu olan Rusiya Federasiya Musiqi Təhsili Cəmiyyətinin prezidentidir. O, həmçinin Moskva Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Təhsilində Yeni Texnologiyalar Laboratoriyasıın rəhbəri, Classica Nova Beynəlxalq Musiqi Müsabiqəsinin bədii direktoru, Brainin Musiqi Məktəbləri şəbəkəsinin (Brainin-Musikschulen) bədii direktoru kimi çalışır. Avstriyada, Almaniyada, ABŞ-da, İtaliyada, Rusiyada, Kolumbiyada və digər ölkələrdə konservatoriyalarda və universitetlərdə seminarlar və ustad dərsləri keçirmişdir, Azadlıq və BBC Radiolarında mütəmadi olaraq musiqi üzrə muhazirələr təqdim etmişdir. Braininin ədəbi, tənqidi və elmi əsərləri rus, alman, ingilis və italyan dillərində işıq üzü görmüşdür. Onun musiqi əsərləri Moskvadakı nüfuzlu Böyük teatrda ifa olunmuşdu. Valeri Brainin hal-hazırda Almaniyanın Hanover şəhərində və Moskvada yaşayır.
Valeri Braynin
Valeri Borisoviç Brainin (27 yanvar 1948, Nijniy Taqil, Sverdlovsk vilayəti) — müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi, lingvist və kulturoloq. Valeri Brainin Avstriya elminə və mədəniyyətinə bir çox tanınmış simalar bəxş etmiş Brayninlər ailəsinin nümayəndəsi, şair, tərcüməçi və siyasi mühacir Boris Lvoviç Braininin (ədəbi təxəllüsü: Sepp Österreicher, 1905–1996) ailəsində anadan olmuşdur. Anası Asia İl'iniçna Brainin (1919–2005) yalan mühakimələr əsasında Tobolsk şəhərinə sürgün olunmuş Passek ailəsinin nümayəndəsidir. Valeri Brainin riyaziyyat (xüsusi riyaziyyat məktəbi, qızıl medal, riyaziyyat olimpiadasının mükafatçısı), linqivistika (Pedaqoji institut, bitirməmişdir), bəstəkarlıq (musiqi məktəbi, O. A. Golovinin sinfi, fərqlənmə diplomu ilə bitirmişdir), musiqi-pedaqoji (Pedaqoji universitet, fərqlənmə diplomu ilə bitirmişdir) təhsili almışdır. 2004-cü ildən etibarən Valeri Brainin UNESCO-nun üzvü olan Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyətinin (ISME-International Society of Music Education) qolu olan Rusiya Federasiya Musiqi Təhsili Cəmiyyətinin prezidentidir. O, həmçinin Moskva Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Təhsilində Yeni Texnologiyalar Laboratoriyasıın rəhbəri, Classica Nova Beynəlxalq Musiqi Müsabiqəsinin bədii direktoru, Brainin Musiqi Məktəbləri şəbəkəsinin (Brainin-Musikschulen) bədii direktoru kimi çalışır. Avstriyada, Almaniyada, ABŞ-da, İtaliyada, Rusiyada, Kolumbiyada və digər ölkələrdə konservatoriyalarda və universitetlərdə seminarlar və ustad dərsləri keçirmişdir, Azadlıq və BBC Radiolarında mütəmadi olaraq musiqi üzrə muhazirələr təqdim etmişdir. Braininin ədəbi, tənqidi və elmi əsərləri rus, alman, ingilis və italyan dillərində işıq üzü görmüşdür. Onun musiqi əsərləri Moskvadakı nüfuzlu Böyük teatrda ifa olunmuşdu. Valeri Brainin hal-hazırda Almaniyanın Hanover şəhərində və Moskvada yaşayır.
