Yaponiyada sözü azərbaycan dilində

Yaponiyada

Yazılış

  • Yaponiyada • 99.8579%
  • yaponiyada • 0.1421%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaponiyada antisemitizm
Yaponiyada antisemitizm (日本における反ユダヤ主義, Nihon ni aru hanyudayaşuqi) ilk dəfə XX əsrin birinci yarısında yayılmağa başlamışdır. İkinci dünya müharibəsində Yaponiyada antisemitik təbliğatlar aparılsa da, Yaponiya qeyri-monoteist ölkə olduğu üçün və böyük yəhudi icmasına malik olmadığı üçün bu idealogiya heç vaxt geniş yayılmamışdır. == Tarixi == === Müharibəyəqədər === Yapon–yəhudi münasibətləri XIX əsrin ikinci yarısında başlamışdır. Yaponiyada yəhudilər haqqında ilk mənfi ideyalar 1877-ci ildə Vilyam Şekspirin "Venesiya taciri" əsərinin tərcüməsi ilə yaranmışdır.Yaponiyaya antisemitizmi 1918–22-ci illərdə Sibirdə döyüşmüş və Ağ qüvvələrlə əlaqələr yaratmış yapon əsgərlər gətirmişdir. 1920-ci illərdə Yaponiyada sağçılar yəhudiləri təsvir edərkən "yəhudi təhlükəsi", "kommunizmin səbəbkarları", "dünyanı idarə etmək konspirasiyası" kimi ifadələrdən istifadə etməyə başlamışdırlar. Buna baxmayaraq, liberal alim Sakuzo Yoşino və başqa yazıçılar antisemitizmi tənqid etmiş, hətta bəziləri yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsini təbliğ etmişdirlər. Fələstində olmuş, sionist liderlərlə görüşmüş polkovnik Norihiro Yasue və donanma kapitanı Koreşiqe İnuzuka antisemitik olsalar da, Yaponiyanın maraqları uğrunda yəhudilərlə əməkdaşlıq etməyə razı idilər. 1920–30-cu illərdə Yaponiya tərəfindən işğal edilmiş Mancuriya və Çin ərazilərində antisemitizm Ağ rus faşistləri tərəfindən təbliğ olunurdu. Onlar "Our Way" qəzetində idealogiyalarını yayırdılar və bir çox varlı yəhudini qaçırıb öldürürdülər.1930-cu illərdə Yaponiyada antisemitizm Nasist Almaniyasından təsirlənmişdir. Xüsusilə, 1936-cı ildə imzalanmış Antikomintern paktının bu məsələdə böyük rolu olmuşdur.
Yaponiyada buddizm
Yaponiyada buddizm — Yaponiyada ən geniş yayılmış, əhalinin əksər hissəsinin sitayiş etdiyi din. Yaponiyada buddizmin meydana gəlməsini ənənəvi olaraq 552-ci illə bağlasalar da, müasir tədqiqatçılar daha erkən tarixi – 538 -ci ili göstərməyə üstünlük verirlər. Buddizmin əleyhdarları nüfuzlu Nakatomi və Mononobe nəsilləri ilə tərəfdarları – sonda qalib gələn Soqa nəsli arasında gedən mübarizə şəraitində bərqərar olmuşdur. Buddizminin yayılmasında şahzadə Şotoku Tayşi (574–622) böyük rol oynamışdır; o konfusiçi və buddist təlimləri elementləri ilə şinto milli dinini özündə birləşdirən ilk yapon yazılı abidəsi – “17 maddədə nəsihətlər” əsərinin müəllifidir. Üç buddist sutrasının, o cümlədən Lotos sutrasının Yaponiyada ilk şərhinin müəllifliyini də ona aid edirlər. İmperator Şomu (724–749) zamanında buddizm dövlət dini kimi qəbul edildi. == Yapon buddist məktəbləri == Buddizm ilkin olaraq sinto dininin stereotipləri çərçivəsində dövləti müdafiə edən və xəstəliklərdən qoruyan xüsusi magiya forması kimi qavranılırdı. Buddist fəlsəfi fikrinin təşəkkülündə başlanğıc mərhələ olan Nara dövründə (710–794) fəaliyyəti monastır divarları daxilində Buddizmin sxolastik öyrənilməsi ilə məhdudlaşan və yalnız aristokratiya arasında az sayda ardıcılları olan altı məktəb var idi. Yaponiyaya keçən ilk buddist məktəbi Sanron-şu (onun Çin proobrazı – Sanlun-zun) oldu. Hoso-şu məktəbi (yap.
Yaponiyada evlilik
Yaponiyada evlilik ölkədə ailənin leqal və sosial institutudur. Orta əsrlərdən fərqli olaraq hazırda Yaponiyada bərabərhüquqlu evlilik qüvvədədir. Toylar iki formada keçirilir: ənənəvi şinto adətləri ilə və xristian evliliyi adətləri ilə. Yaponiyada evlilik "kankon sosai" (冠婚葬祭) adlandırılan 4 əsas mərasimdən biridir. == Orta əsrlər == Orta əsrlər dövründə Yaponiyada ümumi mənşə ilə bağlı böyük patriarxal ailə mövcud idi. Bu cür ailələr bir qayda olaraq, bir neçə kiçik ailəni əhatə edirdi. Valideynlərlə uşaqlar, ərlə arvad, böyük qardaşla kiçik qardaş arasında münasibətlər subordinasiya əsasında qurulmuşdu. Patriarx (ailə başçısı) öz icma üzvləri üzərində geniş hakimiyyətə malik idi. Evlənmə, boşanma, oğulluğa götürmə kimi məsələlərdə patriarxın razılığı olmalı idi.Qədim yapon qanunlarında silki və patriarxal başlanğıclar sosial-hüquq münasibətlərinin bütün sferalarını səciyyələndirirdi. Hər bir silk — əyanlar, əsas əhali kütləsi, qullar öz qaydaları ilə yaşayırdı.
Yaponiyada feminizm
Yaponiyada feminizm hərəkatının başlanğıcı Meyci dövrünə gedib çıxır. == Tarix == === Meyci dövrü === 1868-ci ildə Yaponiyada baş verən Meyci islahatlarından sonra hökumət Qərb dünyasından bir çox sistem, fikir və ideyanı mənimsəməyə başlamışdır. Eyni zamanda hökumət yeni dövlətə xidmət edəcək vətəndaşları yetişdirməyin yollarını kəşf etmək istəyirdi. 1870-80-ci illərdən başlayaraq aralarında müəyyən sayda qadınlar olmaqla bəzi yaponlar Qərb dünyasında inkişaf etmiş hüquq mühazirələri əsasında ictimai fikirlərini bildirməyə çalışmışdılar. Qadın hüquqları uğrunda edilən ilk tələblər Xalqın hüquqları hərəkatının bir parçasını təşkil edirdi. Qadın hüquqlarını tələb edən ilk qadın isə Kusunose Kita idi. Dul qalmış və ev başçısı olan 45 yaşlı bu qadın 1878-ci ildə petisiya yazaraq seçkilərdə iştirak etmək istədiyini bildirmişdi. Həmin dövrdə bu hüquq kişilərə məxsus idi. Hüquq müdafiəçiləri onu hələ də "İnsan hüquqlarının nənəsi" adlandırsalar da, cəhdi uğursuz olmuşdu. Buna baxmayaraq, qadınların kişi-qadın bərabərliyi və qadın hüquqları uğrunda tələbləri daha da güclənmişdir.Xalqın hüquqları hərəkatından narahat olan hökumət 1875-ci ildə mətbuata senzura gətirən qanunlar qəbul etmişdir.
