xəzri sözü azərbaycan dilində

xəzri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəzri • 57.6540%
  • Xəzri • 42.0743%
  • XƏZRİ • 0.2717%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəzri
Xəzri (külək)
Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Xəzri (avtomat)
Xəzri — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən təkmilləşdirilimiş döyüş silahı, avtomat. AK-74M-in bazası uzərində yaradılmışdır. Avtomatın istehsalı ən əsası xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuşdur. Amma plana görə 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün atıcı silahların təkmilləşdirilməsi nəzərdə tutulur. Çox güman ki, nəzərdə tutulan silah elə Xəzri olacaqdır. Silahın üzərinə kolimatrik nişangah, avtomat tutacağı, və s. bu kimi atıcılıq qabiliyyətini artıran qurğular quraşdırılmışdır.
Xəzri (külək)
Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi. == Xarakteristikası == Xəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.
Xəzri Sarıyev
Xəzri Elnur oğlu Sarıyev (15 oktyabr 2000, Qarayev, Saatlı rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəzri Sarıyev 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəzri Sarıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəzri Sarıyev sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzri Sarıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xəzri avtomatı
Xəzri — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən təkmilləşdirilimiş döyüş silahı, avtomat. AK-74M-in bazası uzərində yaradılmışdır. Avtomatın istehsalı ən əsası xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuşdur. Amma plana görə 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün atıcı silahların təkmilləşdirilməsi nəzərdə tutulur. Çox güman ki, nəzərdə tutulan silah elə Xəzri olacaqdır. Silahın üzərinə kolimatrik nişangah, avtomat tutacağı, və s. bu kimi atıcılıq qabiliyyətini artıran qurğular quraşdırılmışdır.
Xəzri Solutions
Xəzri Solutions — Azərbaycanda fəaliyyət göstərmiş məhdud məsuliyyətli cəmiyyət (MMC). 2023-cü ilin iyuluna qədər Gilan Holdinq adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv olunduğunu elan edib.1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayələr yatırır. Baş ofisi Bakıda yerləşir. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyur. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir.Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərib. == Haqqında == “Gilan Holdinq” 2005-ci ildən dövlət qeydiyyatında olub.
Nəbi Xəzri (1987)
== Məzmun == Film tanınmış Azərbaycan şairi Nəbi Xəzrinin həyat və yaradıcılığından bəhs edir.
Xəzri Buzovna FK
Xəzri Buzovna — Azərbaycanda futbol klubu 1992-ci ildə Bakı şəhərində, Buzovna qəsəbəsində yaranmışdır. Müxtəlif vaxtlarda "Xəzri", "Xəzri-Eltac" adları ilə 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Bir dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. == Uğurları == Azərbaycan çempionatı: Gümüş medal (1) – 1995/1996 Bürünc medal (1) – 1996/1997 Azərbaycan Kuboku: Finalçı (1) – 1996/1997 == UEFA turnirlərində == "Xəzri" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.
Nəbi Xəzri (film, 1987)
== Məzmun == Film tanınmış Azərbaycan şairi Nəbi Xəzrinin həyat və yaradıcılığından bəhs edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.34 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••••• 4.33
2004 •••••• 4.04
2005 •• 1.35
2006 •• 1.13
2007 ••••••••• 6.34
2008 ••••• 3.41
2009 ••••••••••• 7.52
2010 •••••• 4.18
2011 •••••••••••••• 10.21
2012 ••••••••••••• 8.95
2013 ••••••••••• 7.88
2014 •••••• 4.12
2015 ••••••• 5.10
2016 •••••••••••••••••••• 14.75
2017 •••••••••••••• 10.24
2018 ••••••••••••• 9.44
2019 •••••••••• 6.68
2020 ••••••••••••• 9.42

xəzri sözünün leksik mənası və izahı

  • 1 is. Abşeron yarımadasında şimaldan əsən şiddətli külək. …Xəzri hardansa buludları qovub gətirmiş, Bakını şiddətli və qısa yağışla sulayandan sonra, birdən xırp kəsilmişdi. M.Hüseyn. Elə bil dəhşətli bir xəzri əsdi, onsuz da dalğalanan dənizi daha da coşdurdu. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / xəzri

xəzri sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XƏZRİ Pəncərəni qəzəblə döyəcləyən xəzri onu şirin xəyal alemindən yerə endirdi (Ə.Qasımov); ŞİMAL KÜLƏYİ Bakıda şimal küləyi çöldən edəndə ensiz, cılız pilləkənlə qurğunun damma qalxmaq lazım gəlirdi (ADİL).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xəzri

xəzri sözünün antonimləri (əks mənalı sözlər)

xəzri sözünün rus dilinə tərcüməsi

xəzri sözünün inglis dilinə tərcüməsi

xəzri sözünün fransız dilinə tərcüməsi

xəzri sözünün ləzgi dilinə tərcüməsi

xəzri sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Abşeron yarımadasında dənizdən əsən şiddətli külək.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xəzri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəzri nədir? #xəzri sözünün mənası #xəzri nə deməkdir? #xəzri sözünün izahı #xəzri sözünün yazılışı #xəzri necə yazılır? #xəzri sözünün düzgün yazılışı #xəzri leksik mənası #xəzri sözünün sinonimi #xəzri sözünün yaxın mənalı sözlər #xəzri sözünün əks mənası #xəzri sözünün etimologiyası #xəzri sözünün orfoqrafiyası #xəzri rusca #xəzri inglisça #xəzri fransızca #xəzri sözünün istifadəsi #sözlük