* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Zehni və ya istehsalatla bağlı olmayan fiziki əməyin müxtəlif sahələrində maaşla xidmət edən adam; qulluqçu. Fəhlə və xidmətçilər. – Mirzəağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. Kənd məktəbinin qoca xidmətçisi İmran kişi artırmaya qalxıb qapını döydü. Q.İlkin. // Adamların ehtiyaclarını təmin etməklə məşğul olan, xidmət göstərən şəxs. Xidmətçi qızlar hər sərnişinə ayrıca balaca podnosda və çox təmiz qab-qacaqda yemək paylayırlar. M.İbrahimov. 2. Ev qulluqçusu (qız, qadın). Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli. [Ceyran] Eldarın evindəki xidmətçi qadından da bəzi məlumat alır. S.Hüseyn. // Qulluqçu, nökər. Axırda [Cəlilin] nadincliyindən anası da bezar olub, onu bir dükançı yanına xidmətçi qoydu. İ.Musabəyov. [Pəri Bəhrama:] Onu yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən. C.Cabbarlı. Əmioğlunun xidmətçisi Məmmədrza uşaqlıqdan bu üç ailə içində yaşadığına görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / xidmətçi1 1. XİDMƏTÇİ (müxtəlif mənalarda: saray xidmətçisi, ev xidmətçisi və s.) Bir azdan sonra xidmətçi Nataşa əlində qab-qacaq mətbəxə girdi (A.Şaiq); CARİYƏ Cariyələr, nökərlər düşdülər əl-ayağa; Hərəsi bir tərəfdən qulluq etdi qonağa (B.Vahabzadə); XADİMƏ Xadimə otağa keçəndə qapıdan kollektiv surətdə çölə hücum çəkən tüstü layları ilə bərabər məruzəçinin kallaşmış səsi eşidildi (Ş.Fərzəliyev); XİDMƏTKAR Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı (A.Səhhət); KƏNİZ (qıza aid) Çaydır, dənizdir; Quldur, kənizdir; Balam hər nədir; Mənə əzizidir (Bayatı); QULLUQÇU [Maşo:] Bu qulluqçuya deyərsən xörəyi də tez hazır etsin (N.Nərimanov); NÖKƏR (oğlana aid) Hacı Kamyab: Xan mən sizin kəmtərin nökərinizəm. qızım da kənizinizdir (Ə.Haqverdiyev); QARABAŞ (bax). 2. xidmətçi bax qulluqçu 1
Azərbaycan dilinin sinonimlər lüğəti / xidmətçi2 сущ. 1. служитель: 1) тот, кто находится в услужении. Mehmanxana xidmətçisi служитель гостиницы 2) низший служащий в некоторых учреждениях. Mayak xidmətçisi служитель маяка, muzey xidmətçisi служитель музея, dəftərxana xidmətçisi канцелярский служитель 2. слуга (человек для личных услуг, прислуживания в богатых домах); служанка 3. уборщица II прил. обслуживающий. Xidmətçi personal обслуживающий персонал
Azərbaycanca-rusca lüğət / xidmətçi1 i. employee; office or professional worker; salaried person; dövlət ~si office employee; (İngiltərədə) civil servant
Azərbaycanca-ingiliscə lüğət / xidmətçi1 is. employé m, - e f ; serviteur m ; garçon m ; infirmier m (xəstəxanada)
Azərbaycanca-fransızca lüğət / xidmətçi1 суш. хидметчи (1. къуллугъчи; 2. кӀвалин къуллугъчи (дишегьли, руш); 3. нуькер).
Azərbaycanca-ləzgicə lüğəti / xidmətçi