Yaponiyada idman
Yaponiyada idman — Yaponiya mədəniyyətinin əsas hissələrindən biri. == Beynəlxalq idman tədbirləri == Ölkədə mütəmadi olaraq beynəlxalq idman tədbirləri təşkil edilir. Onlardan ən nüfuzlusu Olimpiya Oyunları olmuşdur. Belə ki, 1964-cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində Yay Olimpiya Oyunları keçirilmişdir. Bundan sonra Yaponiya iki dəfə də Qış Olimpiya Oyunlarına ev sahibliyi etmişdir: 1972-ci ildə Sapporoda və 1998-ci ildə Naqanoda. 1981-ci ildən 2004-cü ilə qədər Yaponiya futbol üzrə Qitələrarası Kubokun keçirildiyi məkan olmuşdur. Bu ölkə Cənubi Koreya ilə birlikdə 2002-ci ildə Futbol üzrə dünya çempionatına ev sahibliyi etmişdir. == Milli idman növləri == Ənənəvi idman növü olan sumo Yaponiyanın milli idman növü hesab edilir. Ölkədə yapon döyüş sənətləri olan cüdo, karate və kendo ilə məşğul olan xeyli insan var. == Xarici idman növləri == Meyci islahatından sonra Yaponiya bir çox qərb idman növü ilə tanış olmuşdur və bu idman növləri ölkənin təhsil sistemi vasitəsilə yayılmağa başlamışdır.
Yaponiyada islam
Yaponiyada islam (日本でイスラム, Nihon de İsuramu) az yayılmış dinlərdən biridir. İslam dini Yaponiyaya çox gec çatan dinlərdən biri olmaqla yanaşı xristianlıqdan daha az yayılmış dindir. Müsəlman ölkələrdən uzaqda yerləşməsi, buddizmə marağın daha güclü olması və uzunmüddətli izolyasiya şəraitinə görə Yaponiya islamla ancaq XIX əsrin sonlarında tanış olub. 1920-ci illərdə ilk dəfə Rusiyadan müsəlmanların Yaponiyaya miqrasiyası baş verib. Quranın yapon dilinə ilk tam tərcüməsi də 1920-ci ilə təsadüf edir. 1930-cu illərdə Yaponiya hökumətinin müsəlmanlara dəstək siyasəti nəticəsində ilk məscidlər ortaya çıxıb və ölkədə islam araşdırmaları güclənib. İkinci dünya müharibəsindən sonra yapon müsəlmanları ilk təşkilatlarını (1952) və ilk məscidlərini (1977) qurublar. 1973-cü ildə baş verən Neft böhranı və 1979-cu ildə İranda baş verən islam inqilabı Yaponiyada islama olan marağı daha da gücləndirib. 1990-cı illərdə müsəlman ölkələrdən başlayan miqrasiya axınının güclənməsi də Yaponiyada müsəlman əhalinin artmasına səbəb olur. Hal-hazırda Yaponiyada 200 min müsəlman yaşayır ki, onlardan 43 mini yapon müsəlmanlardır.
Yaponiyada kofe
Yaponiyada qəhvə (日本のコーヒー, Nihon no kohi) populyar içki növlərindən biridir. Ölkədə bir çox kafe fəaliyyət göstərir. Starbucks və Doutor ölkənin əsas kafe şəbəkələridir. == Tarixi == Yaponlar artıq XVII əsrdə portuqal və holland tacirlərin qara, şirin, qatı içkini sevdiklərini bilirdilər. Lakin 1910-cu illərə qədər qəhvə Yaponiyada geniş şəkildə istehlak olunan məhsul deyildi. Bu dövrdə Avropadan kafe mədəniyyətinin gəlməsi qəhvə də populyarlaşdırmışdır. Qəhvə hazırlamaq sənəti qəhvə içməkdən daha məşhur idi.İkinci dünya müharibəsindən sonra 1950 və 1960-cı illərdə Yaponiyada qəhvə dükkanlarının sayında böyük partlayış yaşanmış və qəhvə çox populyar içkiyə çevrilmişdir. Qəhvə dənələri Yaponiyada nisbətən çox bahalı olduğu üçün evlərdə hazır qəhvələr daha populyar olmuşdur. 1990-cı illərin ortalarında ilk Starbucks kafelərinin açılması kiçik kafelərə təsir göstərmiş və ölkədə yeni götür-apar mədəniyyəti yaranmışdır. == Kissatenlər == Yaponiyada qəhvə təklif edən kafelər kissaten (喫茶店) adlanır.
Yaponiyada kosmetika
Yaponiyada kosmetika qadınlar tərəfindən geniş istifadə olunur. Ənənəvi kosmetika məhsullarına ohaquro, oşiroy, beni, mayuzumi, nukabukuro kimi məhsullar aiddir. Hal-hazırda ənənəvi kosmetika ancaq kabuki aktyorları, geyşalar və maykolar tərəfindən tətbiq olunur. == Tarix == Yaponiyada kosmetikanın tarixi VI əsrə qədər uzanır. Pudra, allandırıcı, qaş boyası və digər kosmetika məhsullarının istifadəsi və istehsalı Yaponiyaya VI əsrdə Çin və Koreyadan gəlmişdir. İlk dövrlərdə kosmetika məhsulları ancaq dini mərasim və festival iştirakçıları tərəfindən istifadə olunurdu, gözəllik məqsədləri üçün tətbiq olunmurdu. Lakin vaxt keçdikcə kosmetika məhsulları saray əyanları arasında gözəlliyi vurğulamaq üçün istifadə olunmağa başlanmışdır. Heyan dövründən etibarən qadınlar, eləcə də, kişilər kosmetikadan istifadə edirdilər.XVI əsrdə üz lasyonu hazırlamaq Hollandiya, Portuqaliya və İspaniya kimi ölkələr vasitəsilə Yaponiyaya keçmişdir. Edo dövründə saç stilləri ilə birlikdə makyaj stilləri də dəyişmişdir. Dəb kabuki aktyorları, kurtizankalar və geyşalar tərəfindən müəyyənləşdirilirdi, ukiyo-e qravürləri və populyar ədəbiyyat isə vasitəçi alətlər idi.
