xalçası sözü azərbaycan dilində

xalçası

Yazılış

  • xalçası • 55.5317%
  • Xalçası • 44.2535%
  • XALÇASI • 0.2148%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəryanur xalçası
Dəryanur xalçası — Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça. == Ümumi məlumat == Azərbaycanın bu xalçaları "Dəryanur xalçası" adını almışdır, lakin onun adlanması Dəryavar kəndinin adi ilə bağlıdır. Bu kənd Azərbaycanın cənubunda, Yardımlı rayonunun mərkəzindən 5 km şərqdədir. Hələ qədim zamanlardan Dəryavar kəndi xalça və xalçaçılıq məmulatlarına görə çox məşhurdur. "Dəryanur" xalçalarının XIX əsrdən başlayaraq, Şuşa, Ağdam, Bərdə, Cəbrayıl və digər şəhərlərdə istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Dəryavar kəndi olaraq qalmaqda idi. Bu ərazidə xalçaçılığın belə inkişaf etməsi təsadüfi deyildi. Bu kənd şimalda Qarabağ və Muğan kimi, cənubda isə Təbriz kimi böyük xalçaçılıq mərkəzlərinə yaxın yerləşirdi. Bu da yerli xalçaçılara öz müsbət təsirini göstərmişdir və burada xalçaçılıq özünün yüksək səviyyəsinə çatmışdır. == Bədii analiz == "Dəryanur" xalçalarının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə bir – birinin ardınca yerləşdirilmiş göllərdən ibarətdir. Formasına görə, bu göllər "Xanlıq xalçası" və "Açma-yumma xalçası" xalçalarının gölləri ilə oxşarlıq təşkil edir, lakin orta sahədə yerləşməsinə görə özünəməxsusuluğa malikdir.
Geris xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Gədəbəy xalçası
Gədəbəy xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 50 km qərbdə yerləşən Gədəbəy rayonunun adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Çaykən", "Gölkənd" və ya "Qaraqoyunlu" xalçaları da adlandırırlar. Gədəbəy xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == İstehsalı == Gədəbəy xalçaları Gəncədən 50 km qərbdə yerləşən Gədəbəy rayonunda istehsal olunur. Yaxın keçmişə qədər Gədəbəy xalçaçılıq məktəbinin istehsal mərkəzləri həm də Çaykənd və Gölkənd (müasir Ermənistan ərazisində yerləşən kənd orada "Qaraqoyunlu" adlanırdı) kəndləri idi. Gədəbəydə həm də "Şamxor", "Çıraqlı", "Fəxralı" tipli xalçalar (onları Gəncənin müxtəlif rayonlarında toxuyurdular) və "Qazax" xalçaları istehsal olunurdu. Qədim dövrlərdən Gədəbəy Gəncə tipli xalçaların toxunduğu ən böyük xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Gədəbəy rayonu heyvandarlığı (xüsusilə qoyunculuğun) inkişafı və yun alınması üçün çox əlverişli təbii şəraitə malikdir. Xalçaçılığı bu ərazilərdə yüksək inkişaf səviyyəsinə çatmasına da bu təbii şərait imkan yaratmışdır.
Heris xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Heriz xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Himil xalçası
Himil xalçaları — Quba xalçaçılıq məktəbinə məxsus xalça.
Lampa xalçası
Lampa xalçaları və ya Ləmpə xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça. == Ümumi məlumat == Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu. == Bədii analiz == Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır.
Ləmbəran xalçası
Ləmbəran xalçaları — Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xaça növü. == Ümumi məlumat == Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal – şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Hələ lap qədim zamanlarda Bərdə yüksək keyfiyyətli xovlu xalçaların toxunduğu yer kimi məşhur idi. Lənbəranda toxunmuş zililər, vərnilər, cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Sənətkarlıqda əvvəllər Xanqərvənd kəndi ilə rəqabət aparan Ləmbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı. XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları ixracatda mühüm yer tuturdu. == Bədii analiz == "Ləmbəran xalçası" bir neçə variantda hazırlanırdı. Birinci variant. Bu xalçalar bitki naxışları ilə bəzədilirdi. Orta sahənin kompozisiyası "Bəndi–rumi" əsasında yaradılmışdır.
