Yaponiyan sözü azərbaycan dilində

Yaponiyan

Yazılış

  • Yaponiyan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945) 1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
Yaponiyanın Antarktikadakı ərazi iddiaları
Yaponiyanın Antarktikadakı ərazi iddiaları - Yaponiya imperiyasının Antarktika ərazilərinə iddiası XX əsrin birini yarısında edilmişdir. 1910—1912 illərdə Yaponiya Antarktikaya ilk ekspedisiyasını leytenant Sirase Nobunun başçılığı ilə təşkil edir. 28 yanvar 1912 ildə ekspedisiya 80°05’ cənub enliyi 156°37’ qərb uzunluğuna çatarkən onlar səyahətin davam etdirilməsinə hazır olmadıqlarını anlayırlar. Çatdıqları əraziləri Yamato Qar vadisi adlandlraraq Yaponiyanın mülkiyyəti elan edirlər. 1939-cu ildə Yaponiya rəsmi olaraq Antarktidaya ərazi iddiası irəli sürür. İddialı ərazi Ross ərazisi ilə Böyük Britaniyanın Antarktika əraziləri arasında (80° q.u və 150° q.u) yerləşir. 1951-ci ildə imzalanan San-Fransisko sülh müqaviləsinin ikinci bəndinə əsasən Yaponiya bütün ərazi iddialarından imtina etmişdir. Hazırda Meri Berd Torpağı və Elsuort Torpağına rəsmi olaraq dünyanın heç bir olməsi iddia etmir. Bu Antarktida haqqında konvensiyaya əsasən təstiqlənmişdir. Hazırda Yaponiya bölgə üzərində heç bir ərazi iddiası irəli sürə bilməz.
Yaponiyanın Konstitusiya Günü
Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir. Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur. День Конституции Японии (rus.) calend.ru saytında. Constitution Memorial Day Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine (ing.) Kids Web Japan saytında.
Yaponiyanın Xarici İşlər Nazirliyi
Yaponiya Xarici İşlər Nazirliyi (yap. 外務省 Gaimu-shō) — Yaponiyada ölkənin xarici əlaqələrindən məsul olan dövlət qurumu. Nazirlik Tokionun Çiyoda rayonunun Kasumiqaseki hissəsində yerləşir. Milli Hökumət Təşkilatları Qanununun 3-cü maddəsinin 2-ci bəndinə əsasən nazirliyin rəhbəri kabinet üzvlərindən olan nazirdir. Onun missiyası Yaponiya və Yapon vətəndaşlarının mənfəətini artırmaq, eyni zamanda sülh və təhlükəsiz beynəlxalq kommunikasiyanın qorunmasına yardım etmək və müvafiq beynəlxalq tədbirlərin həyata keçirilməsinin xaricdə harmonik əlaqələrin qorunub saxlanılması və inkişafıdır.
Yaponiyanın danışıqsız təslim olma aktı
Yaponiya imperiyasının kapitulyasiyası (yap. 日本の降伏) — eyni zamanda İkinci Dünya müharibəsinin tərkib hissəsi olan İkinci dünya müharibəsində Sakit okean cəbhəsi və Sovet-yapon müharibəsinin bitməsi. 26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu. 28 iyun 1945 ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir. 6 avqust 1945 ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hiroşima şəhərinə atom bombası atır. 8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir. 9 avqust 1945 ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır. 10 avqust tarixində Yaponiya Podstam Deklarasiyası çərçivəsində, imperator idarə sturukturunun qorunub saxlanması şəraiti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ Podstam Deklarasiyasının xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir.
