vulkanı sözü azərbaycan dilində

vulkanı

Yazılış

  • vulkanı • 98.4699%
  • Vulkanı • 1.3115%
  • VULKANI • 0.2186%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Erebus vulkanı
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Eyyafyatlayokudl vulkanı
Eyyafyatlayokudl vulkanı — İslandiyada vulkan. Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir. Buzlaqın adı "ada dağların buzlaqı" kimi tərcümə olunur. Eyja [ɛɪja] — ada, Fjall [fjatll] — dağ, Jökull [jœːkʏtl] — buzlaq. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunmuşdur. 14 aprel 2010-cu ildə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələri hava nəqliyyatını dayandırmışdı.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür. Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Hekla vulkanı
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir. == Püskürmənin tarixi == Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır.
Kelud vulkanı
Alimlər Kelud vulkanının püskürmə təhlükəsinin real olduğunu bildirirlər. İndoneziya dakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər. == 1919 == Ən dağıdıcı püskürmə isə 1919-cü ildə qeydə alınıb. O zaman baş verən güclü partlayış yüzlərlə yaşayış məntəqəsini dağıtmış və 5160 insanın həyatına son qoymuşdu. == 1990 == Xatırladaq ki, dünyanın ən fəal vulkanlarından olan Kelud vulkanı 1990-cı ildə püskürmüşdü və həmin vaxt onlarla insan tələf olmuşdu. == 2007 == === 17.10.2007 === İndoneziyadakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər.
Klivlend vulkanı
Klivlend vulkanı (ing. Cleveland Volcano) — Şimali Amerikada, Alyaska ştatı, Çuqinadak adasında yerləşən aktiv vulkan. Vulkan 1730 m yüksəklikdə yerləşir. Aleut adalarının ən aktiv vulkanıdır. == Fəaliyyət == Bu vulkanın 19-cu və 20-ci əsrlərdə bir çox qeydə alınmış püskürmələri, həmçinin 18-ci əsrdə ərazidə vulkanik fəaliyyətin bir neçə hesabatı vardır. Son püskürmə 2011-ci ildə baş vermişdir. Vulkan 2011-ci il dekabrın 30-da 4,5 kilometr məsafəyə kül püskürmüşdür.
Krakatau vulkanı
Krakatau (ind. Krakatau) — İndoneziya ərazisində fəaliyyətdə olan vulkan, Malay arxipelaqına daxil olan Yava və Sumatra adaları arasında Zond boğazında yerləşir. Adanın sahəsi 10,5 km² təşkil edir. Hazır ki vulkanın hündürlüyü 813 metrdir. 1883-cü il püskürməsinə qədər vulkanın hündürlüyü daha böyük idi. Böyük ada yerləşən vulkan patlayışdan sonra tamamən dağılır və suya gömülmüşdür. == Tarixi == Krakatau stratovulkan olduğundan hər zaman püskürkələr və küll dumanları müşahidə edilir. Vulkonoloqların fikircə 535-ci ildə baş vermiş ən güçlü püskürmədir. Alimlər belə düşünür ki, bu püskürmə nəticəsində Zond boğazı yaranıb. Belə ki, Sumatra və Yava adaları bir birindən ayrılaraq iki müstəqil adalara çevrilmişlər.
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Marumukutru vulkanı
Marumukutru vulkanı (malaq. Maromokotro) — Adanın ən hündür nöqtəsi sönmüş vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana dağ massivində yerləşir. Tərcümədə "meyvə ağacları barı" anlamını verir.
Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür. Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir.
Ajdaak vulkanı
Ajdaak (Qızıl Dağ) (erm. Աժդահակ) — Ermənistan ərazisində sönmüş vulkan. Geqam silsiləsinin ən yüksək nöqtəsi. Dəniz səviyyəsindən 3597,3 metr yüksəklikdədir. Ermənistanın ərazisində və sərhədlərində yerləşən Alagöz, Qapıcıq və Ağdaban dağlarından sonra dördüncü ən yüksək dağ. Dağın başında, kraterdə adsız göl yerləşir. Vulkanın yuxarı hissəsindən Ararat, Hatis, Ara dağlarına, Sevan gölünə, həmçinin Qeqam silsiləsini və Kotyak Geqama silsiləsi yamaclarını və Kotayk bölgəsini görmək olar. vadisini görmək olar. Qeqam silsiləsində, vulkanın yaxınlığında Akna gölü (erm. Ակնալիճ) var.
