Novruz xonçası
Novruz — bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Bayram ərəfəsində müxtəlif cür adət-ənənələrlə rastlaşmaq olar. Küsülülərin barışması, qapılara qulaq asmaq, yumurtanın döyüşdürülməsi, papaq atma və başqa inanclar bu günləri əyləncəli edir. Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır. Bəs bayram xonçası necə bəzədilməlidir?