Yaponiyanın dövlət quruluşu
Yaponiyanın dövlət quruluşu — 1947-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. Parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan Yaponiya dövlətinin yaradılması günü fevral ayının 11-də qeyd olunur. 3 may 1947-ci ildə qüvvəyə minmiş Yaponiya Konstitusiyasına görə: İmperator xalqın birliyinin və dövlətin rəmzidir, hakimiyyət xalqın əlindədir; İcra səlahiyyəti bütövlükdə Parlament qarşısında məsuliyyət daşıyan Nazirlər Kabinetinə aiddir. Todofuken sisteminə görə Yaponiya Tokio paytaxt prefekturasından, Hokkaydo qubernatorluğundan, prefektura statusuna malik Kyoto və Osaka şəhərlərindən və digər 43 prefekturalardan ibarət olan ali dərəcəli 47 inzibati vahidliyə (Hokkaydo, Aomori, İvate, Miyaqi, Akita, Yamaqata, Fukuşima, İbaraki, Toçiqi, Qumma, Saytama, Çiba, Tokio, Kanaqava, Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Qifu, Şidzuoka, Aiçi, Mie, Şiqa, Kyoto, Osaka, Hyeqo, Nara, Vakayama, Tottori, Şimane, Okayama, Hiroşima, Yamaquti, Tokusima, Kaqava, Ehime, Koçi, Fukuoka, Saqa, Naqasaki, Kumamoto, Oita, Miyazaki, Kaqoşima və Okinava prefekturaları) bölünür. Yaponiyanın ərazisi 47 prefekturaya bölünüb: 1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədi ilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir. Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (1989-cu ildən Akixitodur) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir. Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur.
Yaponiyanın iqlimi
«Yaponiya (Yaponca Nippon, Nihon) – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlətdir. Ərazisi şm.-ş.-dən c.q.-ə 3,5 min km. məsafədə uzanan təqribən 4 min adadan (ən böyükləri: Hokkaydo, Hönsü, Siköku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km²., əhalisi 115,8 mln. (1979). Yaponiya inzibati cəhətdən 47 prefekturaya bölünür. Hokkaydo adası xüsusi inzibati vilayətdir. Paytaxtı Tokio şəhəridir.Dövlət dili, yapon dili, pul vahidi Yen-dir.Dövlət quruluşu konstitusiyalı monarxiyadır . Yapon adaları şərqi Asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsinin təşkil edir. 1042 adadan ibarət olan Yapon adalarının ən böyükləri: Xokkaydo, Xonsyu (Xondo).
Yaponiyanın iqtisadi möcüzəsi
Yaponiyanın kapitulyasiyası
Yaponiyanın kapitulyasiyası 2 sentyabr 1945-ci il— İkinci dünya müharibəsində hərbi əməliyyatlara son qoyan hadisə. İyulun sonuna Yaponiya imperator donanması öz hazırlığını başa çatdıra bilmədi, müttəfiqçilərin Yaponiya ərazisinə soxulma təhlükəsi yarandı. Buna baxmayaraq açıqça sonuna kimi mübarizə aparmağı elan edən Yaponiyanın böyük hərbi şürası ("Böyük altılıq"), neytral Sovet hakimiyyəti ilə gizli öz maraqlarını güdən müqavilə bağlamaq istəyirdi. Həmin vaxtda Sovetlər birliyi Tehran və Yalta konfransının şərtlərini yerinə yetirmək üçün Yaponiyaya hücuma hazırlaşırdı. 6 avqustda amerikalılar Xirosimoya nüvə bombası atdılar. 8 avqustda Sovet hakimiyyəti Yaponiyaya müharibə elan etdi, 9 avqustda hərbi əməliyyatlara başlayaraq Mançjou-qoya hücum etdi. Bütün bu hadisələrin ümumi şoku imperator Hirohitonu işə qarışmağa vadar etdi və Böyük altılığı sülh müqaviləsini imzalamağa çağırdı. Bir neçə gün uğursuz müqavimətdən və nəticəsiz hakimiyyət çevrilişindən sonra, imperator Xirokito 15 avqustda xalqa radio vasitəsilə Yaponiyanın kapitulyasiyasını elan etdi. 28 avqustda Yaponiyanın müttəfiqçilər tərəfindən işğalı başlandı. Kapitulyasiyanın imzalanma mərasimi 2 sentyabrda ABŞın "Missuri" adlı hərbi gəmisində baş tutdu.