Valeri Bryusov
Valeri Yakovleviç Bryusov (13.12.1873, Moskva – 9.10.1924, Moskva) — rus şairi, nasir, tərcüməçi, ədəbi tənqidçi. Rus ədəbiyyatında simvolizmin görkəmli nümayəndələrindən biridir. Tacir ailəsində doğulmuşdur. Moskva Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir (1899). "Rus simvolistləri" (1–3-cü buraxılışlar, 1894–95) toplusunda çap olunmuş, ilk şeirləri Bryusova şöhrət qazandırmışdı. Bilərəkdən əcnəbi dillərdə adlandırdığı ilk şeir topluları ["Chefs d’oeuvre" ("Şedevrlər", 1895); "Me eum esse" ("Bu mənəm", 1897)] və P. Verlendən tərcümələri (1895) bu şöhrəti daha da artırmışdı. A. S. Puşkindən başlamış A. A. Fetə qədər rus poeziyası tarixi ilə məşğul olan B. 1898-ci ildən "Rus arxivi" jurnalında əməkdaşlıq etmişdir. Onun K. D. Balmont, Y. K. Baltruşaytis və S. A. Polyakovla birlikdə yaratdığı (1899) "Skorpion" simvolist nəşriyyatında yeni rus incəsənəti təbliğ olunurdu. 1903-cü ildə Peterburqda çıxan "Novıput" simvolist jurnalı ilə əməkdaşlıq etmişdir. 1904–08-ci illərdə "Vesı" jurnalının faktiki rəhbəri olmuş, proqram səciyyəli bir sıra məqaləsini ("Sirlərin açarları", 1904 və s.) bu jurnalda dərc etdirmişdir.
Valeri Gerasimov
Valeri Vasiliyeviç Gerasimov (rus. Валерий Васильевич Герасимов, 8 sentyabr 1955, Kazan) — Sovet və Rus hərbi xadimi. 9 noyabr 2012-ci ildən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Rusiya Müdafiə Nazirinin birinci müavini, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü. Ordu generalı (2013), Rusiya Federasiyasının Qəhrəmanı (2016). 11 yanvar 2023-cü ildə Ukraynanın "Xüsusi Hərbi Əməliyyat"ının rəhbəri təyin edildi. Əvvəllər əməliyyata rəhbərlik etmiş general Sergey Surovikin onun köməkçisi oldu. 8 sentyabr 1955-ci ildə Tatarıstan MSSR-in Kazan şəhərində fəhlə ailəsində anadan olan Gerasimov Kazanda yerləşən Suvorov Hərbi Məktəbini (1971–1973) fərqlənmə ilə, Tatar MSSR Ali Soveti adına Kazan Ali Tank Komandanlıq Məktəbini (1973–1977) qızıl medal ilə, Sovet İttifaqı Marşalı R. Y. Malinovski adına Tank qoşunları Hərbi Akademiyasını (1984–1987) fərqlənmə ilə, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (1995–1997) bitirib. Xidmətə başladığı illərdə Polşadakı Şimali Qüvvələr Qrupunun 90-cı Qvardiya Tank Diviziyasının 80-ci tank alayında bölük komandiri, alay komandiri, batalyonun qərargah rəisi, sonralar isə 1977–1984-cü illərdə Uzaq Şərq Hərbi Dairəsində batalyonun qərargah rəisi, 1987–1993-cü illərdə Baltikyanı Hərbi Dairəsində tank alay komandirinin müavini, komandiri, qərargah rəisinin müavini və qərargah rəisi vəzifəsində, 1993–1995-ci illərdə Şimal-Qərb Qüvvələr Qrupunda motoatıcı qvardiya diviziyasının komandiri vəzifələrində çalışmışdır. 1994-cü ilin avqustunda diviziyanın Moskva Hərbi Dairəsinə (Yelnya şəhərinə) çəkilməsinə rəhbərlik etdi. 1995-ci ildə RF SQ-nin Baş Qərargahının Hərbi Akademiyasına oxumağa yollandı.