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Amsterdam vulkanı
Amsterdam vulkanı — Amsterdam adasının cənub-qərbində yerləşən yatmış vulkan. Vulkanın püskürməsi qeydə alınmamışdır. Ətrafı sıx bitkilərlə örtülüdür. Hündürlüyü 881 metrdir. Vulkanının sualtı hissəsi 365 metr hündürlüyə malikdir. Antarktika plitəsinin şimalında yerləşir. Vulkanın formalaşması iki etapda baş tutmuşdur. Ən çox püskürmə və yala axını adanın şimal-şərqində yerləşən Dyoma kraterində baş vermişdir.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Santorini vulkanı
Santorini (yun. Σαντορίνη) — Egey dənizində yerləşən Tira adasında olan vulkan şəbəkəsinə aid kaldera. Bu kalderanın əmələ gəlməsi zamanı güçlü vulkan püskürməsi baş vermiş və nəticədə Egey sivilizasiyası, Krit, Tira adaları və Egey dənizi sahillərində olan yaşayış məntəqələrti məhv olmuşdur. Pürkürmənin b.e.ə 1645—1600 illərdə olması qeyd olunur. Partlayışın güçü 7 ball olaraq qiymətləndirilir. Bu isə Tambora və Krakatau vulkanlarının püskürməsindən 3 dəfə güçlü olması anlamına gəlir. Sunaminin hündürlüyü 100 metrə çatmnası ehtimal edilir. Nəticədə isə Krit adasında mövcud olan Minoy sivilizasiyası məhv olmuşdur. Vulkandan 200–1000 km aralıda yerləşən ərazilər küllə örtülmüşdür Minoy sivilizasiyasında yaşayan insanlar yaxşı dənizçilər və tacirlər idilər. Onların donanması bir zamanlar Egey dənizində hakimlik edirdi.
Solfatara vulkanı
Solfatara (it. Solfatara di Pozzuoli) — İtaliyanın Possuoli şəhəri yaxınlığında yerləşən vulkan. Bu vulkan roma mifalogiyasına görə Vulkan adlı dəmirçılık tanrısının evi olmuşdur. Bir deyimə görə vulkanın adı italyanca «solfo» yəni «azot» sözündən əmələ gəlmişdir. Digər versiyada isə latınca «Sulpha terra» sözündən əmələ gəlmiş mənası «Kükürdlü torpaq» mənasını verir.
Tanaqa vulkanı
Tanaqa vulkanı (ing. Tanaga Volcano) — Aleut adaları sistemindəki Tanaqa adasının şimal ucunda yerləşən stratovolkan. Əsas zirvənin şərqində başqa bir konusda vardır. Onun bir neçə püskürməsi 1763-cü ildən bəri məlumdur: 1763-1770, 1791, 1829, 1914-cü illərdə.
Torağay vulkanı
Torağay palçıq vulkanı — Azərbaycan Respublikasının ən böyük palçıq vulkanlarından biridir. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Bu vulkan daha çox Çeyildağ qəsəbəsinə yaxındır və buradan da 12 km məsafədə yerləşir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkan hələ də faliyyətdədir. Vulkan 402 metr hündürlüyə malikdir. Torağay palçıq vulkanı Azərbaycanın nəhəng və relyef baxımından yaraşıqlı və kəskin ifadə olunmuş vulkanlarından biridir. Mütləq hündürlüyü olan bu vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir, ən intensiv fəaliyyət dövrü isə dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür. Vulkan plio­sen-eopleystosen süxurlarından təşkil olunmuş eyniadlı antiklinalın şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir. Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir.
Vezuvi vulkanı
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Vulkano vulkanı
Vulkano (it. Vulcano) — İtaliyanın Siciliya adasından şimalda yerləşən Lipar adaları prupuna daxil olan Vulkano adasında yerləşən vulkanlar qrupu. Vulkan 130 000 il öncə formalaşmağa başlamışdır. Onun formalaşmasını 6 etapa bölmək olar. Aktivlik cənubdan şimala döğru uzanırdı. del Pryano kalderası adanın cənub-şərqində, del Rossa isə şimal-qərbdə yerləşir. La Rossa hazırda 391 [metr hündürlüyə malikdir. B.e.ə 183-cü ildə Vulkanello krateri formalaşmağa başlamışdır. Onun zirvəsi üç konusdan ibarətdir. Vulkanellnun aktivliyi XVI əsrdə bitmişdir.
