xirtdək sözü azərbaycan dilində

xirtdək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xirtdək • 68.1818%
  • Xirtdək • 22.7273%
  • XİRTDƏK • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

xirtdək sözünün leksik mənası və izahı

  • 1 is. Nəfəs yolunun yuxarı hissəsi. Əlyarov az qala Teymurun xirtdəyindən tutub boğmaq istəyirdi. M.Hüseyn. [Yusif] sümüyü çıxmış yanağını, xirtdəyini, cəhəngini qanatmışdı. B.Bayramov. ◊ …Xirtdəyə kimi çıxmaq – lap çox olmaq, həddini aşmaq; boğaza çıxmaq. Qazma planı axsayır, yeni neft yatağı açılır, hər addımda israf xərclər xirtdəyə çıxırdı. M.Süleymanov. [Hətəmov:] İş-gücün xirtdəyə çıxan vaxtı başlamısınız ki, biz səyahətnamə oxumağa gəlmişik. B.Bayramov. Xirtdəyə qədər (kimi) – 1) boğaza qədər. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq, qalın meşələrdən keçir, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev. Nəhayət, divar qəzetində buraxılan karikaturada Mirzənin xirtdəyə qədər çaxır çəlləyinə girdiyi göstərilirdi. Mir Cəlal; 2) lap çox, həddindən çox. Xirtdəyi əl(in)də olmaq – taleyi … əlində olmaq, tamamilə asılı olmaq. [İskəndər kişi:] Ondan sonra [yasavulun] xirtdəyi bizim əlimizdədir. M.Hüseyn. Xirtdəyi ələ keçmək – yaxalanmaq, girə keçmək, ələ keçmək. Xirtdəyindən yapışmaq – sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq, boğazından yapışmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / xirtdək

xirtdək sözünün etimologiyası

xirtdək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XİRTDƏK (nəfəs yolunun yuxarı hissəsi) Nə isə demək istədi, amma sözü lap xirtdəyində ilişib qaldı (M.Hüseyn); ADƏM ALMASI Adəm alması deyilən xirtdək sümüyündən heç bir əsər-əlamət görünməzdi (Ə.Əbülhəsən); QIRTLAQ/BOĞAZ (bax); HÜLQUM (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xirtdək

xirtdək sözünün rus dilinə tərcüməsi

  • 1 анат. гортань, кадык

    Azərbaycanca-rusca lüğət / xirtdək
  • 2 I сущ. 1. гортань (верхняя часть дыхательных путей) 2. горло, глотка II прил. гортанный. Xirtdək samitləri лингв. гортанные согласные; xirtdəyə qədər, xirtdəyə kimi по горло. Xirtdəyə kimi (qədər) yemişəm я сыт по горло; xirtdəyə qədər borca düşmək быть по уши в долгах; xirtdəyə qədər məşğulam занят по горло, xirtdəyə yığmaq kimi: 1. надоедать, надоесть кому; 2. изводить, извести кого; xirtdəyə çıxıb nə: 1. по горло; 2. хоть отбавляй чего; xirtdəyi ələ keçmək: 1. попадаться, попасться в чём-л.; 2. быть пойманным; xirtdəyi kiminsə əlində olmaq быть в чьихто руках; xirtdəyi əldə olmaq быть в подчинении, быть не свободным; xirtdəyindən yapışmaq kimin брать, взять, схватить кого за горло (за глотку, за жабры); xirtdəyinə keçmək навязываться, навязаться на шею кому-л., чью-л.; стоять, стать поперек горла; застрять в зубах (надоесть); xirtdəkdən yuxarı bəs edər за глаза (вполне, с избытком) хватит

    Azərbaycanca-rusca lüğət / xirtdək

xirtdək sözünün inglis dilinə tərcüməsi

xirtdək sözünün fransız dilinə tərcüməsi

xirtdək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 суш. туьд, туьтуьх, сурлумпӀ; ** ...xirtdəyə kimi çıxmaq туьтуьниз акъатун, лап гзаф хьун, кьадардилай артух хьун; xirtdəyə qədər а) туьтуьнал кьван, туьтуьнихъ кьван; б) лап гзаф, кьадардилай артух; xirtdəyi ələ keçmək туьд гъиле гьатун, гъиле гьатун, кӀирина гьатун, кьун; xirtdəyi əlində olmaq туьд гъиле хьун, тамам аслу хьун; xirtdəyindən yapışmaq туьд кьун, туьтуьникай галкӀун, чуькьуьн, кӀеве ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / xirtdək

"xirtdək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xirtdək nədir? #xirtdək sözünün mənası #xirtdək nə deməkdir? #xirtdək sözünün izahı #xirtdək sözünün yazılışı #xirtdək necə yazılır? #xirtdək sözünün düzgün yazılışı #xirtdək leksik mənası #xirtdək sözünün sinonimi #xirtdək sözünün yaxın mənalı sözlər #xirtdək sözünün əks mənası #xirtdək sözünün etimologiyası #xirtdək sözünün orfoqrafiyası #xirtdək rusca #xirtdək inglisça #xirtdək fransızca #xirtdək sözünün istifadəsi #sözlük