Yaponiyada pivə
Yaponiyada pivə (日本のビール, Nihon no biiru) ən populyar içkilərdən biridir və 2002-ci ilin məlumatına əsasən sakedən 5 dəfə çox istehlak edilir. Yaponiyada pivə istehsalı ilə məşğul olan əsas şirkətlər Asahi, Kirin, Sapporo və Suntory şirkətləridir. Bu şirkətlər yüngül pivələr istehsal etməyə üstünlük versələr də, bütün mümkün bazarlarda olmaq üçün xüsusi dadlar malik, mövsümi pivələr də istehsal edirlər. == Tarixi == Yaponiyada düyüdən fərqli bitkilərdən spirtli içkilərin alınma tarixi qədim olsa da, arpadan alınan spirtli içkilər ilk dəfə Qərb dünyası tərəfindən tanıdılıb. Yaponiyada ilk pivə zavodu 1870-ci ildə amerikalı Vilyam Koplend tərəfindən qurulmuşdur.Yaponiyada pivə istehlakının inkişafı hərbi tarixlə sıx əlaqəlidir. XX əsrin birinci yarısında məcburi hərbi xidmət zamanı şəhərətrafından olan bir çox oğlan pivə ilə tanış olmuşdurlar. İkinci dünya müharibəsindən sonra Yaponiyada başlayan işğal dövrü zamanı ABŞ əsgərləri pivəni daha da populyarlaşdırmışdılar. 1960-cı illərdən etibarən isə pivə Yaponiyada dayanmadan populyarlaşan içki olmuşdur. Pivə ABŞ-də aşağı sinif içkisi hesab olunsa da, Yaponiyada orta sinif içkisi kimi tanınır. == Mədəniyyətdə == Yaponiyada pivə şənlik və təmtəraqlılıq içkisi hesab olunur.
Yaponiyada tualetlər
Yaponiyada tualetlərin tarixi Yayoi dövrünə qədər uzanır. Antik Yaponiyada sadə quyulardan və ya çayların keçdiyi yerlərdə tikilən "kavaya" adlı strukturlardan tualet kimi istifadə edilirdi. VII-VIII əsrlərdə isə sarayda və dini tikililərdə su axınından istifadə edən daha müasir tualetlər peyda olmuşdu. Orta əsrlərdən başlayaraq insan ifrazatı Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tutmağa başlamış və əsas gəlir mənbələrindən birinə çevrilmişdir. Meyci islahatından və qərbləşmə siyasətindən sonra ölkədə ilk ictimai tualetlər tikilmişdir. Tayşo dövründə isə Qərb üslubunda olan tualetlər yayılmağa başlamışdır. İkinci dünya müharibəsinin ardından Qərb üslubundakı tualetlər ən geniş yayılmış tualetlər olmuşdur. 1980-ci illərdən başlayaraq isə kontrol panelinə malik, müxtəlif funksiyalı yüksək texnologiyalı tualetlər ortaya çıxmışdır. Hazırda Yaponiyada tualetlərin iki növü yayılıb: Qərb üslubunda və yapon üslubunda tualetlər. İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur.
Yaponiyada təhsil
Yaponiyada təhsil — Şərqi Asiyada, Sakit okeanın qərb hissəsində yerləşən Yaponiyada mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Yaponiya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. Yaponlar kiçik yaşlarından ciddi və davamlı şəkildə müvafiq biliklərə yiyələnməyə başlayırlar. Uşaqlar bunu, yüksək səviyyəli məktəbə daxil olmaq, gənclər nüfuzlu universitetdə oxumaq, müvafiq seçimlərdə müsabiqələrdən keçə bilmək, daha sonra isə qabaqcıl şirkətlərdə çalışmaq üçün edirlər. Yaponiyada yüksək səviyyəli təhsil hər bir şəxsin gələcək uğurlarına zəmanət hesab olunur. Təhsil sistemində aparılan mütərəqqi islahatlar II Dünya müharibəsindən sonrakı onilliklərdə ölkənin tərəqqisi və iqtisadi inkişafında mühüm rol oynayıb. 1947-ci ildə Fundamental Təhsil və Məktəb Təhsili qanunları qəbul olunub. Məktəb Təhsili Qanunu bu gün də mövcud olan təhsil sistemini müəyyən edir: Məktəbəqədər təhsil - 6 yaşa qədər uşaqları əhatə edir.Ümumi orta təhsil: İbtidai təhsil - 6 il; Aşağı orta məktəb - 3 il; Yuxarı orta məktəb - 3 il.Ali təhsil: Bakalavriat - 4 il; Magistratura - 2 il; Doktorantura - 2 il.Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində - I-IX siniflərdə təhsil icbaridir. 11 aylıq tədris ili apreldə başlayır və martda başa çatır. Dərslər məktəbdən asılı olaraq, həftədə 5 və ya 6 gün keçilir.
Yaponiyada yəhudilər
Yaponiyada yəhudilər (日本のユダヤ人, Nihon no yudayacin) say baxımından ölkənin ən kiçik etnik qruplarından biridir. Yaponiyaya yəhudilərin ilk axını XIX əsrin ortalarında baş verib. Naqasaki və Yokohama icmaları ölkədəki ilk yəhudi icmaları olsa da, daha sonra bu icmalar yox olmuşdur. Hazırda Tokio və Kobe icmaları Yaponiyadakı yeganə yəhudi icmalarıdır. 2016-cı ilin statistikasına əsasən Yaponiyada cəmi 1000–1400 yəhudi yaşayır. Hər il minlərlə İsrail yəhudisi Yaponiyanı ziyarət etməyə gəlir. ABŞ-nin Okinavada yerləşən hərbi bazasında mütəmadi olaraq 200–300 yəhudi əsilli hərbçi saxlanılır.Yaponiyada yəhudilər üçün üç sinaqoq, ivrit dili məktəbi, mikva fəaliyyət göstərir, eləcə də, mədəni proqramlar təşkil olunur. Tokio və Kobedə yəhudilər üçün koşer qidalar satan yerlər mövcuddur. == Tarix == === XX əsrə qədər === Orta əsrlərin əvvəllərində bəzi Avropa və Orta Şərq yəhudilərinin İpək yolu vasitəsilə Yaponiya ilə ticarət əlaqələri saxladığı ehtimal olunur. 1543-cü ildə Yaponiyaya ayaq basmış və ölkə haqqında yazılar yazmış portuqal dənizçi Fernan Mendeş Pintu yəhudi əsilli şəxs olmuşdur.
Yaponiyada zəlzələlər
Yaponiyada baş verən zəlzələlərin siyahısı
Yaponiyada çirlidinq
Yaponiyada çirlidinq — Yaponiyada çirlidinqin tarixi və mövcud vəziyyəti. Yaponiya çirlidinq üzrə aparıcı ölkələrdən biridir. Buna əsas misal olaraq, Beynəlxalq Çirlidinq İttifaqının baş qərargahının Tokioda yerləşməsini göstərmək olar. Həmçinin Çirlidinq üzrə ilk Dünya Çempionatı da 2001-ci ildə Yaponiyada keçirilmişdir.