Çat vulkanı
Çat tipli vulkan –bu vulkanların gətirmə kanalı çat, yarıq görkəmdə olur. Püskürmə ya bütün çat boyu, ya da onun ayrı-ayrı hissələrində baş verir; bu halda vulkanlar adətən monogen olur . Eyyafyallayöküll vulkanı — Islandiya. Püskürmədən sonra gətirmə çatı qapanır, lakin çox hal- larda yeni çat təzahür edir və bu çatın püskürmə materialı əvvəlki material üzərində laylaşır. Çat vulkanlarının ba- zaltlardan ibarət lava örtükləri ən çox ölçülərə malik olur. Ayrı-ayrı lava örtüklərinin qalınlığ adətən 5–15 m olmaq- la, bəzən 100 m-ə çatır. Çat vulkanlarının özəl tipi liparit və liparit-dasit örtüklərindən ibarət olur.
Çimbaroso vulkanı
Çimbaroso (isp. Chimborazo) ― Ekvadorun ən hündür nöqtəsi olub, sönmüş vulkandır. Hündürlüyü 6267 m-dir. Son püskürməsi eramızın ilk yüzüllüyündə baş vermişdir. XVI və XIX əsrlərdə o dünyanın ən hündür nöqtəsi hesab edilirdi. Vulkanın ətəyində Quayas çayı başlanğıcını götürür. Vulkanın adı Çimbaroso əyalətinin adından götürmüşdür. Çimbarosonun adının tarixi haqqında müxtəlif fərziyyələr var. Keçua "çimba" tərcümədə "digər tərəfdən" və ya "çayın digər sahilində" mənasını verir. Həmçinin "razu" sözü "qar" və ya "buz" mənasını verir.
Fərat vulkanı
Fərat vulkanı (ərəb. بُرْكَان الْفُرَات‎, Burkan əl-Furat) — Suriyada vətəndaş müharibəsi zamanı qurulan birgə əməliyyat otağı və koalisiya. Əsasən Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri (XMB) və Azad Suriya Ordusunun (ASO) müəyyən fraksiyalarından ibarət olmuşdur. Qrup İraq və Şam İslam Dövlətini Hələb və Rəqqə mühafəzələrindən çıxarmaq üçün mübarizə aparmışdır. 2015-ci ilin oktyabrında Vaşinqtonda yerləşən "Institute for the Study of War" qurumu "Fərat vulkanı"nı Hələb mühafəzəsindəki "güc vasitəçilərindən" biri hesab etmiş, ilk növbədə "İŞİD-ə qarşı" olduğunu, lakin mütləq "rejim əleyhdarı" olmadığını əlavə etmişdir.
Uzon vulkanı
Uzon — Rusiyanın Kamçatka yarımadasında parçalanmış və sönmüş vulkan. Uzon vulkanı Kronos yarımadasında, Kronos qoruğunun ərazisindəki Kronos gölünün cənubunda yerləşir. Bu ərazi müasir vulkanizm, termal bulaqların, qeyzerlərin, mineral, filiz və cavan neft yataqlarının olması ilə fərqlənir. Uzon vulkanının ilkin forması konus formalı, hündürlüyü isə 3000 metr olmuşdur. Güclü püskürmədən sonra müasir parçalanmış kalder formalaşmışdır. Uzon vulkanının kalderi Kamçatkanın böyük kalderlərindən biri hesab olunur. Kalderin təxmini ölçüləri 12x9 km-dir. Ümumi sahəsi 100 km²-dir. Kalderin dibi nisbətən düzdür və dəniz səviyyəsindən 700 metr yüksəklikdədir. Cənub, qərb və şimal yamacları dik olub hündürlük 200-800 metr arasında dəyişir.
Terror vulkanı
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Dəmirçi palçıq vulkanı
Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Dəmirçi Azərbaycanda yeganə vulkandır ki, Şamaxı rayonunda sıx bitki örtüyü olan yüksəkliklərin əhatəsində yerləşir. Vulkan Bakıdan 120 km şimal-qərbdə, eyni adlı kənddən 2.5 km cənub-şərqdə, Pirsaat çayının saö sahilindədir, nisbi hündürlüyü 20 m olan az qabarıqlı yüksəkliyi təşkil edir. Palçıq vulkanı örtüyü 12.*80m ölçülü sahəni tutur. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir. 1958, 2008-ci il-ci ildə püskürüb.