Ləzgi xalçası
Ləzgi xalçası — Dağıstan və Azərbaycanda ləzgilər tərəfindən və ya ləzgi nümunələri üzrə istehsal olunan müxtəlif növ xalçalar məcmusu. Dünyada tanınan çoxlu sayda Qafqaz xalçaları Mikrah, Axtı, Kəbir, Zeyxur, Qımıl kimi ləzgi kəndlərinin adlarını daşıyır. == Tarixi == Xalçaçılıq sənəti əsrlər boyu inkişaf edən və təkmilləşən ləzgi xalq incəsənətinin parlaq nümunəsidir. Arxeoloji qazıntılar nəticəsində, ləzgilərin əcdadları hələ tunc dövründə əyiricilik və toxuculuqla məşğul olublar. Belə ki, Gilyar yaşayış məskəninin keramika fraqmentlərindən birində ilk tunc dövründə dəzgahdan istifadə edildiyini göstərən ən sadə kətan toxunuşuna aid parçanın izi qorunub saxlanılmışdır. Ləzgistanda xalçaçılığın inkişafı üçün sabit bazanın yaradılmasına yerli təbii-coğrafi və iqtisadi şərait xeyli dərəcədə kömək etmişdir. Zəngin flora, bağçılıq, yabanı bitki və meyvələr, zərif qoyunların yununun əla növləri məhsulların möhkəmliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə müəyyənləşdirdi. Ləzgi xalçaları öz gözəl, rəngarəng ornamentləri ilə məşhur olmuşdur ki, bu da sənətkarların böyük bədii zövqündən xəbər verir. Xalçaçılar rəsmlərdə poetik ideyalar və təsviri ornamentasiya sənəti qoyan əsl rəssamlar idilər. S.Ağaşirinovun fikrincə, Azərbaycanda və Dağıstanda xalçaçılıq xüsusilə ləzgilərin yaşadığı bölgələrdə inkişaf etmişdir .
Ləçəkturunc xalçası
Ləçəkturunc xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Malıbəyli xalçası
Malıbəyli xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan xovlu xalça. == Ümumi məlumat == Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda–dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl–Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı–gəbələr geniş yayılmışdır.
Mir xalçası
Mir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adı Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan "Mərəzə" və "Hilə buta" xalçalarını xatırladır. "Mir" xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir. Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Mollakamallı xalçası
Mollakamallı — Quba-Şirvan xalçaçılıq məktəbinin Quba qrupuna aid olan Azərbaycan xalçaları. Azərbaycan hələ qədimdən dünyanın diqqətini füsunkar təbiəti və sədaqətli insanları ilə özünə cəlb edib. Ən məşhur səyyahların gündəliklərində Azərbaycanın adına rast gəlinir, ölkəmizin nadir təbiət gözəlliklərindən, maddi mədəniyyət abidələrindən, təbii sərvətlərindən geniş söz açılır. Quba xalçaçılıq məktəbi Qonaqkənd və Şabran rayonları da daxil olmaqla 35-ə yaxın ornament kompozisiyanı özündə birləşdirir. Bu ərazi müxtəlif tayfaların məskunlaşdığı tarixi bölgədir. Bu, onun xalçaçılıq sənətində də özünü göstərir: geniş naxış rəngarəngliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq, çeşnisi ilə fərqlənirlər. Onların ornamentlərinin əksəriyyəti coğrafi və bitki motivləri ilə xarakterizə olunur. Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olursan ki, kompozisiyanın bütün bəzəkləri vahid mənaya malikdir.
Muğan xalçası
Muğan xalçaları — müxtəlif format və müxtəlif proporsiyalara malik xovlu xalça. Bu xalçaların adı Azərbaycanın cənub–şərqində, Kür ilə Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. X əsrdə yazılmış "Hüdud–əl Əlyamin" əsərində qeyd edilirdi ki, Muğanda çoxlu sayda çuval və palazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyətli hesab edilirdi. Yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığı Muğan xalçaları üçün səciyyəvi hesab edilirdi. Müxtəlif üsullarda toxunulan "Muğan xalçaları" əsasən iki üsulla toxunmuşdur: I üsul. Azərbaycanın şərqində "Qarmaqlı xalçalar", qərbində isə "Quyrumlu xalçalar" adını almış xalçaların əsas bəzəyi xalçaçılar arasında "kehna–naxış" adını almış qarmaqvari elementlərdən ibarətdir. Azərbaycan xalçaçılıq sənətində geniş yayılmış və tarixi qədimlərə gedib çıxan bu elementlərə Orta Asiyada və Əfqanıstanda toxunmuş xalçalarda da rast gəlmək mümkündür. Maraqlıdır ki, XIII – XIV əsrlərdə toxunmuş, bədii quruluşu yalnız bu elementlərdən ibarət olan xalçalarla XX əsrin əvvəllərində toxunmuş xalçalar arasında böyük bir fərq yoxdur. Burada söhbət elementin daxili bəzədilməsindən deyil, onu xaricdən təşkil edən və bəzəyən dişciklər və qarmaqlardan gedir.
Naxçıvan xalçası
Naxçıvan xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü. Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX–X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X–XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi. XVI əsrdə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçalığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdi. Burada toxunulan zərif və qəşəng "Naxçıvan" xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən "Qarabağ qrupuna" daxil edilir. Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var: Qarabağ və Təbriz: Görünür ki, Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur.