Yaponiyada Kit Katlar
2000-ci ildən bəri Yaponiyada 300-dən çox müxtəlif mövsümi və regional Kit Kat çeşidi hazırmışdır. Yaponiyada Kit Kat brendində nəzarət edən Nestle şirkətinin məlumatına görə brend 2012-2014-cü illərdə ölkədə ən çox satan şirniyyat şirkəti Meiji şirkətinə çatmışdır. Şirkətin Japan Post ilə əməkdaşlıq edərək 20.000 poçt ofisində Kit Kat satmaq kompaniyası 2010-cu ildə mükafata layiq görülmüşdür. Brendin adı yapon dilində "Sən mütləq qalib gələcəksən" mənasına gələn "Kitto katsu" (きっと勝つ) kimi səsləndiyindən Yaponiyada insanlar Kit Katı yaxşı uğur gətirməsi üçün də bir-birilərinə verirlər. == Tarix == Kit Kat ilk dəfə 1973-cü ildə Rowntree's şirkəti ilə Fujiya arasında əldə olunan müqavilədən sonra Yaponiyada satılmağa başlamışdır. 2014-cü ildə isə ölkədə ən çox satılan şirniyyat çeşidi olmuşdir. Hətta 2012-ci ildə Meiji şirkətini satış baxımından keçsə də, Meiji hələ də ümumi satışlarda öndədir.2004-cü ildə ilk dəfə yaşıl çay çeşidi təqdim olunub. Həmin tarixdən sonra Yaponiyada Kit Katın 300-dən çox mövsümi və regional çeşidi hazırlanıb. 2010-cu ildə Kit Katın ən çox satılan çeşidi soya souslu çeşidi olmuşdur. Nestle şirkətinə görə Yaponiyada Kit Kat çeşidlərinin bu cür uğurlu olmasının səbəbi omiyaqe ənənəsidir.
Yaponiyada ali təhsil
Yaponiyada ali təhsil — Yaponiyanın ali təhsil sistemi. Yaponiya qanunvericiliyində mövcud olan ali təhsil sistemi belə müəyyən edilmişdir: Bakalavriat - 4 il; Magistratura - 2 il; Doktorantura - 2 il.Yaponiyada 595-i özəl olan 773 ali məktəbdə 3 milyona yaxın tələbənin təlim-tərbiyəsi ilə 172 mindən artıq müəllim məşğul olur. Ən nüfuzlu və qocaman dövlət ali məktəbləri arasında əsası 1877-ci ildə qoyulmuş Tokio, 1897-ci ildən fəaliyyət göstərən Kioto və 1931-ci ildə yaradılmış Osaka universitetlərinin adını çəkmək olar. Onlardan başqa, xüsusi reytinqi ilə fərqlənən Hokkaydo və Toxoku universitetləri də tələbələrin ən çox maraq göstərdiyi ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişdirirlər. Özəl universitetlər arasında isə Tyuo, Nixon, Vaseda, Tokay və Kansay universitetləri daha məşhurdurlar. Dövlət universitetlərinə daxil olmaq üçün mütləq tam orta məktəbi bitirmək lazımdır. Ali məktəblərə qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə, abituriyentlər universitetlərə qəbulu həyata keçirən milli mərkəzin apardığı sınaqlarda iştirak edirlər. Sınaqdan müvəffəqiyyətlə keçənlər bilavasitə universitetlərdə təşkil edilən qəbul imtahanlarına buraxılırlar. Qeyd etmək lazımdır ki, özəl universitetlər qəbul imtahanlarını müstəqil olaraq həyata keçirirlər.
Yaponiyada bank sistemi
Yaponiyada bank sistemi - Amerika sisteminin nümunəsi üzrə, yüksək ixtisas­laşma səviyyəsində qurulmuş bu sistemə Yaponiya Bankı, kommer­siya bankları və digər kredit-maliyyə institutları daxildir. == Tarixi == 1873-cü ildə milli banklar haqqında Qanuna əsasən (bu qanun 1863-cü ildə ABŞ-da qəbul edilmiş qanunun, demək olar ki, təkrarı idi) Yaponiyada ilk milli bank təsis edildi. == Yaponiya Bankı == Yaponiya Bankı 1882-ci ildə təsis edilmişdir . == Kommersiya bankları == Kommersiya bankları bir neçə kateqoriyaya bölü­nür­lər. === Şəhər bankları === Şəhər bankları və ya City banks Meydzi dövründən başlayaraq qısamüddətli və uzunmüddətli kreditlərin ölkənin bütün ərazisi boyunca iri müəssisələrə, hər şeydən əvvəl, onların aid olduqları qrupların müəs­sisə­lə­rinə verilməsi ilə məşğul olur. Şəhər bankları ölkənin kredit sisteminin özəyini təşkil edir. Yaponiyada olan bütün şəxsi banklardakı depo­zit­lərin 20%-dən çoxu, həm­çinin bank sisteminin kapitalının ümumi həcminin 36%-ə qədəri onların payına düşür. Şəhər banklarının sayı 11-dir. Onların ikisi bank, doqquzu bank korpo­rasiyasıdır. «Daiiti-Kanqe» (Daiti- Kange), «Mitsubisi» (Mitsubishi), «Sumitomo» (Sumitomo), «Fudzi» (Fuji), «Sanva» (Sanva) və Yaponiya Bankının yardımından istifadə edən digərləri bu qəbildəndir.
Yaponiyada gender bərabərsizliyi
Yaponiya yüksək inkişaf etmiş dövlət olsa da gözəçarpacaq dərəcədə gender bərabərsizliyi müşahidə olunur. 2015-ci ilin statistasında görə Yaponiya Gender Bərabərsizliyi İndeksində 21-ci yeri tutub, bu isə inkişaf etmiş dövlətlərlə müqayisədə aşağı göstəricidir. Bu hal Yaponiya cəmiyyətindəki gender normalarının davam etməsi ilə əlaqədardır. Yaponiyada gender bərabərsizliyi ailədən tutmuş siyasətə qədər müxtəlif sahələrdə müşahidə olunur, iş imkanları və maaşa təsir edir. Cinsi ayrı-seçkilik ənənəvi və müasir Yaponiya cəmiyyətindəki dəyişən gender rollarının nəticəsidir. Yaponiyada ənnəvi ailə quruluşuna görə qadının vəzifəsi ev işləri ilə məşğul olmaq, kişinin vəzifəsi isə pul qazanmaqdır. Bu, iki cins arasındakı tarixi əmək bölgüsüdür. İkinci dünya müharibəsindən sonra Yaponiyada konstitusiyasının 24-cü maddəsinə "gender bərabərliyi" bəndi əlavə olunub, məqsəd ölkəni gender bərabərliyi olan ölkəyə çevirmək idi. Lakin ənənəvi ailə və gender normaları vətəndaşlar arasında hökm sürməyə davam edir və hətta XXI əsrdə belə vəziyyət çox da dəyişməyib. == Ailə == 1970-ci ilə qədər Yaponiyada qadınların işə getməsi geniş yayılmamışdı.