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı — Bakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir. Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır.
Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir. Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır. Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.
Hamamdağ palçıq vulkanı
Hamamdağ palçıq vulkanı - Xəzər dənizi sahilində Pirsaat burnunda yerləşir. == Ümumi məlumat == Ondan cənub-qərbdə Ağzıbir, cənubda isə Bəndovan palçıq vulkanları yerləşir.
Keyrəki palçıq vulkanı
Keyrəki palçıq vulkanı — Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkanın şimal yamacı dik, cənub yamacı isə az meylli olan kəsik konus şəklindədir. Krater bəndi üzərində hazırda qaz və maye çıxışlar müşahidə edilir. Tektonik cəhətdən vulkan eninə, Binəqədi antiklinalının cənub qanadının tağətrafı hissəsində yerləşmişdir. Sahənin geoloji quruluşunda Oliqosen-Miosen və Pliosen kompleksi çöküntüləri iştirak edirlər. Sopka brekçiyası tərkibinin öyrənilməsi və onun dillərinin yerləşməsi 1885-1968-ci illərdə baş vermiş son səkkiz püskürmənin sərhədlərini ayırmağa imkan verir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur.
Keçəldağ palçıq vulkanı
Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Mütləq hündürlüyü 114 m-dir. 2000-ci il oktyabrın 10-da vulkanın ilk qeydə alınan püskürməsi baş verdi. Püskürmə fasilələrlə 1.5 saat davam etdi. Şahidlərin sözlərinə görə qaz alışması baş vermədən vulkan palçığı 40–50 m hündürlüyə atılırdı. Bir qədər sakitləşən vulkan axşam saat 21:00-da yenidən aktivləşərək 1 saat müddətində palçıq püskürdü. Nəticədə, vulkan ağzı ətrafında dairəvi çatlar əmələ gəldi və kraterin divarları uçularaq aşağı töküldü: vulkanın kalderaya oxşar krateri yarandı. Vulkan yer səthinə 190 min m³ vulkan brekçiyası tulladı. Brekçiya vulkanın yamacını qismən örtərək qərbə, su anbarına tərəf axaraq bəzi yerlərdə suya qarışmış və anbarın kənarında olan yarımçıq yaşayış evlərini örtmüşdü. Brekçiyanın örtdüyü sahə 3.9 ha olmuşdur.
Kiçik Hərəmi palçıq vulkanı
Kiçik hərəmi palçıq vulkanı- eyni adlı tirənin cənub-şərq qurtaracağında yaranmış yəhərvari alçalamada yerləşir. == Ümumi məlumat == 440 m mütləq yüksəkliyə malik olan bu vulkan Hacıqabul şəhərindən şimalda dəniz səthindən 395-400 m ucalır. Bu vulkan Kiçik hərəmi braxiantiklinalının Məhsuldarqat çöküntülərinin üzə çıxdığı, eləcədə eninə və uzununa istiqamətdə keçən sınmaların kəsişdiyi yerdə yaranmışdır. Vulkanın ətraf hissələrində Məhsuldarqatdan başqa Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da intişar tapmışdır (Ə.Ə.Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Hazırda palçıq vulkanının kraterində bir neçə təpəcik və qrifonlar vardır. Onlardan zəif də olsa bulanıq su və palçıq ayrılır. Kiçik hərəmi palçıq vulkanının ümumi geomorfoloji quruluşunda, ancaq bu vulkana xas olan bir cəhət vardır. Bu vulkan brekçiyalarının ana süxurlardan təşkil olunmuş dik yamacların arası ilə axaraq sıxılması, qatı brekçiyanın qabarması, qədim brekçiyalardan qismən hündür pillələrdə ayrılması və nəhayət onlara dərinliyi 15-20 m bəzən daha artıq olan yarğanların kəsilməsidir. Kiçik hərəmin palçıq vulkanının krater sahəsində brekçiyalardan əlavə ana süxurlar da üzə çıxdığından onun səthi cavan quruluşlu yastanı xatırladır. Krater sahəsi zəif parçalanmışdır.