Yaponiyanın məhkəmə sistemi
Yaponiyanın məhkəmə sistemində Yaponiya Konstitusiyası zəmanət verir ki, "bütün hakimlər öz vicdanlarını həyata keçirməkdə müstəqildirlər və yalnız bu konstitusiya və qanunlarla tabedirlər" (Maddə 76). Onlar "məhkəmə tərəfindən xidməti vəzifələrini yerinə yetirmək üçün əqli və ya fiziki qabiliyyətsiz hesab edilmədikdə" skamyadan kənarlaşdırıla bilməz və icra orqanları tərəfindən intizam tənbehi tətbiq edilə bilməz (Maddə 78). Bununla belə, Ali Məhkəmənin hakimləri hakim təyin edildikdən sonra ilk ümumi seçkidə və ondan sonra hər on ildən bir keçirilən referendumda seçicilərin əksəriyyəti tərəfindən vəzifədən kənarlaşdırıla bilər. Məhkəmə sistemi Meyci Konstitusiyasına əsasən hazırkı Konstitusiyaya nisbətən daha çox məhdudlaşdırılmışdı və inzibati və ya konstitusiya hüquq işlərində heç bir səlahiyyətə malik deyildi. Bundan başqa, Ədliyyə Nazirliyi məhkəmələrin inzibati işlərinə tam və birbaşa nəzarət edirdi. Buna baxmayaraq, professor Con Heyli iddia edir ki, məhkəmələr konkret işlərə baxılarkən tam müstəqillik nümayiş etdiriblər. "Məhkəmələrin siyasi qollardan müstəqilliyi Meidzi Konstitusiyasının 57-ci maddəsində idarəetmənin əsas prinsipi kimi qəti şəkildə təsbit edildi. Hökumətin bütün qollarından yalnız məhkəmələr "imperator adına" səlahiyyəti həyata keçirirdi. Heyli iddia edir ki, bu, yapon hakimləri üçün böyük qürur məsələsi olub və belə də qalmaqdadır və qeyd edir ki, "bütün məhkəmə zallarında yerdə "İmperatorun adına" yazısı imperatorun hakimləri və eyni zamanda imperatorun hakimləri olduğunu xatırlatmaq üçün idi. siyasi nəzarətə və ya istiqamətə tabe deyil".
Yaponiyanın nüvə silahı proqramı
Yaponiyanın nüvə silahı proqramı (日本の原子爆弾開発, Nihon no genshibakudan kaihatsu) — ilk dəfə İkinci dünya müharibəsi zamanı Yaponiya imperiyası tərəfindən həyata keçirilmiş nüvə silahı proqramına verilən ad. Almaniya nüvə silahı proqramı kimi Yaponiyanın da nüvə silahı proqramı müxtəlif problemlərlə üzləşmiş və Hiroşima ilə Naqasakinin 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmasından öncə laboratoriya mərhələsindən o tərəfə keçə bilməmişdir. Hal-hazırda Yaponiyanın nüvə enerjisi infrastrukturu Yaponiyaya nüvə silahları hazırlamağa imkan verir. Yaponiyanın qeyri-hərbiləşdirilməsi və ABŞ-nin nüvə qalxanı Yaponiyada nüvə silahlarının istehsalı ilə bağlı ciddi məhdudiyyətlər qoysa da, Şimali Koreyanın nüvə silahı sınaqları keçirməsi Yaponiyada bəzi siyasətçilərin və hərbçilərin bu siyasətdən imtina edilməsinə dəstək vermələrinə səbəb olmuşdur. 1934-cü ildə Tokio Universitetinin professoru Hikoasaka Tadayoşi "atom fizikası nəzəriyyəsi"ni yayımlamışdır. Hikosaka bildirmişdi ki, atomun nüvəsi özündə böyük enerji saxlayır və bu enerjinin ayrılması məişətdə və silahların alınmasında istifadə oluna bilər. 1938-ci ilin dekabrından alman kimyaçılar Otto Han və Frits Ştrassman "Naturwissenschaften" jurnalına göndərdikləri əlyazmada uran elementinin neytronlarla bombardmanı zamanı barium elementinin müşahidə olunduğunu qeyd etmişdirlər. Onlar bu məlumatı Liza Meytnerə və xalası oğlu Otto Robert Frişə çatdırmışdırlar. Onlar bu hadisənin nüvə parçalanması olduğunu güman etmiştirler və 13 yanvar 1939-cu ildə Friş bunu təcrübi yolla təsdiqləmişdir. Bütün dünyadakı fizikaçıları dərhal zəncirvari nüvə reaksiyalarının həyata keçirilə biləcəyini anlamış və hökumətlərini nüvə silahlarının istehsalının mümkünlüyü barədə məlumatlandırmışdırlar.
