Vezuvi sözü azərbaycan dilində

Vezuvi

Yazılış

  • Vezuvi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vezuvi
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Vezuvi vulkanı

Vezuvian
Vezuvian (idokraz) Ca10(Mg, Fe)2 Al4 [SiO4]5 [Si2O7]2 (OH)4 — Tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Berilliumlu (~9% BeO), manqanlı (4,5%-dək MnO), nadir torpaq elementli (serium qrupu TR ~ 16,7 %), titanlı (4,7 %-dək TiO2) vezuvianlar; viluit – tərkibində 3 %-dən çox B2O3 olan vezuvian. Rəng — zeytunu-yaşıl, sarımtıl-yaşıl, yaşıl, zümrüdü-yaşıl, sarı, çəhrayı, qırmızı, mavi, qara; Mineralın cizgisinin rəngi — ağ, yaşılımtıl, qonuru; Parıltı — şüşə, yağlı; Şəffaflıq — şəffaf, yarımşəffaf; Sıxlıq — 3,3–3,6; Sərtlik — 5–6,5; Kövrəkdir; Ayrılma — qeyri-mükəmməl, prizma {110} üzrə bir qədər yaxşı; Sınıqlar — tikanlı, qeyri-hamardan qabıqvariyədək; Morfologiya — kristallar: vertikal cizgili prizmatik, bəzən bipiramidal; İkiləşmə: qeyd olunmayıb; Mineral aqreqatları: dənəvər, radial-şüalı, paralel-çubuqvari. Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal-metasomatik dəyişikliyə uğramış trapplarda aşkar edilmişdir. Ultraəsası qələvi süxur massivlərinin metasomatitlərində təzahür edir. Qneyslərdə, xlorit şistlərində, bəzən fillit və roqoviklərdə iştirak edən vezuvian metamorfik proseslərin məhsuludur. Monte-Somma vulkanının tullantıları vezuvianla zəngindir. Səpintilərdə də toplanır.

vezuvi sözünün fransız dilinə tərcüməsi

"vezuvi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vezuvi nədir? #vezuvi sözünün mənası #vezuvi nə deməkdir? #vezuvi sözünün izahı #vezuvi sözünün yazılışı #vezuvi necə yazılır? #vezuvi sözünün düzgün yazılışı #vezuvi leksik mənası #vezuvi sözünün sinonimi #vezuvi sözünün yaxın mənalı sözlər #vezuvi sözünün əks mənası #vezuvi sözünün etimologiyası #vezuvi sözünün orfoqrafiyası #vezuvi rusca #vezuvi inglisça #vezuvi fransızca #vezuvi sözünün istifadəsi #sözlük