Yaponiyada orta təhsil
Yaponiyada orta təhsil — Yaponiyanın orta təhsil sistemi. Yaponiya qanunvericiliyində mövcud olan ümumi orta təhsil sistemi belə müəyyən edilmişdir: İbtidai təhsil — 6 il; Aşağı orta məktəb — 3 il; Yuxarı orta məktəb — 3 il.Yaponiyada orta təhsil aşağı və yuxarı pillələrə bölünür və ümumilikdə 6 il davam edir. Ölkənin bütün orta təhsil müəssisələrində 6947634 şagirdin təlim-tərbiyəsi ilə 490113 müəllim məşğul olur. Orta təhsilin aşağı pilləsinə VII, VIII və IX siniflər daxildir. Uşaqlar 12 yaşdan 15 yaşa qədər bu təhsil pilləsində oxuyurlar. Bu dövrdə məktəblərdə əsas diqqət akademik fənlərə yönəldilir. Orta təhsilin aşağı pilləsini bitirən şagirdlərin 96 faizi öz təhsillərini orta təhsilin yuxarı pilləsində davam etdirirlər. İbtidai məktəblər kimi, orta məktəblərin də böyük əksəriyyəti dövlətə məxsus olsa da, onların 5 faizi özəldir. Özəl orta məktəblərdə birillik təhsil haqqı orta hesabla 4000 ABŞ dollarına (558592 yen) yaxındır. Bu məbləğ, hökumətin dövlət orta məktəblərində oxuyan bir şagird üçün müəyyən etdiyi 934 ABŞ dolları (130828 yen) ilə müqayisədə, təxminən 4 dəfə çoxdur.
Yaponiyada pişiklər
Yaponiyada pişiklər ən populyar ev heyvanlarından biridir. 1000 ildən çoxdur ki, yuxarı sinifdən olan şəxslər pişiklə yaşayırlar. Adi insanlar yüzlərlə ildir ki, pişikləri ev heyvanı kimi saxlayırlar. Yaponiyada pişiklərə ibadət edən məbədlər mövcuddur və pişiklər Yaponiya folklorunda özünəməxsus yer tuturlar. == Tarix == Pişiklərin ilk dəfə Yaponiyaya necə gəldiyi dəqiq məlum deyil. Güman olunur ki, pişiklər buddist sutraları gəmiricilərdən qorunmaq üçün və ya imperatora hədiyyə kimi verilmək üçün Çin və Koreyadan Yaponiyaya gətiriliblər. Yaponiyada pişiklərə aid ilk qeyd İmperator Udanın gündəliyində 11 mart 889-cu ilə aid yazıda rast gəlinir: XII əsrə qədər artıq pişiklər bütün Yaponiya adaları boyunca yayılmışdır. == Folklor == Yapon folkloruna görə pişiklər fövqəltəbii xüsusiyyətlərə malik canlılardır. Pişiklərin folklordakı digər canlılardan daha fərqli aura ilə yanaşılmasının səbəblərindən biri onların yerli canlılardan olmamalarıdır. Gözlərinin gecələr parlaması və ya səssiz yerimələri də mistik heyvan kimi tanınmalarına səbəb olmuşdur.
Yaponiyada protestantlıq
Yaponiyada protestantlıq xristianlığın ən az yayılmış cərəyanlarından biridir. Yaponiyadakı protestant məzhəblər və təşkilatlar Yaponiya Xristian Kilsələri Assosiasiyasının ikinci dərəcəli komitəsi olan Yaponiya Milli Xristianlıq Şurasında iştirak edirlər. Hazırda Yaponiyada 300-ə yaxın protestant qrup fəaliyyət göstərir. == Tarixi == === XIX əsr === Yaponiyanın protestantlıq ilə ilk tanışlığı XIX əsrdə baş verib. 1837-ci ildə Yaponiya ilə ticarət etməyə cəhd edən, lakin uğursuz olan ABŞ-yə məxsus Morrison gəmisinin göyərtəsində protestant missionerlər var idi. 1846-cı ildə Bernard Bettelheym Okinavanın Naha şəhərində missionerliyə başlamış və buradakı ilk protestant missioner olmuşdur.1858-ci ildə ABŞ-la imzalanan Harris müqaviləsi ölkələr arasında dini əlaqələrin qurulmasına gətirib çıxarmışdır. Nəticədə, 1859-cu ildə Yaponiyaya ilk amerikalı protestant missionerlər gəlmişdirlər. Onların arasında episkopalian M.Vilyams, holland islahatçı missionerlər Quido Verbek və Samuel Braun, presbiterian Ceyms Körtis Hepbörn və baptist Conatan Qobl var idi. İlk 10 il ərzində Yaponiya protestantlıq 4 məzhəblə təmsil olunmuşdur: Holland İslahat Kilsəsi, Anqlikan-Episkopal Kilsəsi, Presbiterian Kilsəsi və Amerika Baptizm Azad Missiya Cəmiyyəti. Bu dövrdə protestantlıq Yaponiyada çox az sürətlə yayılırdı: 1872-ci ilə kimi cəmi 5 yapon baptizmi qəbul etmişdi.
Yaponiyada qəhvə
Yaponiyada qəhvə (日本のコーヒー, Nihon no kohi) populyar içki növlərindən biridir. Ölkədə bir çox kafe fəaliyyət göstərir. Starbucks və Doutor ölkənin əsas kafe şəbəkələridir. == Tarixi == Yaponlar artıq XVII əsrdə portuqal və holland tacirlərin qara, şirin, qatı içkini sevdiklərini bilirdilər. Lakin 1910-cu illərə qədər qəhvə Yaponiyada geniş şəkildə istehlak olunan məhsul deyildi. Bu dövrdə Avropadan kafe mədəniyyətinin gəlməsi qəhvə də populyarlaşdırmışdır. Qəhvə hazırlamaq sənəti qəhvə içməkdən daha məşhur idi.İkinci dünya müharibəsindən sonra 1950 və 1960-cı illərdə Yaponiyada qəhvə dükkanlarının sayında böyük partlayış yaşanmış və qəhvə çox populyar içkiyə çevrilmişdir. Qəhvə dənələri Yaponiyada nisbətən çox bahalı olduğu üçün evlərdə hazır qəhvələr daha populyar olmuşdur. 1990-cı illərin ortalarında ilk Starbucks kafelərinin açılması kiçik kafelərə təsir göstərmiş və ölkədə yeni götür-apar mədəniyyəti yaranmışdır. == Kissatenlər == Yaponiyada qəhvə təklif edən kafelər kissaten (喫茶店) adlanır.