Yaponiyanın xarici siyasəti
Yaponiya və ABŞ arasında ikitərəfli etimad (təhlükəsizlik) müqavilələri əsasında möhkəmlənmiş münasibətlər Yaponiyanın xarici siyasətinin bünövrəsini təşkil edir. Yaponiya-ABŞ əlaqələri müharibədən sonrakı dövrdə sürətlə inkişaf etməyə başlamışdır. Yaponiya ABŞ-la əlaqələrini gücləndirməyə və qorumağa səy göstərməklə yanaşı, beynəlxalq ictimaiyyətə də əhəmiyyətli dərəcədə yardım edir. Yaponiyanın Qərbi Avropa ölkələri ilə münasibətləri Yaponiya-ABŞ əlaqələri qədər yaxın deyildir. Lakin güclü və tarazlaşdırılmış üçtərəfli əlaqələrə duyulan ehtiyac Yaponiyanın Avropa ilə əlaqələrini qüvvətləndirmək məcburiyyəti ilə üzləşdirmişdir. Yaponiyanın Asiya-Sakit Okean regionuna daxil olan ölkələrlə əlaqələri sadəcə coğrafi şərtlərlə deyil, eyni zamanda mədəni və tarixi yaxınlıqla da ölçülür. Çoxsaylı yapon şirkətlərinin xarici ölkələrdə fəaliyyət göstərməsi, Cənub Şərqi Asiya Dövlətləri Cəmiyyətinə (ASEAN) üzv olan ölkələrdən Yaponiyaya ixracın sürətlə artması, Yaponiya ilə Asiya-Sakit okean bölgəsi arasında insan mübadiləsinin hiss edilən dərəcədə yüksəlməsi ilə Yaponiyanın son illərdə qeyd olunan regionla münasibətlərini xüsusilə yaxınlaşdırmışdır. Bu şərtlər çərçivəsində iqtisadi sahədə nüfuzlu qüvvəyə malik olan Yaponiyanın Asiya-Sakit Okean bölgəsində inkişaf və tarazlığın təmin edilməsində fəal iştirakı labüddür. Rusiya ilə əlaqələri gəlincə, Yaponiya bu ölkə ilə "şimal əraziləri" problemini həll etməklə sülh müqaviləsi imzalamağa çalışır. Yaponiyanın fikrincə, yalnız bundan sonra iki ölkə arasında münasibətlər tam normallaşacaqdır.
Yaponiyanın İmperator möhürü
Yaponiyanın İmperator möhürü— 16 - sarı və ya narıncı rəngdə rəmzi ləçəkli payızgülü. Kamakura dövründən başlayaraq, yapon imperatorları və Yaponiyanın imperator ailəsinin üzvlərinin emblemi sayılır. Yaponiyanın gerbi olmadığından, bəzən dövlət gerbi kimi də istifadə olunur. Şəxsi möhür kimi imperator Qo-Toba ilk dəfə istifadə edib. Bu emblem 1869-cu ildə qəbul olunub. 1871-ci il fərmanına əsasən Yaponiya imperatorundan başqa heç kimə bu möhürü istifadə etməyə icazə yox idi. İkinci dünya müharibəsindən sonra bu qadağa ləğv olundu.
