* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Çəkisi az olan (ağır ziddi). Yüngül yük. Yüngül çamadan. Yüngül daş. □ Yüngül çəkmək – çəkidə aldatmaq, əskik vermək. // Sıx olmayan, nazik. Yüngül parça. // İsti olmayan, qalın olmayan; qızdırmayan. Yüngül paltar. // Taxtadan tikilmiş. Yüngül pavilyon. Yüngül bina. // Həzmi asan olan, mədəyə ağırlıq verməyən. Yüngül yeməklər. Yüngül qəlyanaltı. Axşam yeməyi yüngül (z.) olmalıdır. 2. Çətin olmayan, asan olan. Yüngül mətn. Yüngül məsələ. // Aydın, sadə, səlis. Yüngül üslub. Dili çox yüngüldür. – [M.Ə.Sabir] sadə və aydın bir dillə oynaq və yüngül misralarda böyük bir cəsarətlə köhnəliyi … qamçılayırdı. M.Arif. // Əyləndirici mahiyyətdə olan. Yüngül musiqi. Yüngül komediya. Yüngül mahnı. // Asanlıqla əldə edilən, qazanılan. Yüngül qazanc. Yüngül qələbə. // Yerinə yetirilməsi çətin olmayan, çox zəhmət tələb etməyən; asan. Yüngül iş. Yüngül vəzifə. 3. Ciddi olmayan; əhəmiyyətsiz, xətərsiz. Yüngül yara. Yüngül xəstəlik. // Əziyyətsiz, ağrısız. Yüngül doğuş. Yüngül həyat. // Ağır olmayan; şiddətsiz. Yüngül cəza. – Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. M.S.Ordubadi. 4. Zəif, az (hiss edilən). Yüngül külək. Yüngül qoxu. Yüngül təbəssüm. Üzündə yüngül kədər izləri göründü. // Təsiri az olan, tünd olmayan; zəif, boş. Yüngül şərab. Yüngül tütün. 5. məc. Səthi, qeyri-ciddi. İşə yüngül münasibət. Yüngül mühakimələr. // Adam, hərəkət, xasiyyət haqqında. Yüngül adam. Yüngül xasiyyət. Yüngül əxlaq. – Onu söyləməyə gəlmişəm sizə; Yüngül (z.) görünməyim gözlərinizə. S.Vurğun. 6. məc. Sağlam, çevik, qıvraq. Nəriman özünü rahat və yüngül (z.) hiss etdi. Mir Cəlal. // Saf, təmiz, tənəffüsü asanlaşdıran. Yüngül dağ havası. – Yüngül payız havası müalicəyə gəlmiş adamlara daha artıq ləzzət verirdi. M.İbrahimov. 7. Ağır silahlanmamış; mütəhərrik. Yüngül topçu dəstəsi. Yüngül batareya. Yüngül kreyser. ◊ Yüngül atletika – atletikanın, qaçış, tullanma, nizə, disk və s. tullama növləri. Yüngül ayaq – bax ayağı yüngül (“ayaq1”da). [Mirzəli:] Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngül ayaqsan, gələsən, qaçıb bir xəbər gətirəsən. C.Məmmədquluzadə. Yüngül əl – əli yüngüllük, şəfa, uğur, qazanc gətirən adam haqqında. Yüngül kavaleriya tar. – sovet idarələrinin işini yoxlamaq üçün vaxtilə komsomol tərəfindən təşkil edilən dəstələr, briqadalar və s. Yüngül sənaye – çoxişlənən mallar hazırlayan sənaye.