Kiçik Kənizədağ palçıq vulkanı
Kiçik Kənizədağ palçıq vulkanı -(300 m) Böyük Kənizədağ palçıq vulkanının cənub-şərq qurtaracağında yerləşir. == Ümumi məlumat == O, relyefdə yaxşı əks olunan kəsik konus əmələ gətirir. Bu vulkanın qurluşunda əsasən Məhsuldarqat, Ağcagil çöküntüləri iştirak edir. Sonuncu çöküntülər bəzi yarğanların dibində də üzə çıxır. Kiçik Kənizədağ palçıq vulkanı Duvannı qırışığının şimal-qərb qurtaracağının periklinal hissəsinin oxunda yerləşmişdir ( Ə.Ə. Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov 1971). Kiçik Kənizədağ palçıq vulkanının krater hissəsi yarımdairə şəklində olub, səthi az qabarıq olub zəif parçalanmışdır. Onun şimal və qərb yamacı zəif, cənub, cənub-şərq yamacı orta, şərq, şimal-şərq yamacı arid-denudasiya prosesləri ilə intensiv parçalanmışdır. Sonuncu səmtli yamaca kəsilmiş yarğanların dərinliyi aşağı hissədə 15-20 m və daha artıqdır.
Kiçik Mişovdağ palçıq vulkanı
Kiçik Mişovdağ palçıq vulkanı-Mişovdağ tirəsinin üzərində, Qızdağdan cənub şərqə, Böyük Mişovdağdan isə qərbdə yerləşir. == Ümumi məlumat == Kiçik Mişovdağ palçıq vulkanının istər geoloji və istərsə də tektonik quruluşu Böyük Mişovdağa daha çox oxşayır. Bu palçıq vulkanının krater sahəsi şimaldan-cənuba doğru 1km-ə qədər məsafədə uzanır. Onun şimal hissəsində enliliyi 500 m, cənub hissədə isə 250 m-ə yaxındır. Krater sahəsinin relyefi qabarıq olub, səthi hmardır, lakin bu hamarlıq nisbi yüksəkliyi 2–3 m-ə çatan konusvari iki sopka və eləcə də kiçik qrifonlarla pozulur. Sonunculardan qaz və bulanıq su ayrılır. Kraterdən şimal-şərqə 225–230 m-lik dəniz terrasları uzanır. Onun şimal-qərb və şərq, şimal-şərq yamacı iri yarğanların başlanğıc hissələrilə kəskin parçalanmışdır. Krater sahəsilə 250 m mütləq yüksəkliyi arasında qalan yamac qismən az parçalanmışdır. Buradan yarğanların zirvə hissəsi başlanır.
Krakatau vulkanının püskürməsi (1883)
1883-cü il Krakatau vulkanının püskürməsi — Krakatau vulkanında püskürmələr 1883-cü ilin may ayında başlasa da 26-27 avqust 1883-cü idə ardıcıl güçlü partlayışla müşahidə ediləm püskürmələr baş vermişdir. Nəticədə Krakatau adasının böyük qismi dağılmışdır. Bölgədə seysmik aktivlik 1984-cü ilin fevralına qədər davam etmiçdir. Bu püskürmə dünya tarixinə ən dağıdıçı və insan tələfatı baxımından ən böyüyüdür. Püskürmə nəticəsində ən azından 36417 nəfər həlak olmuşdur. Seysmik aktivlik nəticəsində isə 165 şəhər və yaşayış məntəqəsi dağılmış, 132-si isə böyük zərər görmüşdür. Püskürmənin nəticəsi bütün dünyaya öz təsirini göstərmişdir. == Təsviri və sonrakı vəziyyət == Krakatau vulkanının uzun zamandan sonra (1681) ayılması haqqında ilk məlumat 20 may 1883-cü ilə aiddir. Bu zaman vulkanın kraterindən böyük həcmdə tüstü çıxmağa başlayır. Vulkandan çıxan səsin dalğası 160 km radiusunda pəncərələrin silkələnməsinə səbəb olmuşdur.
Kürsəngi palçıq vulkanı
Kürsəngi palçıq vulkanı - Salyan rayonu, Kürsəngi kəndi ərazisində, Bakı-Salyan yolunun sağında yerləşən sönmüş palçıq vulkanı. Adının etimologiyasına dair bir çox nəzəriyyələr mövcuddur: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. == Ümumi məlumat == Dağın hündürlüyü təxminən 77 metrə çatır. Palçıq vulkanı dağı Kürsəngi kəndi ərazisində yerləşir. Dağın şimal-şərq ətəklərində Yolustü kəndi yerləşir. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur..