Yaponiyada din
Yaponiyada din — əsasən Buddizm və Şintoizm tərəfindən təmsil olunur. Yaponiyada dindarların əksəriyyəti özlərini eyni anda hər iki dinə aid edirlər ki, bu da dini sinkretizmi göstərir. 1886-cı ildə Meiji bərpası zamanı Şinto Yaponiya dövlətinin yeganə və məcburi dövlət dini elan edildi. İkinci Dünya Müharibəsindən sonra 1947-ci ildə yeni Yaponiya konstitusiyasının qəbulu ilə Şintoizm bu statusunu itirdi. Bəzi hesablamalara görə, Buddistlər və Şintoistlər əhalinin 84-96%-ni təşkil edərək, hər iki dinin sinkretizmində çoxlu sayda inananları təmsil edirlər. Lakin bu təxminlər yaponların bu və ya digər məbədlə əlaqəsinə əsaslanır. Professor Robert Kisala təklif edir ki, əhalinin yalnız 30%-i özlərini dindar hesab edir. Çin Taoizmi, Konfutsiçilik və Buddizm də Yapon inanclarına və ənənələrinə təsir göstərmişdir. Yaponiyada din sinkretizmə meyillidir. Belə ki, böyüklər və uşaqlar Şinto rituallarını qeyd edir, məktəblilər imtahanlardan əvvəl dua edir, gənc cütlüklər xristian kilsəsində toy mərasimlərini, Buddist məbədində dəfn mərasimlərini keçirirlər.
Yaponiyada esperanto
Yaponiyada esperanto ən populyar süni dil hesab olunur. Yaponiyanın esperanto ilə tanışlığı 1880-ci illərin sonu və 1890-cı illərin əvvəlində baş vermişdir. Yaponiyanın esperanto icması 1920-ci illərdə ən böyük qeyri-avropalı esperanto icması olmuşdur. Yaponiya Esperanto İnstitutu ölkədəki ən böyük esperanto təşkilatıdır. 1965-ci ildə Tokioda, 2007-ci ildə isə Yokohamada Ümumdünya Esperanto Konqresi baş tutmuşdur. == Tarixi == === 1906–1918 === Yaponiyada esperentodan bəhs edən ilk mənbə 1880-ci illərin sonuna – volapük dilinə marağın yarandığı dövrə aiddir. Oka Asaciro esperantoya maraq göstərmiş ilk yapon şəxs olmuşdur. Onun esperanto dili ilə ilk tanışlığı 1891-ci ildə bir alman kitab evində baş vermişdir. O, esperanto və volapük dillərindən təsirlənərək öz süni dilini – zilenqo dilini yaratmışdır.Yaponiyada esperanto hərəkatının başladığı il kimi 1906-cı il qəbul olunur. Yazıçı Futabatey Şimey 1902-ci ildə Rusiyaya gedərək Vladivostokda esperanto dilini öyrənmiş və 1906-cı ildə Yaponiyaya qayıdaraq rus dilindən tərcümə etdiyi esperanto dərsliyini nəşr etdirmişdir.
Yeni il Yaponiyada
Yeni il Yaponiyada — Yaponiyada təntənə ilə qeyd olunan bayram. Yaponiyada Yeni il bayramı "şoqatsu" adlanır və yanvarın 1-dən 3-ə qədər qeyd olunur. Yeni ilin ilk günü səhər erkən yaponların çoxu özlərinə və qohumlarına dualar etmək üçün "Sinto" adlanan müqəddəs yerlərə və buddist məbədlərinə baş çəkirlər. Müqəddəs yerlərə baş çəkdikdən sonra insanlar evə qayıdır, süfrələrə müxtəlif yeməklər, içkilər düzürlər, birlikdə yeyib-içərək bayramı qeyd edirlər. Yeni ildə yeyilən ənənəvi yeməklərdən biri düyü piroqudur. Bu yeməyin özəl xüsusiyyəti ondan ibarətdir ki, o uzunömürlülüyün simvolu hesab olunur. Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.
Yaponiyada anomal istilər (2018)
Yaponiyada anomal istilər – 2018-ci ilin yay aylarında Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Temperatur böhranı ölkənin cənub-qərbində bir çox insanı evsiz qoyan daşqınlara səbəb olan ağır yağışlardan sonra yaranmışdır. == İyul 2018 == İyunun sonundan iyulun ortalarına qədər davam edən daşqınlardan sonra Yaponiyada temperatur kəskin artmışdır. Daşqın və torpaq sürüşmələrinin baş verdiyi Hiroşima, Ehime və Okayama prefekturalarında 145 nəfər gün vurmasında görə xəstəxanaya müraciət edib. Bu zaman havanın temperaturu 35 °C-ni keçib.23 iyul 2018-ci ildə Yaponiya Meteorologiya Agentliyi Tokionun 65 km şimal-qərbində yerləşən Kumaqaya şəhərində 41,1 °C temperatur qeydə alıb. Bu, ölkə tarixində qeydə alınmış ən yüksək temperaturdur. Kioto şəhərində isə ardıcıl 7 gün boyunca temperatur 38 °C-dən aşağı düşməmişdir. Bu, hava haqqında qeydlərin tutulmağa başlandığı XIX əsrdən bəri ilk haldır.9 iyul 2018-ci ildən Yaponiyada azı 44 nəfər anomal istilərdən ölüb. Təkcə 21 iyulda 11 nəfər ölüb. 6 yaşlı məktəbli uşağın çöl tədbirində iştirakı zamanı ölümündən sonra Yaponiya Təhsil Nazirliyi məktəblərə xəbərdarlıq edib.
Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu məqalədə Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı verilmişdir. Bu cür şəxslər həmin sahəyə tərif və ya ciddi töhfə vermiş şəxslər hesab olunurlar. Titulun kimə aid olması barədə mübahisələr daim mümkündür.
Yaponiyada dərslik qalmaqalı (1902)
Dərslik qalmaqalı (教科書疑獄, Kyokaşo qiqoku) – 1902-ci ildə Yaponiyada dərsliklərlə bağlı baş vermiş rüşvət qalmaqalı. Qalmaqal 1903-cü ilə qədər davam etmişdir. == Haqqında == Dərslik qalmaqalı 1902-ci ildə ibtidai və orta məktəblər üçün keçirilən dərslik seçimlərində rüşvətdən istifadə edilməsinin aşkarlanması ilə başlamışdır. Yaponiyada dərsliklər özəl şirkətlər tərəfindən hazırlandıqdan sonra Yaponiya Təhsil Nazirliyi tərəfindən təsdiq olunur, daha sonra prefektura komitələrinin qiymətləndirilməsinə təqdim olunurdular.Şirkətlər dərslik seçimləri üçün kəskin rəqabət apardıqları üçün bəzi şirkətlərin rüşvət təklif etməsi barədə şayiələr yayılmağa başlamışdır: bir şirkətin 2 il boyunca 360 min yen məbləğində rüşvət verdiyi iddia edilirdi. 1902-ci ilin dekabrında Yaponiya Ədalət Nazirliyi gizli təhqiqatlar başlatmışdır. Aparılmış təhqiqatlar nəticəsində 1903-cü ilin martına qədər 200-dən çox şəxs həbs edilmişdir. Həbs edilənlərin sırasına məktəb müfəttişləri, keçmiş prefektura qubernatorları və dərslik şirkəti prezidentləri də daxil idi. == Nəticə == Qalmaqal nəticəsində həbs edilənlərin 116 nəfəri günahkar hesab edilmişdir. Təhsil naziri Kikuçi Dayroku məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir. Qalmaqaldan sonra Təhsil Nazirliyi dərsliklərin seçimini mərkəzləşdirmək qərarına gəlmişdir.
