vals-fantaziya sözü azərbaycan dilində

vals-fantaziya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vals-fantaziya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vals
Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır. Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir. XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur.Vals qısa vaxt ərzində Iohann Ştraussun musiqisinin təsiri ilə Viyanada və 1822-ci ildə etibarəndə İngiltərədə geniş yayılmışdır, Aristokrasiyanın bəyənməsi ilə baloların imtina edilməz əyləncəsinə çevrilrişdir. Günümüzdə vals "Viyana valsı" və "Modern vals" olmaqla iki fərqli kateqoriyadan və ritmdə dünya rəqs literaturadında yer almaqdadır.
Fantaziya
Fantaziya (musiqi) — formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziya hamamı — Bakıda yerləşən 1896-cı ildə tikilən məşhur hamam. Fentezi — Ədəbiyyatdan götürülmüş və film, cizgi film eləcə də teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır.
Asta vals
Asta vals (ing. Slow Waltz, alm. Langsamer Walzer) - 3/4-taktlı bal və turnir rəqsidir. Asta vals klassik standart rəqs sayılır. Bu rəqs təxminən dəqiqədə 30 takt icra etməklə ifa olunur. == Tarixçəsi == 1870-ci ildə ABŞ-də Vyana valsının asta forması kimi Boston adı ilə yaranmışdır. Vyana valsına xarakterik olan hərəkətlərə malik olub lakin asta templə ifası ilə fərqlənir. 1920-ci ildən isə İngiltərədə "Asta vals" adı ilə məşhurlaşmışdır. Onu "İngilis valsı" da adlandırırlar. Bəzi mənbələrdə onun Lender (alm.
Fantaziya (musiqi)
Fantaziya (yun. φαντασία – təxəyyül) – formal və stilistik olaraq fərqli janrların ümumi təyinatı, sərbəst formalı instrumental musiqi pyesi. Fantaziyada improvizasiya mühüm əhəmiyyət kəsb edir. Köklü improvizəyə malik musiqi kompozisiyasıdır. Fantaziya, ekspromt kimi, hər hansı ciddi musiqi formasının xrestomatik qaydalarına nadir hallarda əməl edir. XVI əsrdə tokkata və riçerkara yaxın polifonik pyeslər Fantaziya adlanmışdır. XVII əsrdə konsert, simfoniya, uvertüra, sonata və rondonun təsirinə məruz qalmışdır. XVII-XVIII əsrlərdə Fantaziyadan fuqaya, bəzən isə sonataya müqəddimə kimi istifadə olunmuşdur. 19-cu əsrdə quruluşca sonataya, bəzən simfonik poemaya yaxın əsər, eyni zamanda opera, balet, xalq mahnıları mövzuları əsasında virtuoz pyes kimi geniş yayılmışdır. Azərbaycan xalq calğı alətləri orkestoru üçün Ü.Hacıbəyli, S.Rüstəmov və başqa Fantaziyalar bəstələmişlər.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Erkən dövrü === Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Seksual fantaziya
Seksual fantaziya və ya erotik fantaziya — zehni görüntü və ya düşüncə formasıdır. O, hər hansısa bir insanın seksuallığını aktivləşdirir, cinsi oyanma yarada və ya gücləndirə bilər. Erotik fantaziya insanın təxəyyülü və ya yaddaşı ilə yaradıla bilər və o, avtonom şəkildə də işə salına bilər. Seksual fantaziyalar, həmçinin erotik ədəbiyyatlar oxumaqla və ya pornoqrafiyaya baxmaqla, fiziki bir obyektə təmas etməklə və yaxud da, başqa bir insanla olan cinsi cazibə kimi xarici təsirlərdən də yarana bilər.
İslamey (fantaziya)