Pers xalçası
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Pirəbədil xalçası
Pirəbədil xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qarabağ xalçası
Qarabağ xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. Qarabağ tipinə aid olan və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və hal–hazırda da istehsal olunmaqdadır. İstehsal olunduğu yerdən asılı olaraq, bu xalçalar müxtəlif cür adlanmaya məruz qalmışlar, lakin sənətşünaslar onu "Qarabağ" adlandırmışlar. İstanbul bazarlarında satılmaq üçün Şuşada istehsal olunan eyni kompozisiyalı xalılar "Xan xalçası" və ya "Xan Qarabağ xalçası", Qubada toxunan eyni xalçalar isə "Afurca xalçası" adlanırdı. "Qarabağ" xalçaları bir neçə variantda kompozisiyaya malikdir. Onlardan birincisinin orta sahəsinin kompozisiyası yalnız göllərdən ibarətdir və İran və Hindistanın bədii parçalarını, xüsusilə basma naxışlı pərdələri xatırladır. Bitki naxışlarına isə göllərə Quran-i Kərimin üz səhifələrində, XV – XVII əsrlərdə Təbriz rəssamlarının bədii – ədəbi əsərlərində rast gəlmək olar. Göllərin yuxarı və aşağı hissələrində yerləşdirilmiş başlıqlar orta sahədəki qellər arasındakı boşluqları doldurur və bununla da xalçanın bədii dəyərini artırır. Qeyd edək ki, göllər arasındakı məsafə və ya boşluq nə qədər azdırsa, xalçanın bədii dəyəri o qədər çoxdur. "Qarabağ xalçası"nın II növü toxucular tərəfindən "Çini–çeşni" adlandırılan xalçalardır.
Qaradağ xalçası
Qaradağ xalçası (fars. قراجه‌داغ; fars. قره‌داغ), Azərbaycanın iran tarixi və mədəni bölgəsində yerləşən Arasbaran (Qaradağ) vilayətində hazırlanan əl işi xalçalarının bir növüdür. Əsasən Azərbaycanın cənub sərhəddində, Təbrizin şimal-şərqində, Araz çayının cənub qismində İranın Qaradağ vilayətində yerləşən Qaraca kəndində hazırlanır. Əvvəlcə mərkəzi Arasbaranda yaradılan bu cür xalçaların istehsalı, daha sonralar Balan kəndində yayılmış və burada xalça ornamentinin öz xüsusiyyətləri mövcud idi. Qaradağ xalçaları Qarabağ xalçalarına bənzəyir, lakin xarici görünüşlərində daha çox "fars" xalçaları hesab olunur. Həmçinin bu xalçalar Şimali Qafqazda toxunan xalçalara da bənzədilir. Bu xalçaların ənənəvi naxışı üç fiqurdan ibarətdir ki, bura mərkəzdə qalaya bənzər bir kontur, yuxarıda və aşağıda isə səkkizguşəli ulduzlar daxildir. Qaradağ xalçaları həmişə simmetrik toxuculuq üsulu ilə yalnız yundan toxunur.
Qarayazı xalçası
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır. "Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir. "Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur.
Qaraçöp xalçası
"Qaraçöp" xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır. Gəncə-Qazax tipinin Qazax qrupuna daxil olan bu xalçanın adı müasir Gürcüstan Respublikasının ərazisində, Qazax rayonundan 20 km şimal-qərbdə yerləşən bir neçə kəndin adı ilə bağlıdır. Etnik azərbaycanlıların məskunlaşdığı keçmiş Muğanlı rayonunda yerləşən Muğanlı, Ləmbəli, Tüllər, Qəmbəli, Düzəqrəm kəndləri ümumilikdə "Qaraçöp" adı ilə tanınırdı. Ümumiyyətlə, bu kəndlər, xüsusilə Ləmbəli, Muğanlı və Tüllər Qazax xalçaçılıq qrupunun əsas inkişaf mərkəzlərindəndir və Borçalı xalçaçılıq mərkəzi onlara bitişikdir. Burada toxunan xalçalar "Qarabirçək" adı ilə də tanınır. V. Muradovun "Qazax-Borçalı bölgəsinin xalçaçıları" kitabında dərc olunan məlumatlara əsasən qeyd etmək olar ki, Qaraçöp xalçaları bu gün də Gürcüstan Respublikası ərazisində yerləşən və azərbaycanlıların məskunlaşdığı Bolnisi (Çörük Qəmərli), Marneuli (Sarvan) və Dmanisi (Başkeçid) rayonlarında toxunur. "Qaraçöp" sözündə "qara" – Dədə Qorqud ağzında "böyük" deməkdi, "çöp" isə yerlilərin deyimində "yurd", "oba", "olacaq" mənasına gəlir" XIX – XX əsrlərdə hazırlanmış "Qaraçöp" xalçalarının nümunələri bədii baxımdan sadədir. Nadir hallarda xüsusi sifarişlə istehsal olunan ən keyfiyyətli və yüksək kateqoriyalı xalçalara rast gəlmək olar. "Qaraçöp" xalçalarının ara sahəsini əhatə edən haşiyə zolaqları "Gəncə" və "Qazax" xalçalarının haşiyə zolaqları ilə eynidir. Yaşıl rəngli ara sahə daha çox "Qaraçöp" xalçaları üçün xarakterikdir.