Azərbaycan dilinin izahlı lüğəti / yüngül1 YÜNGÜL – AĞIR Yükün yüngülü mənzilə tez yetişər (Ata. sözü); Yük ağır – qüvvət az (Ata. sözü). YÜNGÜL – CİDDİ Onu söyləməyə gəlmişəm sizə; Yüngül görünməyim gözlərinizə (S.Vurğun); Qədir bəy bu ciddi, rəsmi müqəddimədən sonra qıçını qaldırıb dizinin üstünə qoydu (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / yüngül1 1. легкий, маловесный; 2. нетрудный, необременительный; 3. перен. несолидный, легкомысленный, несерьезный, вертлявый;
Azərbaycanca-rusca lüğət / yüngül2 I прил. 1. лёгкий: 1) имеющий незначительный вес, плотность. Yüngül kisə лёгкий мешок, тех. yüngül armatur лёгкая арматура, yüngül ərintilər лёгкие сплавы, yüngül beton строит. лёгкий бетон, yüngül karbohidrogen qazları лёгкие углеводородные газы 2) нетрудный, несложный. Yüngül mətn лёгкий текст, yüngül məsələ лёгкая задача, yüngül iş лёгкая работа 3) перен. неплотный, воздушный, тонкий (об одежде, тканях, строениях и т.п.). Yüngül parça лёгкая ткань, yüngül paltar лёгкое платье, yüngül palto лёгкое пальто 4) перен. незначительный. Yüngül qəlyanaltı лёгкая закуска, yüngül xəstələnmə halları лёгкие случаи заболевания, yüngül cəza лёгкое наказание, yüngül yara лёгкая рана, yüngül meh лёгкий ветерок, yüngül zədələnmə лёгкое повреждение 5) ловкий, изящный. Yüngül addımlar лёгкие шаги, yüngül yeriş лёгкая походка 6) перен. несерьёзный, ветреный, легкомысленный. Yüngül əxlaq лёгкое (легкомысленное) поведение 7) достающийся, приобретаемый без труда. Yüngül qazanc лёгкий заработок II нареч. 1. легко: 1) с малым усилием, ловко. Yüngül qaçmaq легко бегать (бежать), yüngül yerimək легко ходить, yüngül tullanmaq легко прыгать 2) несильно, незначительно. Yüngül yaralanmaq быть легко раненным 3) свободно, хорошо. Özünü yüngül hiss etmək чувствовать себя легко, yüngül nəfəs almaq дышать легко 4) неплотно. Yüngül geyinmək легко одеваться, yüngül yemək легко поесть (закусить) 2. легкомысленно, несерьёзно (относиться); yüngül sənaye лёгкая промышленность; спорт. yüngül atletika лёгкая атлетика, yüngül çəki лёгкий вес; yüngül musiqi лёгкая музыка (музыка, которая носит развлекательный характер); yüngül adamdır kim: 1. кто несерьёзный, ветреный (легкомысленный) человек; 2. лёгкого поведения (о женщине)
Azərbaycanca-rusca lüğət / yüngül1 I. s. light; slight; (asan) easy; ~ iş light / easy work; ~ cəza light penalty; ~ soyuqlama slight cold; ~ yuxu light sleep; ~ atletika track and field athletics; ~ artilleriya light artillery; ~ musiqi light music; Onun əli yüngüldür He / She brings luck II. z. lightly, slightly; ~ toxunmaq to touch slightly; ~ yatmaq to sleep* lightly
Azərbaycanca-ingiliscə lüğət / yüngül1 sif. lég//er, -ère ; facile (asan) ; ~ iş travail m facile ; ~ cəza châtiment m léger ; ~ atletika athlétisme m ; ~ artilleriya artillerie f légère ; ~ musiqi musique f légère ◊ onun əli ~dür c’est un vrai portebonheur
Azərbaycanca-fransızca lüğət / yüngül1 прил. 1. кьезил; yüngül yük кьезил ппар; yüngül daş кьезил къван; yüngül çəkmək кьезил алцумун (терездал), эксик гун; // къалин тушир, кьелечӀ (мес. ппек, парча); // фад иливариз жедай (мес. тӀуьн); // фад сагъ жедай, хата авачир (мес. хер, азар); // гужлу тушир, зайиф (мес. гар, ни); // кӀеви тушир, туьнт тушир, зайиф, буш (мес. чехир, тенбек); // саф, михьи (мес. дагъдин гьава); 2. кьезил; четин тушир, асант, регьят (мес. кӀвалах); 3. пер. кьезил (мес. кас, хесет, къилих); 4. пер. сагълам, цицӀи, гумрагь, къеврагь; ** yüngül atletika кьезил атлетика (атлетикадин зверун, хкадрун, жида гадарун ва мс. жуьреяр); yüngül ayaq кил. ayaq (ayağı yüngül); yüngül əl кьезил гъил, туькӀуьдай гъил (гъил кьезил, гъилик шифа квай, гъилихъ туькӀуьдай касдин гьакъинда); yüngül kavaleriya ист. кьезил кавалерия (совет идарайрин кӀвалах юхламишун патал са вахтара комсомолди тешкил авур дестеяр, бригадаяр ва мс.); yüngül sənayə кьезил санайи (промышленность).
Azərbaycanca-ləzgicə lüğəti / yüngül