vəzn sözü azərbaycan dilində

vəzn

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vəzn • 86.3636%
  • Vəzn • 10.2273%
  • VƏZN • 3.4091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəzn
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir. Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür. Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.
Sərbəst vəzn
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirmişdir. Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Vəznlər
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir. Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür. Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.
Vəznə (Sulduz)
Vəznə (fars. وزنه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (85 ailə).
Vəznəş
Vəznəş — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad Vəzirnəş adından təhrifdir. Oykonim Vəzir şəxs adı, nəş talış dilində "məskunlaşmaq" sözlərindən yaranmışdır. Elşən Məmmədov (1975–1994).
Əruz-Vəzni
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Əruz vəzni

vəzn sözünün leksik mənası və izahı

vəzn sözünün sinonimləri (yaxın mənalı sözlər)

vəzn sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 VƏZN I is.[ ər. ] Çəki, ağırlıq. Mənim pambıq yükü ilə aram yoxdur. Özü çox, vəzni az (Ə.Haqverdiyev). VƏZN II is. [ ər. ] Şeirdə müəyyən ölçü; misraların ölçüsü. Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzn var, qafiyə var, qaliba yox can, Yusif! (S.Ə.Şirvani).

    Azərbaycan dilinin omonimlər lüğəti / vəzn

vəzn sözünün rus dilinə tərcüməsi

  • 1 1. вес, тяжесть; 2. ритм, такт, размер (в поэзии);

    Azərbaycanca-rusca lüğət / vəzn
  • 2 1 сущ. устар. тяжесть, вес. Qarışqalar öz bədəninin vəznindən dəfələrlə ağır yük daşıya bilir муравьи умеют перетаскивать тяжести, во много раз превышающие вес их тела ◊ vəzncə yüngül, qiymətcə ağır лёгкий по весу, дорогой по цене (о ценностях: золоте, драгоценных камнях) 2 сущ. ритм, такт, размер (стиха, музыкального произведения)

    Azərbaycanca-rusca lüğət / vəzn

vəzn sözünün inglis dilinə tərcüməsi

vəzn sözünün fransız dilinə tərcüməsi

vəzn sözünün ləzgi dilinə tərcüməsi

vəzn sözünün türk dilinə tərcüməsi

"vəzn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəzn nədir? #vəzn sözünün mənası #vəzn nə deməkdir? #vəzn sözünün izahı #vəzn sözünün yazılışı #vəzn necə yazılır? #vəzn sözünün düzgün yazılışı #vəzn leksik mənası #vəzn sözünün sinonimi #vəzn sözünün yaxın mənalı sözlər #vəzn sözünün əks mənası #vəzn sözünün etimologiyası #vəzn sözünün orfoqrafiyası #vəzn rusca #vəzn inglisça #vəzn fransızca #vəzn sözünün istifadəsi #sözlük