İslamey: Şərq fantaziyası, or. 19' — rus bəstəkarı Mili Balakirevin 1869-cu ilin avqust-sentyabr aylarında fortepiano üçün yazılmış əsəri. "İslamey" adı (Kabardian-Çerkiş İslamey, Adıge İslami) Adıge (Çərkəz) xalq rəqsi deməkdir. Adətən bu rəqs melodiyası akkordeonda, skripkada ifa olunur və pxatsk (4-5 taxta lövhədən ibarət ratchet) ilə müşayiət olunur. == Tarixi == Yaradıcılığında rus xalqının adət-ənənələrinin böyük təsiri olan bəstəkar M. A. Balakirev Qafqaza və buraya olan səyahətlərdən ilhamlanmış və nəticədə o, "İslamey" fortepiano fantaziyasını yazmaq qərarına gəlmişdir: Bu tamaşa təsadüfən 60-cı illərin sonunda üç yay dalbadal getməli olduğum Qafqazda yaranmışdı. Yerli xalq musiqisi ilə maraqlandığım üçün tez-tez yanıma gələn və özünün skripkaya bənzər aləti ilə xalq melodiyalarını ifa edən şahzadə ilə tanış oldum. Onlardan biri olan “İslamey” adlanan rəqs mənim çox xoşuma gəldi. (rus musiqisinin təbliğatçısı E.Reyssə məktub, 1892) Əsər 1869-cu ildə Sankt-Peterburqda bir ay ərzində (avqustun əvvəli - sentyabrın sonu) yazılmışdır. 1902-ci ildə Balakirev əsərə yenidən baxaraq onu 3 hissəyə bölür. == Təsviri == “İslamey” fortepiano əsəri 3 hissədən ibarətdir: Allegro agitato-giriş, əsas mövzunun girişi Tranquillo-Andantino espressivo-tamamilə yeni mövzunun ortaya çıxması Allegro vivo-Presto furioso-əsas mövzuya qayıdışƏsər çoxlu sayda texniki cəhətdən mürəkkəb hissələrdən ibarətdir - bu da, onu Nikolay Rubinşteyn, Ferens List, Simon Barer, Mixail Pletnev, Boris Berezovski və başqaları kimi virtuoz pianoçular arasında populyarlaşdırmışdır.
Vals-d-Alkoy
Vals-d-Alkoy (kat. Valls d'Alcoi) — İspaniyada yerləşən rayon.
Vals (film, 2007)
Valzer — rejissor Salvatore Mairanin filmi.;
2 nömrəli vals (Şostakoviç)
"2 nömrəli vals" ("Kompozisiya 99" və ya "Rus valsı") Dmitri Şostakoviç tərəfindən 1938-ci ildə, ümumilikdə səkkiz parçadan ibarət olan "Caz süitalar"ınin bir hissəsi kimi yazılmışdır. Parçanın üçüncü hissəsində valsın əsas mövzusunun trombon ilə ifası solo bu alət üçün ən məşhur klassik sololardan biri olmuşdur. == Ədəbiyyat == Кшиштоф Мейер. Шостакович: Жизнь. Творчество. Время / Пер. с польск. Е. Гуляевой. — М.: Молодая гвардия, 2006. — 439 с.
Foto "Fantaziya" (film, 1970)
== Məzmun == Filmdə sosial vəziyyəti çox ağır olan insanların mənəvi sarsıntılara məruz qalmalarından, onların mövcud şəraitdən çıxış yolu tapa bilməmələrindən bəhs olunur. == Film haqqında == Film yazıçı Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu film operator Şərif Şərifovun kurs işidir.
Ağ atlar üçün vals (film, 1987)
Ağ atlar üçün vals tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Teletamaşada əsas rolları Loğman Kərimov, Nübar Novruzova, Məhbubə Məlikova və Yasin Qarayev ifa edirlər. == Məzmun == Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Traktorçu Teşa (Loğman Kərimov) isə bu saxtakarlığın üstünü açmağa çalışır. Lakin işin bir tərəfi istədiyi qız Zümrada (Nübar Novruzova), bir tərəfi də bacısı Munisə (Məhbubə Məlikova) toxunanda işlər qarışır... == Film haqqında == Televiziya tamaşası özbək yazıçısı Şərəf Başbəyovun əsəri əsasında ekranlaşdırılmışdır.

Oxşar sözlər

#vals-fantaziya nədir? #vals-fantaziya sözünün mənası #vals-fantaziya nə deməkdir? #vals-fantaziya sözünün izahı #vals-fantaziya sözünün yazılışı #vals-fantaziya necə yazılır? #vals-fantaziya sözünün düzgün yazılışı #vals-fantaziya leksik mənası #vals-fantaziya sözünün sinonimi #vals-fantaziya sözünün yaxın mənalı sözlər #vals-fantaziya sözünün əks mənası #vals-fantaziya sözünün etimologiyası #vals-fantaziya sözünün orfoqrafiyası #vals-fantaziya rusca #vals-fantaziya inglisça #vals-fantaziya fransızca #vals-fantaziya sözünün istifadəsi #sözlük