* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [rus. верстá] köhn. 1,06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi). [Faytonçu] bu sürətlə təxminən iki verst gedəndən sonra, atların cilovunu çəkdi. Ə.Haqverdiyev. □ Verst ağacı köhn. – yolların kənarında: yolun hər bir verst məsafəsini göstərən dirək. Fəqət hərdən baxar ikən uzun, uzaq çöllərə; Alaca verst ağacları gəlir ancaq nəzərə. A.Səhhət. Bir verstdən – uzaqdan, çox uzaqdan. Onun gözü bir verstdən görür.
Azərbaycan dilinin izahlı lüğəti / verst1 Avropa mənşəlidir, 1,06 km məsafəyə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / verst2 устар. I сущ. верста. Üç verst три версты II прил. верстовой. Verst ağacı верстовой столб
Azərbaycanca-rusca lüğət / verst1 [rus. верста] куьгьн. верст (верс, 1,06 км.-диз барабар урусрин яргъивилин алцумаг); verst ağacı куьгьн. версин кӀарас (рекьин гьар са верс мензил къалурдай кӀарас); bir verstdən са версинилай, яргъай, лап яргъалай.
Azərbaycanca-ləzgicə lüğəti / verst