xonça sözü azərbaycan dilində

xonça

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xonça • 64.7510%
  • Xonça • 34.4828%
  • XONÇA • 0.7663%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xonça
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər. == Nişan xonçası == Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır. == Xonça gətirmə == Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Xonça (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Novruz xonçası
Novruz — bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Bayram ərəfəsində müxtəlif cür adət-ənənələrlə rastlaşmaq olar. Küsülülərin barışması, qapılara qulaq asmaq, yumurtanın döyüşdürülməsi, papaq atma və başqa inanclar bu günləri əyləncəli edir. Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır. Bəs bayram xonçası necə bəzədilməlidir?

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.91 dəfə / 1 mln.
2006 •• 0.23
2007 •• 0.21
2008 •••••••• 0.97
2009 •• 0.16
2010 •••••••••• 1.18
2011 •••••••• 0.86
2012 •••••••••• 1.20
2013 ••••• 0.58
2014 •••••••••••••••• 1.89
2015 ••••• 0.51
2016 ••• 0.35
2017 •••••••••••••••••••• 2.44
2018 •••• 0.45
2019 •••••••••••••••••• 2.09
2020 ••••••• 0.80

xonça sözünün leksik mənası və izahı

  • 1 is. Şirniyyat, meyvə və s. yeməli və ya başqa hədiyyələr qoyulmuş bəzəkli podnos, tabaq və s. Yüzlərlə gözəl cariyələr əllərində əlvan yeməklər dolu xonçalar içəri daxil oldu. M.S.Ordubadi. Bir tərəfdə Aslan bəy qabağında bir neçə xonça oturmuş, Əsəd bəylə söhbət edir. C.Cabbarlı. Hər təmiz süfrədə neçə nemət var; Xonçalar bəzənir rəngbərəng şamla. S.Vurğun. □ Xonça kimi – al-əlvan, ala-bəzək, bərbəzəkli. Parçanın xonça kimi gülləri. – Divarı və qapı səqfini örtən qol-budaqlı tənəyin xonça kimi şax yarpaqlarını görəndə barmağını dişlədi. Mir Cəlal. Xonça tutmaq – podnosa müxtəlif şeylər qoyub bəzəmək. Bayram xonçası tutmaq. – Şahvələd gözəl bir xonça tutub bir imansız qarı tapıb xonçanı göndərdi Şahsənəm üçün. “Aşıq Qərib”. Xonça tutub göndərərəm sənin də öz payını; Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun. // etnoqr. Adətə görə toyda, nişanda içərisinə şirniyyat, paltar, parça-qumaş, qızılgümüş və s. qoyulub bəzədilmiş və üstü qırmızı parça ilə örtülü podnos və s. Qız evinə xonça aparmaq. – Bir ildən sonra oğlan evi qız üçün paltar hazırlayıb qırmızı xonçalara qoyar və qız evinə aparardı. H.Sarabski. Qumru, gəlinin paltarı qoyulmuş xonçanı, başqa arvad isə yer-yemiş olan xonçanı başında aparırdı. Ə.Abasov. Bütün bayramlarda oğlan evindən qız evinə hədiyyələr, xonçalar getməliydi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / xonça

xonça sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. 1. поднос: 1) специальная доска, металлический лист с приподнятыми кверху краями для переноски посуды или подачи еды на стол 2) поднос с фруктами, сладостями и с другими подарками, посылаемыми в дом невесты; xonça tutmaq набирать, набрать на поднос разные фрукты, сладости и др. подарки для посылки невесте 2. филёнка: 1) тонкая доска или фанера, вставляемая в какую-л. раму (дверную, паркетную). Şkafın xonçası филенка шкафа 2) внутреннее поле декоративных рамок на стенах и на архитектурных частях и деталях II прил. филёночный. Xonça rəndəsi филеночный рубанок ◊ xonça kimi красочный, яркий

    Azərbaycanca-rusca lüğət / xonça

xonça sözünün inglis dilinə tərcüməsi

xonça sözünün fransız dilinə tərcüməsi

xonça sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. хунча; toy xonçası этногр. мехъерин хунча; xonça kimi хунча хьтин (хьиз), гьар жуьре рангар алай; xonça tutmaq хунча кьун, синидал жуьреба-жуьре затӀар эцигна хунча авун.

    Azərbaycanca-ləzgicə lüğəti / xonça

xonça sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Şirniyyat, meyvə və başqa hədiyyələr qoyulmuş bəzəkli sini, tabaq və s. (“Koroğlu” dastanının lüğəti) Koroğlu ilə Nigar xanım atdan düşüb süfrə başında əyləşdilər. Fərraş xonçanı onların qabağına qoyan vaxt gözü Koroğlunun bığlarına sataşıb qorxudan dili tutuldu. (Paris nüsxəsi, 5-ci məclis)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Masallı) məcməyi. – Xonça gəldi, otur çörək yeyək II (Tovuz) içərisində xəmir yoğurulan təknə. – Xonça qavaxlar olardı, indi yoxdu

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

misdən məcməyi, sini.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"xonça" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xonça nədir? #xonça sözünün mənası #xonça nə deməkdir? #xonça sözünün izahı #xonça sözünün yazılışı #xonça necə yazılır? #xonça sözünün düzgün yazılışı #xonça leksik mənası #xonça sözünün sinonimi #xonça sözünün yaxın mənalı sözlər #xonça sözünün əks mənası #xonça sözünün etimologiyası #xonça sözünün orfoqrafiyası #xonça rusca #xonça inglisça #xonça fransızca #xonça sözünün istifadəsi #sözlük