Yaponiyada mobil telefon mədəniyyəti
Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etmişdir. Yapon dilində mobil telefona "keytay denva" (携帯電話) və ya qısaca "keytay" (携帯電話) deyirlər. Ona görə də Yaponiyadakı mobil telefon mədəniyyətini Keytay mədəniyyəti də adlandırırlar. Yaponiyada mobil telefondan istifadə geniş yayılmışdır və yayılmağa da davam edir. 2013-cü ildə əhalinin 39,1%-nin mobil telefonu olduğu halda, 2021-ci ildə bu rəqəm 74,3%-ə çatmışdır. == Xüsusiyyətlər == Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etdiyi üçün bu hal Qalapaqos sindromu adını almışdır. Yaponiyada mobil telefon mədəniyyətinin populyar elementlərindən biri romanlardır. Mobil telefon romanı və ya keytay romanı mobil telefon vasitəsilə yazılan roman növüdür və Yaponiyada ədəbi janra çevrilmişdir. Mobil telefon ədəbiyyatı ilə əsasən həvəskarlar məşğul olsa da, bəzi əsərlər populyarlaşaraq kitab şəklində çap oluna bilir. Yaponiyada mobil telefon vasitəsilə yazılmış ən məşhur roman olan "Dərin sevgi" (2002) əsasında film, serial və manqa istehsal olunmuşdur.
Yaponiyada mobil telefon sənayesi
Yaponiyada mobil telefon sənayesi dünyada ən inkişaf etmiş mobil telefon sənayelərindən biridir. Daxili Əlaqələr və Kommunikasiyalar Nazirliyinin verdiyi 31 iyul 2013-cü ilin statistikasına görə Yaponiyada 139.180.300 mobil telefon istifadədədir. Bu isə Yaponiya əhalisinin 110 %-i deməkdir. Yaponiyada mobil telefonlara sadəcə keytay denva və ya qısaca keytay deyilir. == Tarix == 1979-cu ildə Nippon Telegraph and Telephone (NTT) Tokioda dünyada ilk birinci nəsil mobil telefon xidmətini yaratmışdır. 1985-ci ildə NTT Yaponiyanın ilk mobil telefon xidməti olan "Shoulder Phone" xidmətini təklif etmişdir. 1988-ci ildə Mobile Communication Group (daha sonra KDDI) mobil telefon xidməti başlatmışdır. 1993-cü ildə NTT DoCoMo ilk rəqəmsal mobil telefon xidmətini başlatmışdır. 1994-cü ildə Digital Phone Group və Tu-Ka Group (daha sonra ikisi də SoftBank Mobile) mobil telefon xidməti başlatmışdır. Eyni il DDI Pocket PHS mobil telefon xidmətini yaratmışdır.
Yaponiyada yayılmış qarışqa növlərinin siyahısı
Yaponiyada yayılmış qarışqa növlərinin siyahısı - Yaponiyada yayılmış qarışqa (sinif Formicidae, dəstə Hymenoptera) növləri. Ümumilikdə Yaponiyada 280 qarışqa növü aşkarlanmışdır. == Mirmekofauna == === Acropyga === Acropyga kinomurai Terayama & Hashimoto, 1996 Acropyga nipponensis Terayama, 1985 Acropyga sauteri Forel, 1912 Acropyga yaeyamensis Terayama & Hashimoto, 1996 === Aenictus === Aenictus ceylonicus (Mayr, 1866) Aenictus formosensis Forel, 1913 Aenictus lifuiae Terayama, 1984 === Anochetus === Anochetus shohki Terayama, 1996 === Anomalomyrma === Anomalomyrma sp. === Anoplolepis === Anoplolepis gracilipes === Aphaenogaster === Aphaenogaster concolor Aphaenogaster donann Aphaenogaster edentula Aphaenogaster erabu Aphaenogaster famelica Aphaenogaster gracillima Aphaenogaster irrigua Aphaenogaster izuensis Terayama & Kubota, 2013 Aphaenogaster japonica Aphaenogaster kumejimana Aphaenogaster luteipes Aphaenogaster minutula Aphaenogaster omotoensis Terayama & Kubota, 2013 Aphaenogaster osimensis Aphaenogaster rugulosa Aphaenogaster tipuna Aphaenogaster tokarainsulana === Brachyponera === Brachyponera chinensis Brachyponera luteipes Brachyponera nakasujii Yashiro, et al. 2010 === Camponotus === Camponotus albosparsus Camponotus amamianus Camponotus bishamon Camponotus brunni Forel, 1901 Camponotus daitoensis Camponotus devestivus Camponotus friedae Camponotus habereri Forel, 1911 Camponotus hemichlaena Camponotus itoi Camponotus iwoensis Terayama & Kubota, 2011 Camponotus japonicus Camponotus kaguya Camponotus keihitoi Camponotus kiusiuensis Camponotus kunigamiensis Terayama, 2013 Camponotus monju Camponotus nawai Camponotus nigronitidus Azuma, 1951 Camponotus nipponensis Camponotus nipponicus Camponotus obscuripes Camponotus ogasawarensis Camponotus quadrinotatus Camponotus sachalinensis Camponotus senkakuensis Terayama, 2013 Camponotus shohki Camponotus vitiosus Camponotus yamaokai Camponotus yambaru Camponotus yessensis === Cardiocondyla === Cardiocondyla kagutsuchi Cardiocondyla kazanensis Terayama, 2013 Cardiocondyla minutior Cardiocondyla nuda Cardiocondyla wroughtonii === Carebara === Carebara borealis Carebara diversa Carebara hannya Carebara oni Terayama, 1996 Carebara sauteri Carebara yamatonis Terayama, 1996 === Cerapachys === Cerapachys biroi Cerapachys daikoku Cerapachys hashimotoi Cerapachys humicola === Crematogaster === Crematogaster izanami Terayama, 2013 Crematogaster matsumurai Crematogaster miroku Terayama, 2013 Crematogaster nawai Crematogaster osakensis Crematogaster suehiro Crematogaster teranishii Crematogaster vagula === Cryptopone === Cryptopone sauteri Wheeler, 1906 Cryptopone tengu === Diacamma === Diacamma sp. === Discothyrea === Discothyrea kamiteta Discothyrea sauteri === Dolichoderus === Dolichoderus sibiricus === Ectomomyrmex === Ectomomyrmex javanus === Euponera === Euponera pilosior Euponera sakishimensis === Formica === Formica candida Formica fukaii Formica gagatoides Formica hayashi Formica japonica Formica lemani Formica sanguinea Formica truncorum Formica yessensis Formica yoshiokae Wheeler, W.M. 1933 === Hypoponera === Hypoponera beppin Hypoponera ergatandria (Forel, 1893) Hypoponera nippona Hypoponera nubatama Hypoponera opaciceps Hypoponera punctatissima (Roger, 1857) Hypoponera ragusai (Emery, 1894) Hypoponera sauteri Hypoponera zwaluwenburgi === Lasius === Lasius alienus Lasius capitatus Lasius flavus Lasius hayashi Lasius hikosanus Lasius