Yaponiyanın İndoneziyanı işğalı
Yaponiya İmperiyası İkinci Dünya müharibəsi zamanı 1942-ci ilin martından 1945-ci ilin sentyabrın sonuna qədər davam edən indiki İndoneziya olan Niderland Ost-Hindini işğal etdi. Bu dövr İndoneziya tarixində ən böyük böhranlardan biri idi. Niderland Ost-Hindi 1819-cu ildən Hollandiya koloniyası olmuşdur, lakin Hollandiyanın özü 1940-cı ildə Almaniya tərəfindən işğal edilmişdi və bu səbəbdən Yapon İmperator Ordusuna qarşı öz koloniyasını müdafiə etmək imkanları az idi və üç aydan az Borneoda ilk hücumlardan sonra Yapon donanması və ordusu holland və müttəfiq qüvvələrini ələ keçirdi. Başlanğıcda indoneziyalıların əksəriyyəti Hollandiya müstəmləkə ustalarından yaponları xilaskar kimi qarşıladı. İndoneziyalılar Yapon müharibəsi səyləri üçün daha çox çətinliyə düçar olması gözlənildiyini anladılar. 1944–1945-ci illərdə Müttəfiq birliklər əsasən İndoneziyanın Yava və Sumatra kimi ən sıx hissələrinə irəliləyə bilmirdilər. Beləliklə, İndoneziyanın əksər ərazisi hələ 1945-ci ilin avqustunda təslim olduğunda Yapon işğalı altında idi. Xüsusilə Yava və daha az dərəcədə Sumatrada yapon təhsilli bir çox gənc indoneziyalıları öyrədib, silahlandırıb və millətçi liderlərinə siyasi dəstək verdi. Beləliklə, Hollandiya müstəmləkə rejimi məhv edilməsi və İndoneziya millətçiliyinin asanlaşdırılması ilə yapon işğalı Sakit okean bölgəsində Yaponiyanın təslim olunduğu günlər ərzində İndoneziya müstəqilliyinin elan edilməsi üçün şərait yaratdı, lakin Hollandiyalılar Ost-Hindi (indiki İndoneziya) geri almağa çalışdılar və beş il davam edən diplomatik, hərbi və ictimai mübarizənin nəticəsi olaraq, Hollandiyada 1949-cu ilin dekabrında İndoneziya suverenliyini tanıdılar. İşğal İndoneziyada Hollandiya üçün ilk ciddi problem idi və Hollandiya müstəmləkə hakimiyyətini sona çatdırdı və sonunda, dəyişikliklər son dərəcə çox və qeyri-adi idi ki, sonrakı mərhələ İndoneziya Milli İnqilabı mümkün olmayan bir şəkildə yalnız üç il içərisində Hollandiyadan fərqli olaraq yaponlar indoneziyalıların kənd səviyyəsinə qədər siyasiləşdirilməsinə kömək etdi.
