* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••• | 17.13 |
2003 | •••••••••• | 17.32 |
2004 | ••••••••••• | 20.21 |
2005 | ••••••••••• | 19.57 |
2006 | •••••••••••••••••••• | 37.61 |
2007 | ••••••••••••••••• | 31.29 |
2008 | •••••••••••• | 21.19 |
2009 | ••••••••••••• | 23.52 |
2010 | ••••••••••••••• | 26.78 |
2011 | •••••••••••••• | 25.31 |
2012 | •••••••••••••• | 24.61 |
2013 | ••••••••••••• | 23.34 |
2014 | ••••••••••• | 20.08 |
2015 | •••••••••••• | 21.26 |
2016 | •••••••• | 13.19 |
2017 | ••••••••• | 15.45 |
2018 | ••••••••• | 16.63 |
2019 | •••••••• | 13.35 |
2020 | ••••• | 8.35 |
1 sif. 1. Vurulmuş, aşiq olmuş, həddindən artıq sevən; məftun. Zəfər sözünün də vurğunuyam mən; Günəşdən ucadır onun bayrağı! S.Vurğun. [Aybəniz:] Elçin Reyhanın vurğunudur, … mən onların məhəbbətinə mane olmaq istəmirəm. M.Hüseyn. Mən də sənin kimi gülə vurğunam. M.Rahim. 2. dan. bax vurğu1 2-ci mənada. Bu böyük itik, bu kədərli faciə… Atabalaya bir vurğun kimi təsir etdi. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / vurğun2 VURĞUN [Aytəmiz:] Elçin Reyhanın vurğunudur, ..mən onların məhəbbətinə mane olmaq istəmirəm (M.Hüseyn); ALUDƏ Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır (S.Ə.Şirvani); AŞİQ Aşiq baş qoymağa canan yolunda; Yeriyib meydana mərdanə gələr (M.Rahim); BAĞLI Zalxa Tarverdiyə: Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? (M.F.Axundzadə); BƏND Süleyman: Əsgər mane etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir (Ü.Hacıbəyov); DİLBƏSTƏ (kl.əd.) Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə (S.Ə.Şirvani); ƏSİR (məc.) Bir ahubaxışlı gözələ çoxdan əsirəm.. (Ə.Vahid); HEYRAN Bəzən tovuz kimi süzüb baxırsan; Yoxsa öz-özünə heyransan, nəsən? (M.Rahim); MAİL Deyildim mən sənə mail; Sən etdin əqlimi zail (Füzuli); MƏCNUN (dəlicəsinə vurulmuş) Niyə bu məcnunu etmiş fəramuş; Nədən ötrü olub bigana məndən? (Natəvan); MƏFTUN Firəngiz təbiətə məftun idi (B.Bayramov); SEVDALI Çəmən döşəyidir sevdalı yarım; Ona layla deyir səhər küləyi (S.Vurğun); ŞEYDA (şair.: dəlicəsinə vurğun) Şeydayi könül birlə cəmin demək olur kim; Bir tifi barıb arifi ürfadə ulaşmış (Əmani); VALEH (kl.əd.) Hamı bu halə valehü məftun; Nagahan hadis oldu bir yanğın (M.Ə.Sabir).
Azərbaycan dilinin sinonimlər lüğəti / vurğun1 VURĞUN – BİGANƏ Mən də sənin kimi gülə vurğunam (M.Rahim); Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi (Xəstə Qasım).
Azərbaycan dilinin antonimlər lüğəti / vurğun2 1 прил. влюблённый. Vurğun könül влюблённое сердце 2 сущ. удар, паралич ◊ ay səni vurğun vursun! чтоб тебя паралич разбил!
Azərbaycanca-rusca lüğət / vurğun1 I. i. lover, a man in love II. s. (i.s.) in love (with), enamoured; amer. enamored; ~ adam man in love; ~ olmaq to be* in love (with) III. i. tib. stroke; Səni vurğun vursun!A stroke be with you! May a stroke strike you!
Azərbaycanca-ingiliscə lüğət / vurğun1 1) is. coup m du sort, revers m de fortune, avatar m ; 2) sif. amoureu//x, -se ; ~ adam homme m amoureux (épris) de ; ~ olmaq être amoureu//x, -se (və ya épris, -e) ; 3) tib. embolie f ; coup m, accès m ; səni ~ vursun! Que le diable t’emporte! vurğun-vurğun zərf. avec amour m ; amoureusement ; bir kəsə ~ baxmaq regarder qn amoureusement
Azərbaycanca-fransızca lüğət / vurğun1 прил. 1. ашукь тир, кьадардилай артух кӀани, рикӀ алай; кьару; 2. рах. кил. vurğu¹ 2).
Azərbaycanca-ləzgicə lüğəti / vurğun(Gədəbəy, İmişli, Kürdəmir, Mingəçevir, Şamaxı) bax vırqın. – Vurğunun güjdü yəlsin, a pis adam (Gədəbəy); – Uşağı vurğun vuruf (Mingəçevir)
Azərbaycan dilinin dialektoloji lüğəti.sevmiş, vurulmuş, aşiq, məftun.
Azərbaycan kişi adlarının izahlı lüğəti