japonicus Lasius meridionalis Lasius morisitai Lasius nipponensis Lasius orientalis Lasius productus Lasius sakagamii Lasius sonobei Lasius spathepus Lasius talpa Lasius umbratus === Leptanilla === Leptanilla japonica Leptanilla kubotai Leptanilla morimotoi Leptanilla oceanica Leptanilla okinawensis Terayama, 2013 Leptanilla tanakai === Leptogenys === Leptogenys confucii === Leptothorax === Leptothorax acervorum === Linepithema === Linepithema humile === Lordomyrma === Lordomyrma azumai === Manica === Manica yessensis === Messor === Messor aciculatus === Monomorium === Monomorium chinense Monomorium floricola Monomorium hiten Monomorium intrudens Monomorium latinode Monomorium pharaonis Monomorium triviale === Myrmecina === Myrmecina amamiana Myrmecina flava Myrmecina nipponica Myrmecina ryukyuensis === Myrmica === Myrmica excelsa Kupyanskaya, 1990 Myrmica jessensis Myrmica kotokui Myrmica kurokii Myrmica onoyamai Radchenko & Elmes, 2006 Myrmica rubra Myrmica yezomonticola Terayama, 2013 === Nylanderia === Nylanderia amia Nylanderia flavipes Nylanderia nubatama Nylanderia ogasawarensis Nylanderia otome Nylanderia ryukyuensis Nylanderia sakurae Nylanderia teranishii (Santschi, 1937) Nylanderia yaeyamensis Nylanderia yambaru === Ochetellus === Ochetellus glaber === Odontomachus === Odontomachus kuroiwae Matsumura, 1912 Odontomachus monticola === Parvaponera === Parvaponera darwinii === Paraparatrechina === Paraparatrechina sakuya Terayama, 2013 === Paratrechina === Paratrechina longicornis === Pheidole === Pheidole fervens Pheidole fervida Pheidole indica Pheidole megacephala Pheidole noda Pheidole parva Pheidole pieli Pheidole ryukyuensis Pheidole susanowo === Plagiolepis === Plagiolepis alluaudi Plagiolepis flavescens === Polyergus === Polyergus samurai === Polyrhachis === Polyrhachis dives Polyrhachis lamellidens Polyrhachis latona Polyrhachis moesta === Ponera === Ponera bishamon Ponera japonica Ponera kohmoku Ponera scabra Ponera swezeyi Ponera takaminei Ponera tamon === Prenolepis === Prenolepis === Pristomyrmex === Pristomyrmex brevispinosus Pristomyrmex punctatus === Probolomyrmex === Probolomyrmex longinodus Probolomyrmex okinawensis === Proceratium === Proceratium itoi Proceratium japonicum Proceratium morisitai Proceratium watasei === Protanilla === Protanilla izanagi Terayama, 2013 === Recurvidris === Recurvidris recurvispinosa === Rhopalomastix === Rhopalomastix omotoensis === Solenopsis === Solenopsis geminata Solenopsis japonica Solenopsis tipuna === Stenamma === Stenamma nipponense Stenamma owstoni === Stigmatomma === Stigmatomma caliginosum (Onoyama, 1999) Stigmatomma fulvidum Stigmatomma sakaii Stigmatomma silvestrii === Strongylognathus === Strongylognathus koreanus === Strumigenys === Strumigenys alecto Bolton, 2000 Strumigenys benten Strumigenys canina Strumigenys circothrix Strumigenys emmae Strumigenys exilirhina Strumigenys hexamera Strumigenys hirashimai Strumigenys hiroshimensis Strumigenys incerta Strumigenys japonica Strumigenys kichijo Strumigenys kumadori Yoshimura & Onoyama, 2007 Strumigenys lacunosa Lin & Wu, 1996 Strumigenys leptothrix Strumigenys lewisi Cameron, 1886 Strumigenys masukoi Strumigenys mazu Strumigenys membranifera Strumigenys minutula Strumigenys morisitai Strumigenys mutica Strumigenys rostrataeformis Strumigenys sauteri Strumigenys solifontis Strumigenys stenorhina Strumigenys strigatella Strumigenys terayamai === Syllophopsis === Syllophopsis sechellensis (Emery, 1894) === Tapinoma === Tapinoma melanocephalum Tapinoma sahohime Terayama, 2013 === Technomyrmex === Technomyrmex albipes Technomyrmex gibbosus Wheeler, W.M., 1906 === Temnothorax === Temnothorax anira Temnothorax antera Temnothorax arimensis Temnothorax basara Temnothorax bikara Temnothorax congruus Temnothorax haira Temnothorax indra Temnothorax kinomurai Temnothorax koreanus Temnothorax kubira Temnothorax makora Temnothorax mekira Terayama & Kubota, 2011 Temnothorax santra Temnothorax spinosior === Tetramorium === Tetramorium bicarinatum Tetramorium caespitum japonicum Röszler, 1936 Tetramorium kraepelini Tetramorium lanuginosum Tetramorium nipponense Tetramorium simillimum Tetramorium smithi Tetramorium tonganum Tetramorium tsushimae === Tetraponera === Tetraponera attenuata === Trichomyrmex === Trichomyrmex destructor (Jerdon, 1851) === Vollenhovia === Vollenhovia amamiana Vollenhovia benzai Vollenhovia emeryi Vollenhovia nipponica Vollenhovia okinawana Vollenhovia sakishimana Vollenhovia yambaru == İstinadlar == == Ədəbiyyat == Ogata, K. (1987). «A generic synopsis of the poneroid complex of the family Formicidae in Japan (Hymenoptera). Part 1. Subfamilies Ponerinae and Cerapachyinae.» — Esakia 25: 97-132. Terayama, M. (1996).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 20.22 dəfə / 1 mln.
2002 20.56
2003 15.35
2004 20.21
2005 14.85
2006 24.33
2007 11.42
2008 10.96
2009 15.52
2010 12.35
2011 •• 54.22
2012 28.74
2013 20.57
2014 19.05
2015 7.49
2016 9.20
2017 10.08
2018 16.03
2019 10.85
2020 20.42

"yaponiyada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaponiyada nədir? #yaponiyada sözünün mənası #yaponiyada nə deməkdir? #yaponiyada sözünün izahı #yaponiyada sözünün yazılışı #yaponiyada necə yazılır? #yaponiyada sözünün düzgün yazılışı #yaponiyada leksik mənası #yaponiyada sözünün sinonimi #yaponiyada sözünün yaxın mənalı sözlər #yaponiyada sözünün əks mənası #yaponiyada sözünün etimologiyası #yaponiyada sözünün orfoqrafiyası #yaponiyada rusca #yaponiyada inglisça #yaponiyada fransızca #yaponiyada sözünün istifadəsi #sözlük