Xınna Kirən
Xınnakirən — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd.
== Toponimikası ==
Keçən əsrin əvvəllərində rayonun ərazisində Xınna Kirən (hazırkı Xınnakirən kəndi) və Quşçu Kirən (hazırda sadəcə Kirən adlanır) adlı iki kənd qeydə alınmışdır. Tədqiqatçıların bir qismi kirən sözünu türk dillərindəki kir/gir (yamac, yoxuş) və İran dillərindəki cəmlik bildirən -ən şəkilçisinin birləşməsi, digər qismi isə ərazidəki meşəliklə əlaqədar (tir, pərdi) sözü ilə əlaqələndirirlər. Oykonim "xunanlara məxsus Kirən kəndi" mənasındadır. Mənbələrin məlumatına görə, Ağstafaçayın hövzəsində qədim monastırın adı da Kirən olmuşdur. Xınnagirən variantında da qeydə alınmışdır.
== Tarixi ==
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
== Mədəniyyəti ==
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
== Təhsil ==
Kənddə təhsil müəssisəsi mövcud deyil.