vəzni sözü azərbaycan dilində

vəzni

Yazılış

  • vəzni • 82.6087%
  • Vəzni • 13.0435%
  • VƏZNİ • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Əruz-Vəzni
Əruz (ərəb. عروض‎‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. == Əruz vəzninin yaranması == Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718-792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır.
Əruz vəzni

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2004 •••••••••••••••••• 0.34
2006 •••••••••••• 0.23
2009 ••••••••••••••••• 0.32
2010 •••••••••••••• 0.27
2015 ••••••••• 0.17
2019 •••••••• 0.14

"vəzni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəzni nədir? #vəzni sözünün mənası #vəzni nə deməkdir? #vəzni sözünün izahı #vəzni sözünün yazılışı #vəzni necə yazılır? #vəzni sözünün düzgün yazılışı #vəzni leksik mənası #vəzni sözünün sinonimi #vəzni sözünün yaxın mənalı sözlər #vəzni sözünün əks mənası #vəzni sözünün etimologiyası #vəzni sözünün orfoqrafiyası #vəzni rusca #vəzni inglisça #vəzni fransızca #vəzni sözünün istifadəsi #sözlük