* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Öz heysiyyətini, mənliyini qoruyan; təmkinli, təşəxxüslü, ağır, başıuca, məğrur. Vüqarlı adam. – Baş-başa çatılmış bu qoca dağlar; Vüqarlı qəlbimtək bu uca dağlar. S.Vurğun. [Möhsün müəllim:] Necə ola bilər ki, o vüqarlı müəllim, 300 uşağın qayğıkeş mənəvi atası, bu ətrafın yanan çırağı birdən-birə sönsün? S.Rəhimov. // Zərf mənasında. Özünü vüqarlı tutmaq.
Azərbaycan dilinin izahlı lüğəti / vüqarlı2 VÜQARLI Baş-başa qatılmış bu qoca dağlar; Vüqarlı qəlbim tək bu uca dağlar.. (S.Vurğun); QÜRURLU O, öz zindanını uçurtmuş bir məhbus, ölkəsini xilas etmək üçün ölümə gedən bir əsgər kimi qürurlu idi (M.İbrahimov); MƏĞRUR Qartallar, necə də məğrurdur! – deyib Fərid gözünü çöldən çəkib yoldaşına baxdı (M.İbrahimov); PÜRVÜQAR Bəs o kimdir, – o pürvüqar? (B.Vahabzadə); TƏMKİNLİ Yapıncılı kişi çox mülayim və təmkinli danışırdı (Ə.Vəliyev); BAŞIUCA, ŞƏRƏFLİ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / vüqarlı1 VÜQARLI – BAŞIAŞAĞI Baş-başa çatılmış bu qoca dağlar; Vüqarlı qəlbim tək bu uca dağlar (S.Vurğun); ...Yaxşı əxlaqın birinci şərti elə budur ki, başıaşağı, üzüyola olasan (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / vüqarlı2 прил. гордый: 1. обладающий чувством собственного достоинства, самоуважения. Vüqarlı adam гордый человек, vüqarlı xalq гордый народ, vüqarlı insanlar гордые люди 2. исполненный гордости, выражающий гордость. Vüqarlı görkəm гордый вид, vüqarlı baxış гордый взгляд, vüqarlı yeriş гордая походка, vüqarlı qamət гордая осанка 3. разг. высокомерный, горделивый, заносчивый
Azərbaycanca-rusca lüğət / vüqarlı1 прил. вичин кьилин чӀехивал, вичин вичвал хуьдай; такабурлу, залан, муькӀуь, сабурлу.
Azərbaycanca-ləzgicə lüğəti / vüqarlı