Ağacşəkilli xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir.
== Botaniki təsviri ==
Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.