Valeri Gergiyev
Valeri Abisaloviç Gergiyev (oset. Ге́ргити Абиса́ли фырт Вале́ри; 2 may 1953[…], Moskva) — SSRİ və Rusiya dirijoru. 1988-ci ildən Mariinski Teatrının bədii rəhbəri və baş direktoru, Münhen Filarmoniyası Orkestrinin baş dirijoru, 2007–2015-ci illərdə London Simfonik Orkestrinə rəhbəri. Sankt-Peterburq Dövlət Universitetinin İncəsənət Fakültəsinin dekanı, Ümumrusiya Xor Cəmiyyətinin sədri. Rusiya Federasiyasının Əmək Qəhrəmanı (2013), Rusiya Federasiyasının Xalq artisti (1996), Ukraynanın xalq artisti (2004), Qazaxıstanın Əməkdar Xadimi (2011), Üç dəfə Rusiya Federasiyası Dövlət Mükafatı (1993, 1998, 2016), Rusiya Federasiyası Prezidentinin mükafatı (2002), Rusiya Federasiyası Hökuməti Mükafatı (2015) laureatı. Sankt-Peterburqda Lüksemburqun fəxri konsulu və Mordoviya Respublikasının xalq artisti. Valeri Gergiyev 2 may 1953-cü ildə Moskvada osetin ailəsində anadan olub. Atası — Abisal Zaurbekoviç Gergiyev, anası — Tamara Timofeyevna Laqkuyevadır. Ailədə ondan başqa iki qız Larisa və Svetlana da böyüyürdü. Şimali Osetiyanın Ordjonikidze şəhərində (indiki Vladiqafqaz) böyümüşdür.
Valeri Hacıyev
Valeri Nizami oğlu Hacıyev (9 avqust 1941 - 8 yanvar 2016) — Sovet futbolçusu. Valeri Nizami oğlu Hacıyev 1941-ci il avqustun 9-da Bakı şəhərində dünyaya göz açmışdı. ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirmişdi. Valeri Hacıyev 1959-1960, 1964-1968, 1970-1972-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bu müddət ərzində 229 oyunda 26 qol vurmuş futbolçu 1966-cı ilin bürünc mükafatçısıdır. O, U-21 yığmamızın baş məşqçisi kimi fəaliyyət göstərib. Valeri Hacıyev 8 yanvar 2016-cı ildə vəfat edib.
Valeri Harper
Valeri Harper (ing. Valerie Harper; 22 avqust 1939, Saffern[d], Nyu-York ştatı – 30 avqust 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Valeri Harper 1939-cu ildə 22 avqustda ABŞ-nin Nyu-York şəhərində dünyaya gəlmişdi. O, karyerasına 1959-cu ildə Broadway-də musiqili filmlərlə başlamışdı. Aktrisa karyerası boyu dörd dəfə “Emmi” mükafatına layiq gürülüb. V. Harper eyni zamanda komediya janrında çəkilən serialdakı roluna görə, oynadığı "Qızıl Qlobus" mükafatı qazaıb. Bundan əlavə, "Mary Tyler Moore Show" sitkomunda, "Colombo", "Ətrafdakı üç qız", "Çarəsiz evdar qadınlar" və digər filmlərdə rol alıb. Valeri Harper 30 avqust 2019-cu ildə vəfat edib.
Valeri Jiskar d'Esten
Valeri Jiskar d'Esten (fr. Valéry Giscard d’Estaing; 2 fevral 1926, Koblents, Almaniya — 2 dekabr 2020, Fransa) — 1974–1981-ci illərdə Fransa Respublikasının 20-ci prezidenti. Avropa İttifaqı Konstitusiyasının müəlliflərindən biridir. Bilderberq klubunun üzvüdür.
Valeri Kipelov
Valeri Kipelov (rus. Валерий Александрович Кипелов; 12 iyul 1958, Moskva) — musiqiçi. 1958-ci il iyulun 12-də SSRİ, Rusiyanın Moskva şəhərində doğulub. Ariya qrupunda (1985 və (2002)-ci illər də fəaliyyətindən sonra 2002-ci ildə öz adını daşıyan Kipelov yaradaraq Rusiyanın XXI əsrin ən məşhur Heavy metal qruplarından biri edərək dünyaya tanıtmışdır. Ən məşhur mahnısı "Я свободен"-dir.
Valeri Kurtua
Valeri Kurtua (fr. Valérie Courtois) — Belçika millisində və Fransanın "Paris Sent-Klod" klubunda libero ampluasında çıxış edən belçikalı qadın voleybolçu. 1.71 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 2.80 sm, blok yüksəkliyi isə 2.70 sm-dir. 2013-cü ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatının ən yaxşı liberosu seçilib. Qardaşı Tibo peşəkar futbolçudur. Hazırda İspaniyanın "Real Madrid" komandasında çıxış edir.