Yaponiyanın Niderland Ost-Hindini işğalı
Yaponiya İmperiyası İkinci Dünya müharibəsi zamanı 1942-ci ilin martından 1945-ci ilin sentyabrın sonuna qədər davam edən indiki İndoneziya olan Niderland Ost-Hindini işğal etdi. Bu dövr İndoneziya tarixində ən böyük böhranlardan biri idi. Niderland Ost-Hindi 1819-cu ildən Hollandiya koloniyası olmuşdur, lakin Hollandiyanın özü 1940-cı ildə Almaniya tərəfindən işğal edilmişdi və bu səbəbdən Yapon İmperator Ordusuna qarşı öz koloniyasını müdafiə etmək imkanları az idi və üç aydan az Borneoda ilk hücumlardan sonra Yapon donanması və ordusu holland və müttəfiq qüvvələrini ələ keçirdi. Başlanğıcda indoneziyalıların əksəriyyəti Hollandiya müstəmləkə ustalarından yaponları xilaskar kimi qarşıladı. İndoneziyalılar Yapon müharibəsi səyləri üçün daha çox çətinliyə düçar olması gözlənildiyini anladılar. 1944–1945-ci illərdə Müttəfiq birliklər əsasən İndoneziyanın Yava və Sumatra kimi ən sıx hissələrinə irəliləyə bilmirdilər. Beləliklə, İndoneziyanın əksər ərazisi hələ 1945-ci ilin avqustunda təslim olduğunda Yapon işğalı altında idi. Xüsusilə Yava və daha az dərəcədə Sumatrada yapon təhsilli bir çox gənc indoneziyalıları öyrədib, silahlandırıb və millətçi liderlərinə siyasi dəstək verdi. Beləliklə, Hollandiya müstəmləkə rejimi məhv edilməsi və İndoneziya millətçiliyinin asanlaşdırılması ilə yapon işğalı Sakit okean bölgəsində Yaponiyanın təslim olunduğu günlər ərzində İndoneziya müstəqilliyinin elan edilməsi üçün şərait yaratdı, lakin Hollandiyalılar Ost-Hindi (indiki İndoneziya) geri almağa çalışdılar və beş il davam edən diplomatik, hərbi və ictimai mübarizənin nəticəsi olaraq, Hollandiyada 1949-cu ilin dekabrında İndoneziya suverenliyini tanıdılar. İşğal İndoneziyada Hollandiya üçün ilk ciddi problem idi və Hollandiya müstəmləkə hakimiyyətini sona çatdırdı və sonunda, dəyişikliklər son dərəcə çox və qeyri-adi idi ki, sonrakı mərhələ İndoneziya Milli İnqilabı mümkün olmayan bir şəkildə yalnız üç il içərisində Hollandiyadan fərqli olaraq yaponlar indoneziyalıların kənd səviyyəsinə qədər siyasiləşdirilməsinə kömək etdi.
Yaponiyanın prefekturaları
Yaponiya prefekturaları — Yaponiyanın 47 ən yüksək səviyyəli inzibati vahididir. Onlar todofuken (都道府県) sistemində birləşiblər. Bu sistemə görə ölkə to (都) 1 metropoliten prefektura - Tokio, 1 qubernatorluq do: (道) - Hokkaydo, 2 şəhər prefekturası fu (府) - Kyoto və Osaka - və 43 ken (県) prefekturasından ibarətdir. Rahatlıq üçün Qərbdə yaponşünaslıqda yuxarıda qeyd olunan vahidləri “prefekturalar” adlandırmaq adətdir. Hər bir prefektura bir prefekt tərəfindən idarə olunur (Hokkaydoda qubernator) və öz qanunvericilik, inzibati aparata malikdir. Prefekturalar çox vaxt inzibati vahid olmayan bölgələrə qruplaşdırılır. Müasir inzibati bölgü sistemi 1871-ci ildə Meyci dövründə tətbiq olunmuşdur. Bunun nəticəsində xan feodları ləğv edildi və prefekturalar yaradıldı. Bu hadisə “ xanların ləğvi və prefekturaların yaradılması ” - xayxan tiken (廃藩置県) adlanır. Əvvəlcə prefekturaların sayı xanların sayına uyğun gəlirdi - 300 vahiddən çox.

"yaponiyan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaponiyan nədir? #yaponiyan sözünün mənası #yaponiyan nə deməkdir? #yaponiyan sözünün izahı #yaponiyan sözünün yazılışı #yaponiyan necə yazılır? #yaponiyan sözünün düzgün yazılışı #yaponiyan leksik mənası #yaponiyan sözünün sinonimi #yaponiyan sözünün yaxın mənalı sözlər #yaponiyan sözünün əks mənası #yaponiyan sözünün etimologiyası #yaponiyan sözünün orfoqrafiyası #yaponiyan rusca #yaponiyan inglisça #yaponiyan fransızca #yaponiyan sözünün istifadəsi #sözlük