Leonard Knyazev vulkanı
Leonard Knyazev — qarışıq tipli vulkan. Fillippin Respublikasının Mindanao adasında yerləşir. Vulkan Kompostela Vadisi əyalətinin Mabini və Mako rayonunları ərazisindədir. Vulkan kalderinin ölçüsü 4 × 5 km-dir. Ərazidə andezit, bazalt-andezit tipli süxurlar üstünlük təşkil edir. Vulkanın dəniz səviyyəsindən hündürlüyü 1080 metrdir. Leonard Knyazev vulkanı olduğu bölgədə kalder mənşəli Leonard gölü var və gölün diametri 203 km, sahəsi 8 hektardı. Göl dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Göldə nadir balıq növləri və Filippin timsahı (Crocodylus mindorensis) yaşayır. Timsah çoxlama zamanı (iyul-sentyabr) gölə gəlir.
Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı — Bakı şəhərindən 12–15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən palçıq vulkanı. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir. Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Lökbatan vulkanı Xəzər səviyyəsindən nisbi 130 m, səthdən 100 m hündürlükdə yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. 1829-cu ildən başlayaraq bu vulkan 25 dəfə püskürmüşdür. Vulkan axırıncı dəfə 2017-ci ilin may ayının 2-də püskürmüşdür. Sopka brekçiyasının əsas kütləsi sahənin qərb hissəsinə axır. Burada vulkanın əvvəlki püskürmələri nəticəsində əmələ gəlmiş ayrı-ayrı təpələr vardır.
Otman Bozdağ palçıq vulkanı
Otman Bozdağ palçıq vulkanı — Azərbaycanda, Qaradağ dəmir yolu stansiyasından 5 km şimal-qərbdə yerləşən palçıq vulkanı. Yüksəkliyin mərkəz hissəsini diametri 300 metr olan vulkan krateri tutur. Kəsik konus şəklində olan kraterin kənarları 6 metr hündürlüyündə bəndlə hüdudlaşmışdır. Onun dik yamacları dərin yarüanlarla kəsilmişdir. Otman Bozdağının qrifon və salçaları iki qrupdan ibarətdir. Palçıq vulkanı rayonunun geoloji quruluşunda pliosen çöküntüləri iştirak edir. Otman Bozdağının püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır. Məsələn, 1845-ci il yanvarın 22-də baş vermiş güclü püskürmə 3 saat davam etmişdir. Brekçiyanın tədqiqi vulkanın bir neçə dəfə – 1845, 1904, 1951, 1965-ci illərdə püskürdüyünü göstərir. 1965-ci il oktyabrın 1-də saat 11.50-də bir saat yarım davam edən növbəti püskürmə baş vermişdir.
Oxos-del-Salado vulkanı
Oxos-del Salado- (от isp. Ojos del Salado) -"duzlu gözlər" - Cənubi Amerikanın ən hündür zirvəsi olan Akonqaquadan sonra ikinci hündür vulkan dağıdır. Bu dağ Argentina və Çilinin sərhəddində, zirvəsi isə Argentinanın ərazisində yerləşir. Onun hündürlüyü- 6 893 metrdir. Vulkanın qərbində, Sakit okean sahilində Atakama səhrası uzanır. Onun kraterinin şərq yamacında 6390 metr yüksəklikdə dünyanın ən yüksək dağ gölü-Titikaka yerləşir. O, sönmüş vulkan hesab edilir, çünki tarixi dövrlər ərzində onun püskürməsi haqqında heç bir məlumat yoxdur. Ancaq zaman zaman passiv vulkanik fəaliyyət hələ də müşahidə edildi. Belə ki, kükürd və su buxar qalıqları 1937,1956 və 1993-cü illərdə mövcud idi. Vulkan Polşa alpinistləri Justin Vojnis və Jan Schepanski tərəfindən 1937-ci ildə fəth edilib.Göründüyü kimi vulkan Oxos-del-Salado hindilər tərəfindən müqəddəs bir dağ kimi qəbul edildi.

"vulkanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vulkanı nədir? #vulkanı sözünün mənası #vulkanı nə deməkdir? #vulkanı sözünün izahı #vulkanı sözünün yazılışı #vulkanı necə yazılır? #vulkanı sözünün düzgün yazılışı #vulkanı leksik mənası #vulkanı sözünün sinonimi #vulkanı sözünün yaxın mənalı sözlər #vulkanı sözünün əks mənası #vulkanı sözünün etimologiyası #vulkanı sözünün orfoqrafiyası #vulkanı rusca #vulkanı inglisça #vulkanı fransızca #vulkanı sözünün istifadəsi #sözlük