Vayanq sözü azərbaycan dilində

Vayanq

Yazılış

  • Vayanq • 50.0000%
  • vayanq • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vayanq
Vayanq - Malayziya və İndoneziyada kölgələr teatrı. == Haqqında == Vayanq ― həm kukladır, həm teatrdır, həm tamaşadır, bundan əlavə, o, həm də əcdadların kölgəsidir. Bir vaxtlar bu tamaşalar əyləncə yox, müdafiə, kömək məqsədi ilə müraciət olunan ruhlarla ünsiyyət ayini idi. Vayanq kəlməsi həm də “pyes” sözünü əvəzləyir. Yavada elə bir tamaşa yoxdur ki, “vayanq” onun adının tərkib hissəsinə çevrilməsin. Vayanq tipli tamaşaları növlərini aşağıdakı kimi təsnif etmək olar: Vayanq-kulit ― kölgə teatrı; Vayanq-qolek (Vayanq-Menak) ― həcmli taxta kuklalar teatrı; Vayanq-topenq ― maska teatrı; Vayanq-oranq (Vayanq-Vonq) ― dramatik teatr; Vayanq-lemah; Vayanq-keruçil ― kiçik fiqurlar teatrı; Vayanq-klitik ― nazik taxtadan kəsilmiş yastı kuklalar teatrı: “klitik ” kuklalar işlədilərkən eşidilən səsdir; Vayanq-beber ― şəcərə rəsmləri kimi düşünülmüş şəkillər teatrı; Vayanq-şadet ― İslam dinini və estetikasını təbliğ edən tamaşalar; Vayanq-vahyu ― 1960-cı illərdə Yava yezuitlərinin İncilin kuklalar vasitəsilə təbliği məqsədilə yaradılan Vayanq forması.Vayanq sözü Yava mənşəli olub “kölgə” mənasını verir. Ancaq müasir İndoneziyanın gündəlik lüğətində bu söz kukla və ya birbaşa kukla teatrı mənalarında işlənməkdədir. Vayanq-kulit (“kulit” ifadəsi kuklaların dəridən hazırlandığını bildirir) haqqında məlumatlar artıq eramızın X-XI əsrlərindən başlayaraq Yava mətnlərində müntəzəm şəkildə yad edilir (hərçənd İndoneziyada bu teatrın yaşını 3000 illik bir tarixlə ölçürlər). Belə hesab olunur ki, müasir teatrın cizgiləri (kuklaların şərti forması, yeni Yava dilində mətnlər və s.) XVI əsrdə Yavanın şimal sahillərində, islamlaşdırılmış ticari və siyasi mərkəzlərdə formalaşır və müsəlmanlığın yayılması ilə bütün Yava tərəfindən mənimsənilirdi (İslam XIII əsrdən Yavaya sirayət etməyə başlayır; XVI əsrdə o, Yava hökmdarlarının rəsmi dininə çevrilir və Yava əhalisinin böyük hissəsi islamlaşdırılır). Müasir dövrdə Yavada Vayanq purvo tamaşalarının üç əsas üslubunu fərqləndirirlər: Surakarta üslubu ― Mərkəzi Yava; Cokyakarta üslubu ― Mərkəzi Yavanın cənubu; Pasisir üslubu ― Yavanın şimal sahili.Daha nəfis Surakarta üslubu etalon sayılır.

Oxşar sözlər

#vayanq nədir? #vayanq sözünün mənası #vayanq nə deməkdir? #vayanq sözünün izahı #vayanq sözünün yazılışı #vayanq necə yazılır? #vayanq sözünün düzgün yazılışı #vayanq leksik mənası #vayanq sözünün sinonimi #vayanq sözünün yaxın mənalı sözlər #vayanq sözünün əks mənası #vayanq sözünün etimologiyası #vayanq sözünün orfoqrafiyası #vayanq rusca #vayanq inglisça #vayanq fransızca #vayanq sözünün istifadəsi #sözlük