varlı-kasıb sözü azərbaycan dilində

varlı-kasıb

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • varlı-kasıb • 87.5000%
  • Varlı-kasıb • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Varlı ata, kasıb ata (kitab)
"Varlı ata, Kasıb ata" — Robert Kiosaki tərəfindən yazılmış maliyyə məsləhətləri kitabı. Kitab maliyyə müstəqilliyini və varlanmağın yatırım yolu ilə, biznesə başlamaq və ya biznez sahibi olmaq yolu ilə mümkünlüyünü və həmçinin İG-nin (intellekt göstəricisi) artırılmasını əhatə edir. Kitabda yazılan hadisələr və misallar Kiosakinin öz həyatından götürülmüşdür. == Haqqında == Robert Kiosaki və Şeron Lekterun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər. Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyi, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir. == Nəşr == Kitab ilk dəfə 1997-ci ildə nəşr edildi. Əvvəlcə kitabın nəşri şəxsi təşəbbüs olduğundan çox yayılmasa da, bir müddətdən sonra kitab bestseller oldu və dünyada 26 milyondan çox nüsxəsi satıldı. == Qəbulu və dəstək == Kitab ümumilikdə 26 milyondan çox satılıb və bəzi tənqidçilərdən müsbət rəy alıb.
Varlı
Varlı (Salyan)Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Varlı qız, kasıb oğlan (teleserial, 2012)
Varlı qız, kasıb oğlan — türk komediya-romantik filmdir.
Kasıb (Urmiya)
Kasıb (fars. كاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (49 ailə).
Kasıb innovasiyası
Kasıbyana innovasiya — ehtiyacın ödənilməsi üçün ən sadə və mümkün ən səmərəli yolla, minimum vasitələr istifadə etməklə həyata keçirilən innovativ addımları özündə birləşdirir. == Təsvir == Kasıbyana innovasiya prosesi hər hansı şəraitdə həll yolunun tapılması və işlərin həyata keçirilməsi zəncirində mürəkkəblikləri və xərcləri azaltmaq məqsədi daşıyır. Bu durumlarda innovatorun çox vaxt əlində az vasitə olur və o, problemləri "Piramidanın dibi"ndən başlamaqla həll etməyə çalışır. Hər hansı ayrı-seçkilik və lazımsız əlavələr olmadan ehtiyac olan şeyə dəqiq şəkildə cavab vermək üçün həll yolları maksimum saflaşdırılır. Tətbiq və reallaşdırma vasitələri yüngül, aydın və mümkün ən səmərəli şəkildə olmalıdır. Bu, bir tərəfdən xərcləri və qiymətləri azaltmağa xidmət edir, digər tərəfdən, təvazökar innovatorun sahib olduğu vasitələrin azlığından qaynaqlanır. Bu, istehlakçıların real ehtiyaclarını bilməyi və bu biliyə əsaslanıb innovasiya etməyi tələb edir. == Mənşəyi == Kasıbyana və ya sadə innovasiya hind konsepsiyası Jugaad`dan mənbə götürür. Jugaad konsepsiyası hesab edir ki, bu addım, ümumiyyətlə, çətin mühitlərdə atılır. Kasıbyana innovasiyanın ortaya çıxmasında həmçinin inkişafda olan ölkələrin (İOÖ) də böyük rolu var.
Kasıb Abdullah
Abdullah Suraxanov (1875, İmamqulukənd, Hil rayonu – 1934) — 1875-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. O, özünə "Kasıb" təxəllüsünü götürdükdən sonra "Kasıb Abdullah" kimi tanınıb. Kasıb Abdullah uşaqlıqdan fəhlə kimi çalışıb, 20 yaşında isə Bakının bir neçə neft mədənlərində işə düzəlib. Həmin zaman o, digər Ləzgilərlə yanaşı, Bakının bir neçə neft mədənində inqilabi fəaliyyətlə məşğul idi. Bundan qəzəblənən Çar Rusiyası iki dəfə minlərlə ləzgini Bakıdan qovub. İkinci dəfə qovulan fəhlələr arasında Abdullah da var idi. O, həmkəndlisi İbrahimlə bir yerdə Rusiyanın Rostov şəhərinə yola düşür. Sonralar o, Rusiyanın Petrovsk şəhəridə balıq vətəgəsində çalışmağa başlayır. Kəndə qayıtdıqdan sonra Quba pristavı Abdullaha hədə-qorxu gəlirdi. Bununla razılaşmayan Abdullah növbəti dəfə kəndə gələn pristavı bə əlatlarını mühasirəyə alaraq, onları tərksilah edir.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək "Orconikidze") – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Varlı adamlar
