xətası sözü azərbaycan dilində

xətası

Yazılış

  • xətası • 95.8333%
  • XƏTASI • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
“Bir vahid” xətası
"Bir vahid" xətası (off-by-one error-OBOE) – proqramlaşdırmada: hər hansı əməlin yerinə yetirilmələrinin sayını bir vahid azaltdıqda, yaxud artırdıqda meydana çıxan xəta. Tutaq ki, verilmiş massivin m-dən n-dək (daxil olmaqla) elementləri emal olunmalıdır. Burada cəmi neçə element var? İntuitiv cavab n−m ola bilər, ancaq bu, "bir vahid"i nümayiş etdirən "çəpər dirəyi" xətasıdır (FENCEPOST ERROR); düzgün cavab n−m+1 olacaq. Ona görə də hesablama aralıqlarını çox zaman yarım-açıq intervallar vasitəsilə göstərirlər; "bir vahid" xətalarından qaçmaq üçün m-dən n-dək (daxil olmaqla) aralıq m-dən (daxil olmaqla) n+1-dək aralıq kimi göstərilir. Məsələn, beş dəfə təkrarlanan dövrü 0-dan 5-dək yarımaçıq interval kimi yazmaq olar: Dövrün gövdəsi öncə i-nin 0 qiyməti üçün yerinə yetirilir; sonra i ardıcıl iterasiyalarla 1, 2, 3 və sonda 4 olur. Bu nöqtədə i-nin qiyməti 5 olur və bu halda i < 5 yalan olduğundan dövr sona çatır. Ancaq müqayisə üçün <= (kiçik, yaxud bərabərdir) operatorundan istifadə oluncaydı, onda dövr altı dəfə yerinə yetirilərdi: bu halda i dəyişəni 0, 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Eyni zamanda, əgər i dəyişəninə başlanğıc qiymət olaraq 0 deyil, 1 mənimsədilsə idi, onda iterasiyaların sayı 4 olardı: bu halda i dəyişəni 1, 2, 3 və 4 qiymətlərini alır. Bu iki halın hər biri "bir vahid" xətasına səbəb ola bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2006 ••••••••• 0.23
2009 •••••••••••• 0.32
2010 •••••••••••••••••••• 0.54
2012 •••• 0.09
2013 •••••• 0.15
2014 ••••••••••••• 0.34
2016 ••••••• 0.17
2018 •••••• 0.15
2019 •••••• 0.14
2020 •••••••••• 0.27

"xətası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xətası nədir? #xətası sözünün mənası #xətası nə deməkdir? #xətası sözünün izahı #xətası sözünün yazılışı #xətası necə yazılır? #xətası sözünün düzgün yazılışı #xətası leksik mənası #xətası sözünün sinonimi #xətası sözünün yaxın mənalı sözlər #xətası sözünün əks mənası #xətası sözünün etimologiyası #xətası sözünün orfoqrafiyası #xətası rusca #xətası inglisça #xətası fransızca #xətası sözünün istifadəsi #sözlük