vəzn-ritm sözü azərbaycan dilində

vəzn-ritm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vəzn-ritm • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəzn
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir. Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür. Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir. Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər.
Sərbəst vəzn
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirmişdir. Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Ritm tezliyi
Ürək yığılmasının tezliyi (ritm tezliyi də adlanır) — vahid zamanda ürək sistolarının sayını ölçməklə əldə edilən fiziki kəmiyyətdir. Ənənəvi olaraq vahidlərlə ölçülür: "dəqiqədəki döyüntü " (döy / dəq), baxmayaraq ki, Sİ-nin qaydalarına uyğun olaraq hers ilə ölçülməlidir. Ürək yığılmasının tezliyi tibbi və idman praktikasında normal ürək ritminin fizioloji göstəricisi kimi istifadə olunur və normal ürək ritmi ilə digər ürək ritm pozğunluqlarını (aritmiya) bir-birindən ayırmağa imkan verir. Eyni zamanda ürək yığılmasının tezliyinin maksimum həddini də müəyyən edir. Ürək yığılmasının tezliyinin ölçülmə üsulları ilə ürək ritmindəki dəyişiklikləri qeyd etmə üsulları eynidir. Ürək yığılmasının tezliyinin ölçülməsi adətən 1 dəqiqədə olan nəbz döyüntülərinin sayı ilə və ya elektrokardioqramada mədəcik komplekslərinin sayının ölçülməsi ilə əldə edilir. Beynəlxalq standartlara uyğun olaraq, ürək yığılmasının tezliyinin zamandan asılılığını ölçmək üçün cihaz ritmokardioqraf , belə qeydlər isə ritmokardioqramlar adlanır ("taxokardioqraf", "kardiotaxoqraf", "kardiosikloqraf" adlandırıla bilməz). Düzgün və ya müntəzəm sinus ritmləri ürək ritmi adlanır, müşahidə hüdudlarında yalnız sinus düyünlərinin fəaliyyəti ilə müəyyən edilir. Sinus düyününün ritmi dəqiqədə 60–90 döyüntü aralığına düşürsə normal sinus ritmi adlanır. Ürək yığılmasının tezliyindəki dəyişikliklər 0,1 saniyədən az olarsa ürək ritminin təbii dəyişkənlikləri ilə əlaqəli normal sinus aritmiyası (fizioloji) adlanır, belə dəyişikliklər ürək ritminin pozğunluqları hesab edilmir.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
Ritm-ənd-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.

Oxşar sözlər

#vəzn-ritm nədir? #vəzn-ritm sözünün mənası #vəzn-ritm nə deməkdir? #vəzn-ritm sözünün izahı #vəzn-ritm sözünün yazılışı #vəzn-ritm necə yazılır? #vəzn-ritm sözünün düzgün yazılışı #vəzn-ritm leksik mənası #vəzn-ritm sözünün sinonimi #vəzn-ritm sözünün yaxın mənalı sözlər #vəzn-ritm sözünün əks mənası #vəzn-ritm sözünün etimologiyası #vəzn-ritm sözünün orfoqrafiyası #vəzn-ritm rusca #vəzn-ritm inglisça #vəzn-ritm fransızca #vəzn-ritm sözünün istifadəsi #sözlük