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10;56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ - ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
İkinci Varlı
İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur. Aran iqtisadi rayonuna xas olan pambıqçılıqla da kənddə məşğul olurlar. 24-02-2016 Salyan rayonunda 1000 nəfərdən çox əhalinin yaşadığı İkinci Varlı kəndinə mavi yanacağın verilməsinə başlanılıb. 200 abonenti olan kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 min 220 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. == Din == Kənddə II Varlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Babilin Ən Varlı Adamı
Babilin ən varlı adamı, Corc S. Cleyon-un 1926-cı il kitabıdır ki, bu, Qədim Babildə 4000 il əvvəl təyin olunan məsəllər toplusu vasitəsilə maliyyə tövsiyələrini bölüşdürən bir kitabdır. Kitab məsəllərin ilkin nəşrindən təxminən bir əsr sonra çapda qalır və şəxsi maliyyə məsləhətlərinin klassiki kimi qəbul edilir. == Fon == Nümunələri "Babilin ən zəngin adamı" olmuş kasıb mirzə Arkad adlı uydurma Babil personajı danışır. Arkadın məsləhətlərinə "Yeddi Müalicə" (yaxud pul və sərvət yaratmaq yolları) və "Qızılın Beş Qanunu" (yaxud sərvəti necə qorumaq və investisiya etmək) daxildir. Arkadın məsləhətlərinin əsas hissəsi "əvvəlcə özünüzə ödəyin", "öz imkanlarınız daxilində yaşamaq", "bildiyinizə sərmayə qoymaq", "uzunmüddətli qənaət" və "ev sahibi olmaq"dır. Məzmun 1920-24-cü illərdə ABŞ bankları və sığorta şirkətləri tərəfindən paylanmış bir sıra broşürlərdəndir; broşuralar bir-birinə bağlandı və 1926-cı ildə kitab şəklində nəşr olundu. Kitaba tez-tez şəxsi maliyyə məsləhətlərinin klassiki kimi istinad edilir, və şəxsi maliyyə məsləhətləri və sərvətlərin idarə edilməsi ilə bağlı müasir tövsiyə olunan oxu siyahılarında görünür. Satılan 2 milyon nüsxə ilə ilk nəşrindən təxminən 90 il sonra çap edin. Klason özü 1930-cu ildə "Babilin Ən Zəngin Adamı və Digər Hekayələr" adlı illüstrasiyalı cildli nəşri nəşr etdirdi və bu nəşr indi 1250 ABŞ dollarına satılır. Kitabın qeyri-adi quruluşu məsəllər haqqında əlavə müzakirələr və anlayışlar təmin edən bir çox müasir törəmə əsərlərə ilham verdi.
Varlı-Həyat mis təzahürü
== Ümumi məlumat == Varlı-Həyat Cəyirçay qırılmasının cənub-şərq davamında eyniadlı kənd sahəsində yerləşir. Burada bayos vulkanitləri hesabına əmələ gəlmiş metasomatik dəyişmiş süxurlar vardır. Təzahür sahəsində iki filizli zona ayrılmışdır. . === Birinci zona === Burada birinci zonanın uzunluğu 350 m, qalınlığı 11 m, misin orta miqdarı 1,3%, molibdenin miqdarı isə 0,001% hesablanır. === İkinci zona === İkinci zonanın uzunluğu isə 200 m, qalınlığı 19 m, misin miqdarı 1,20%, molibdenin miqdarı isə 0,001% təşkil edir.

Oxşar sözlər

#varlı-kasıb nədir? #varlı-kasıb sözünün mənası #varlı-kasıb nə deməkdir? #varlı-kasıb sözünün izahı #varlı-kasıb sözünün yazılışı #varlı-kasıb necə yazılır? #varlı-kasıb sözünün düzgün yazılışı #varlı-kasıb leksik mənası #varlı-kasıb sözünün sinonimi #varlı-kasıb sözünün yaxın mənalı sözlər #varlı-kasıb sözünün əks mənası #varlı-kasıb sözünün etimologiyası #varlı-kasıb sözünün orfoqrafiyası #varlı-kasıb rusca #varlı-kasıb inglisça #varlı-kasıb fransızca #varlı-kasıb sözünün istifadəsi #sözlük