Valeri Kərimov
Valeri Kərimov — Azərbaycan kinooperatoru, rejissor. Əməkdar incəsənət xadimi. Valeri Kərimov 1945-ci il iyunun 26-da Bakıda anadan olub. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gəlməmişdən əvvəl istehsalatda çalışmış, "Bakıtuneltikinti" idarəsində fəhlə işləsmişdi. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlmişdi. Burada işıqçı işləyən gənc oğlan kinostudiyanın qaynar həyatına tez alışır, rəhbərlik onun işgüzar olduğunu görüb xronika şöbəsinə keçirir, Valeriyə operator assistenti vəzifəsi tapşırılır. 1969–1974-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb. Bakıya, doğma kinostudiyaya qayıtdıqdan sonra gənc operatorun ilk böyük işi "Çarvadarların izi ilə" bədii televiziya filmi oldu. Film yazıçı və dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar" romanının motivləri əsasında 1974-cü ildə lentə alınmışdı. Çarvadarlar qədimdə keçilməmiş yerlərdən, təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur oğullara deyirdilər.
Valeri Leontiev
Valeri Yakovleviç Leontyev (rus. Валерий Яковлевич Леонтьев; 19 mart 1949) 1980-ci illərdə məşhur olmuş sovet və rus pop müğənnisi. O, 1996-cı ildə Rusiyanın xalq artisti adını alıb. Rus musiqisinin ən görkəmli nümayəndələrindən biri sayılır.
Valeri Leontyev
Valeri Yakovleviç Leontyev (rus. Валерий Яковлевич Леонтьев; 19 mart 1949) 1980-ci illərdə məşhur olmuş sovet və rus pop müğənnisi. O, 1996-cı ildə Rusiyanın xalq artisti adını alıb. Rus musiqisinin ən görkəmli nümayəndələrindən biri sayılır.
Valeri Leqasov
Valeri Alekseyeviç Leqasov (rus. Вале́рий Алексе́евич Лега́сов; 1 sentyabr 1936, Tula, RSFSR, SSRİ – 26 aprel 1988, Moskva, RSFSR, SSRİ) — SSRİ qeyri-üzvi kimyaçısı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1981), Rusiya Federasiyasının Qəhrəmanı (ölümündən sonra; 1996). Valeri Alekseyeviç Leqasov 1 sentyabr 1936-cı il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nın Tula şəhərində, vəzifəli ailəsində anadan olmuşdur. O, 1949–1954-cü illərdə Moskva şəhəri 56 nömrəli məktəbdə təhsil almış, oradan qızıl medalla məzun olmuşdur. Hal-hazırda həmin məktəb onun adını daşıyır. Əlavə olaraq, məktəbin girişində onun bürüncdən hazırlanmış heykəli var. Leqasov 1961-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutundan məzun olmuşdur. O, D. Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutunun Komsomol Komitəsində katib kimi çalışmışdır. Leqasov 1962-ci ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun Molekulyar Fizika Kafedrasından məzun olmuş, orada kiçik və böyük tədqiqatçı, laboratoriya rəhbəri kimi işləmişdir. O, 1967-ci ildə təsirsiz qazlarınbirləşmələrinin sintezi və onların xüsusiyyətlərinin öyrənilməsi üzrə dissertasiyasını müdafiə etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 2.93
2007 •• 0.21
2011 •• 0.26
2012 •• 0.17

"valer" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#valer nədir? #valer sözünün mənası #valer nə deməkdir? #valer sözünün izahı #valer sözünün yazılışı #valer necə yazılır? #valer sözünün düzgün yazılışı #valer leksik mənası #valer sözünün sinonimi #valer sözünün yaxın mənalı sözlər #valer sözünün əks mənası #valer sözünün etimologiyası #valer sözünün orfoqrafiyası #valer rusca #valer inglisça #valer fransızca #valer sözünün istifadəsi #sözlük