Qaraqoyunlu xalçası
“Qaraqoyunlu” xalçaları — Gəncə-Qazax və Qarabağ tiplərinə daxil olan Azərbaycan xovlu xalçalarıdır. Xalçaların adı Azərbaycan ərazisində yaşayan Qaraqoyunlu tayfasının adı ilə bağlıdır. Qazax qrupuna daxil olan bu xalçaların adı Göyçə gölünün şərq və şimal sahillərində yaşamış Qaraqoyunlu tayfasının adı ilə bağlıdır. Mahalın adı bəzi rus mənbələrində Göyçay mahalı kimi də qeyd edilib. Qaraqoyunlular Oğuz türkman əsilli tayfa ittifaqıdır. Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkmaniyyə" və "Tarixi Sultan Qütbşahi" əsərlərində Qaraqoyunluların 1202–1203-cü ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırlıq əhali ilə Türkistandan Azərbaycana, İrana və Şərqi Anadoluya gəlməsi göstərilir. 1410-cu ildə qaraqoyunlular Qara Yusifin başçılığı ilə Qaraqoyunlular dövlətini qurublar. XIX əsrin sonlarında Cənubi Qafqazda 16 qaraqoyunlu adlı kənd mövcud olub. Azərbaycan türklərinin tarixən yaşadıqları və eləcə də indi yaşadıqları bir çox bölgələrdə "Qaraqoyunlu" adlı yaşayış yerlərinə rast gəlinir. Bunlara misal kimi əsasən Azərbaycan türklərinin yaşadığı Türkiyədə olan Qaraqoyunlu ilçəsini və İranda Qərbi Azərbaycan ostanında Urmiya şəhristanında yerləşən Qaraqoyunlu kəndini və Sayinqala şəhristanında yerləşən Qaraqoyunlu kəndini göstərmək olar.
Qasımuşağı xalçası
Qasımuşağı xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalar. Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50–60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. XVIII əsrdə Hacısamlı nahiyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalna xüsusi diqqət yetirilirdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmir və taxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı. XIX əsrin ortalarından başlayaraq Şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqlar nəticəsində avropalı sənətşünaslar Azərbaycanla maraqlanmağa başladılar. Onlardan bir çoxu Qasımuşağı obasının xəritədə olmadığını dəfələrlə qeyd edirdilər. Ən yaxın keçmişdə, sovet dönəmində Qasımuşağı obası Kürdhacı kənd sovetliyi adlandırılsa da, xəritədə bunu tapmaq mümkün deyildi.
Qaymaqlı xalçası
Qaymaqlı xalçaları — Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər. Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir. Qaymaqlı xalçalarının toxunması son dövrlər artdığına görə onlar özlərinin əvvəlki görkəmini itirmişlər. XIX əsrin əvvəlinə aid xalçalar həm görkəminə, həm də keyfiyyətinə görə sonralar toxunan xalçalardan çox fərqlənir. Bəzən sahəsi 4–5 kvadrat metrə çatan "Qaymaqlı xalçaları" əsasən kiçik ölçüdə olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlmək olur.
Qoca xalçası
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Hədiyyə Xalçası (1949)
Hədiyyə xalçası (film, 1949)
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey == Muzeyin tarixi == Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur. Muzeyin yaranmasının təşəbbüskarı alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur. Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Heydər Əliyev iştirak etmişdir. 1970–1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alındı. 1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü.
Nəlbəki-gül xalçası
Nəlbəki-gül xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça. Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir. O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s.

"xalçası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalçası nədir? #xalçası sözünün mənası #xalçası nə deməkdir? #xalçası sözünün izahı #xalçası sözünün yazılışı #xalçası necə yazılır? #xalçası sözünün düzgün yazılışı #xalçası leksik mənası #xalçası sözünün sinonimi #xalçası sözünün yaxın mənalı sözlər #xalçası sözünün əks mənası #xalçası sözünün etimologiyası #xalçası sözünün orfoqrafiyası #xalçası rusca #xalçası inglisça #xalçası fransızca #xalçası sözünün istifadəsi #sözlük