* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••• | 106.21 |
2003 | •••••• | 118.89 |
2004 | •••••••• | 162.38 |
2005 | ••••••• | 140.36 |
2006 | •••••••• | 163.75 |
2007 | ••••••••• | 182.67 |
2008 | •••••••••••••••••••• | 409.77 |
2009 | •••••••••••••• | 271.01 |
2010 | •••••••• | 148.69 |
2011 | ••••••• | 126.11 |
2012 | ••••••• | 127.61 |
2013 | ••••• | 83.00 |
2014 | •••• | 68.13 |
2015 | •••• | 72.81 |
2016 | ••••• | 94.93 |
2017 | •••••• | 108.61 |
2018 | ••••• | 95.59 |
2019 | ••••• | 89.43 |
2020 | ••••• | 91.63 |
1 is. [ər.] 1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir. □ Əvəz etmək (eləmək) – 1) yerini tuta bilmək. Belə bir zamanda Müqim bəy hansı bir hünərlə zabitəli xanımı əvəz edə bilərdi? S.Rəhimov; 2) ardınca gəlmək, yerini tutmaq. Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov. Bəzən ən soyuq günü ən isti gün əvəz edir. Mir Cəlal; 3) dəyişdirmək. Növbətçini əvəz etmək; // müvəqqəti olaraq yerini tutmaq, vəzifəsini icra etmək. Müdiri kim əvəz edir? Uzun müddət o, rəisi əvəz etdi. // Tay, bərabər. Gözəllikdə sənin əvəzin hanı? (Nağıl). □ Əvəz olmaq – bərabər olmaq, uyğun olmaq. Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Əkbərin nə yalvarması, … nə vədi Əli paşanın bir qəpiyinə əvəz ola bilmədi. Mir Cəlal. 2. Qarşılıq, mükafat, muzd, haqq. Zəhmətinin əvəzini aldı. – Gülün gülabını axır günü çəkər əttar; Qalır sənə əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani. 3. Qisas, intiqam, öc. □ Əvəz(ini) almaq – intiqam(ını) almaq, qisas(ını) almaq. Əvəz(ini) çıxmaq – bax əvəz(ini) almaq. Mən öz quşlarımın əvəzini çıxmaqla mükafatımı aldım, – dedim. M.Rzaquluzadə. 4. Yerlik halda: əvəzində – 1) bir şeyin və ya şəxsin yerinə, yerində. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə! M.Ə.Sabir; 2) qarşılıq olaraq, mükafat olaraq, müqabilində. Qulluğumuzun və ixlasımızın əvəzində [şah] mənsəbimizi də əlimizdən aldı. M.F.Axundzadə. 5. Çıxışlıq halda: əvəzindən – əvəz olaraq, yerinə, əvəzində. [Qurban Molla Fərzəliyə:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq. 6. Yönlük halda: əvəzinə – bax əvəzində. [Koroğlu] elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. “Koroğlu”. O yerdə ki bir lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb “şəxs”. C.Məmmədquluzadə. [Kişi] …“indi” əvəzinə “şimdi”, “cənab” əvəzinə “əfəndi”, “necə” əvəzinə “nasıl” qəbul etmişdi. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / əvəz1 1. замена, смена; 2. возмездие, отплата; 3. возмещение, компенсация;
Azərbaycanca-rusca lüğət / əvəz2 сущ. 1. замена. Layiqli əvəz достойная замена, özünə əvəz tapmaq найти себе замену 2. замещение. Əvəz sxemi эл.-тех. схема замещения 3. возмещение (восполнение утраченного, недостающего чем-л.); компенсация. İtkinin əvəzi возмещение (компенсация) убытков, xərclərin əvəzi возмещение расходов 4. отплата, отмщение, возмездие. Axıdılan qanların əvəzi olacaq (çıxacaq) будет отмщение (постигнет возмездие) за пролитую кровь; əvəz etmək заменять, заменить: 1) взять, использовать, поставить взамен другого. Köhnə boruları təzələri ilə əvəz etmək старые трубы заменить новыми 2) брать на себя чьи-л. функции, выполнять чью-л. работу. Direktoru əvəz etmək заменять директора, müəllimi əvəz etmək заменять преподавателя, müvəqqəti əvəz etmək временно заменять, tez-tez əvəz etmək часто заменять 3) появиться на смену кому-л., чему-л.; сменять. Yaşlı nəsli gənc nəsil əvəz etdi молодое поколение заменило старое; şeri şən nəğmələr əvəz etdi веселые песни заменили стихи; əvəzi olmaq (əvəz etmək) занять место кого-л., чего-л. Ana əvəzi olmaq kimə заменить мать кому, ata əvəzi olmaq kimə заменить отца кому, ot tayası səyyahlar üçün yorğan-döşək əvəzi oldu стог сена заменил путешественникам постель; əvəz olunmaq (edilmək) 1. заменяться, быть заменённым. O dərman başqası ilə əvəz olundu то лекарство было заменено другим 2. сменяться, смениться (уступить место чему-л. другому, заменить). Gündüz gecə ilə əvəz olundu день сменился ночью, bürkü sərinliklə əvəz olundu зной сменился прохладой ◊ əvəz almaq (çıxmaq) kimdən мстить, отомстить, отплатить кому; əvəzini çıxmaq nəyin брать, взять реванш за что. Məğlubiyyatin əvəzini çıxmaq брать, взять реванш за поражение; əvəzi yoxdur нет равного к ому, чему, не имеет себе равных кто, что
Azərbaycanca-rusca lüğət / əvəz1 i. 1. (birinin yerini tutacaq şey, kəs) substitute (for); Buna əvəz yoxdur There is no substitute for it; direktor, müdir və s. ~i acting director / chief / manager, etc.; ~ edilmək / olunmaq to be* substituted / replaced (by, with); ~ edən substituting, replacing; ~ etmək; 1) (dəyiş dirmək) to substitute (d. for), to replace (d. by, with); Ağacı metalla əvəz etdilər They substituted metal for wood; They replaced wood by metal; gecənin gündüzü ~ etməsi alternation of day and night; 2) (bir kəsin yerinə fəaliyyət göstərmək) to act as a substitute for smb.; 3) (vəzifədə, işdə bir kəsin yerini tutmaq) to replace (d.), to take* smb.’s place, to be* a substitute for smb.; O bir müddət məni əvəz edəcəkdir He / She will replace me / take my place / be* a substitute for me for a time; 2. (bir şeyin tayı, bərabəri) equivalent, parallel; 3. (mükafat, qarşılıq, haqq) requital; recompense, compensation; ~ini ödəmək to compensate (for), to make* compensation for, to compensate (d.), to redeem (d.)
Azərbaycanca-ingiliscə lüğət / əvəz1 is. remplaçant m, intérimaire m, suppléant m ; ~ edilmək être remplacé, -e, substitué, -e par ; ~ etmək changer vt
Azərbaycanca-fransızca lüğət / əvəz1 [ər.] сущ. эвез (1. са затӀунин (касдин) чка къаз жедай затӀ (кас); 2. бедел, гьахъ, музд, гьакъи; 3. кьисас, уьж; əvəz(ini) almaq эвез къахчун, эвез хкечӀун, кьисас къахчун; əvəz(ini) çıxmaq кил. əvəz(ini) almaq).
Azərbaycanca-ləzgicə lüğəti / əvəzə. bir şeyə qarşı verilən və ya alınan şey; bir şeyin yerini tutan başqa şey.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiqarşılıq, kiminsə yerini tutan.
Azərbaycan kişi adlarının izahlı lüğəti