vəhabi sözü azərbaycan dilində

vəhabi

Yazılış

  • vəhabi • 96.6102%
  • Vəhabi • 3.3898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəhabi müharibəsi
Osmanlı-Səudiyyə müharibəsi (və yaxud Misir-Səudiyyə müharibəsi) - 1811-1818-ci illərdə Birinci Səudiyyə əmiri Səud ibn Əbdüləzizlə Osmanlı İmperiyasının Misir əyalətinin hakimi Kavalalı Mehmed Əli Paşa arasında baş vermişdir. Müharibə Səud ibn Əbdüləziz əl-Səudun dövründə başlamış və onun vəliəhdi Abdullah ibn Səud əl-Səudun dövründə onun ölümü ilə başa çatmışdır. == Müharibədən öncə == Vəhhabilik Birinci Səudiyyə dövlətinin yaranmasında əsaslı rol oynadı və bu Osmanlı imperiyasının maraqlarına zidd idi. Hərəkata qarşı Osmanlı sultanı Misir hakimi Kavalalı Mehmed Əli Paşanı vəzifələndirdi. Məhəmməd ibn Əbdülvahab və əmir Məhəmməd bin Səud əl-Səudun islam islahatları onların Dəriyyə şəhərində hakimiyyətlərini möhkəmləndirməyə şərait yaratdı. 1805-ci ildə Vəhhabilər Məkkə və Mədinə üzərində nəzarəti ələ keçirdilər, Kərbəla şəhərinə və İmam Hüseyn məqbərəsinə hücum etdilər. Bu zaman vəhhabilər Osmanlı karvanlarına hücum etdilər. Səudiyyə əmirinin Hicaz ziyarətgahlarının qoruyucusu olması iddiasını Osmanlı sultanı tərəfindən pislənmişdi. Daha sonra Osmanlılar vəhhabilərlə mübarizə üçün Mehmed Əli Paşanı vəzifələndirmişdilər. == Müharibə == 1807-ci ilin dekabr ayında Misir hakimi Mehmed Əli Paşa Osmanlı sultanı IV Mustafadan Səudiyyə əmirliyinə qarşı müharibəyə başlamaq tapşırığı aldı.
Qacar-Vəhabi Müharibəsi
Qacar-Vəhhabi müharibəsi və ya Fətəli Şahın Vəhhabilərə Qarşı Kampaniyası (fars : جنگ قاجار — وهابی ها). Müharibə təxminən 1812–1814-cü illərdə Qacarlarla Omanlılar arasında vəhhabilərə qarşı olub. == Fon == 1802-ci ildə Vəhhabilər Kəbəlaya hücum edib, buradaki Şiələri qətlə yetirdilər. İmam Hüseynin türbəsinin zərər görməsi Şiələr üçün son nöqtə oldu. Oman sultanı Said ibn Sultan Qacarlardan kömək istədi və uzun çəkən danışıqlardan sonra Fətəli şah Qacar Vəhhabilərə qarşı Omanlılarla birləşməyə razı oldu. == Qacarların Ərəbistana yürüşü == Fəth Əli şahın əmri ilə, Sə'ədi xanın başçılığı altında üç min döyüşçüdən ibarət böyük bir qoşun yığıldı. Bu qüvvə Bərkəyə doğru irəlilədi və hər iki tərəf birləşmiş qüvvələrə komandanlığı Səid ibn Sultanın öz üzərinə götürməsinə razılaşdılar. Səid ibn Sultanla Qacar şahının ittifaqının yaratdığı təhlükəni qabaqcadan hiss edən Diriyyə əmiri Səud ibn Əbdüləziz dostluq əlaqələri qurmaq və gözlənilən səfərin qarşısını almaq üçün şaha elçi göndərdi. Buna baxmayaraq, şah Səid ibn Sultanın tərəfində durmaya davam etdi və sərkərdə Sə'ədi xana göstəriş verdi ki, Səid ibn Sultanı üç min qacar süvari ilə geri qayıdarkən müşayiət etsin. Bu qüvvə 1812-ci ilin əvvəllərində Bərkəyə çatdı.

vəhabi sözünün leksik mənası və izahı

vəhabi sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#vəhabi nədir? #vəhabi sözünün mənası #vəhabi nə deməkdir? #vəhabi sözünün izahı #vəhabi sözünün yazılışı #vəhabi necə yazılır? #vəhabi sözünün düzgün yazılışı #vəhabi leksik mənası #vəhabi sözünün sinonimi #vəhabi sözünün yaxın mənalı sözlər #vəhabi sözünün əks mənası #vəhabi sözünün etimologiyası #vəhabi sözünün orfoqrafiyası #vəhabi rusca #vəhabi inglisça #vəhabi fransızca #vəhabi sözünün istifadəsi #sözlük