Yaponiyanın dövlət quruluşu
Yaponiyanın dövlət quruluşu — 1947-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan Yaponiya dövlətinin yaradılması günü fevral ayının 11-də qeyd olunur.
3 may 1947-ci ildə qüvvəyə minmiş Yaponiya Konstitusiyasına görə:
İmperator xalqın birliyinin və dövlətin rəmzidir, hakimiyyət xalqın əlindədir;
İcra səlahiyyəti bütövlükdə Parlament qarşısında məsuliyyət daşıyan Nazirlər Kabinetinə aiddir.
Todofuken sisteminə görə Yaponiya Tokio paytaxt prefekturasından, Hokkaydo qubernatorluğundan, prefektura statusuna malik Kyoto və Osaka şəhərlərindən və digər 43 prefekturalardan ibarət olan ali dərəcəli 47 inzibati vahidliyə (Hokkaydo, Aomori, İvate, Miyaqi, Akita, Yamaqata, Fukuşima, İbaraki, Toçiqi, Qumma, Saytama, Çiba, Tokio, Kanaqava, Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Qifu, Şidzuoka, Aiçi, Mie, Şiqa, Kyoto, Osaka, Hyeqo, Nara, Vakayama, Tottori, Şimane, Okayama, Hiroşima, Yamaquti, Tokusima, Kaqava, Ehime, Koçi, Fukuoka, Saqa, Naqasaki, Kumamoto, Oita, Miyazaki, Kaqoşima və Okinava prefekturaları) bölünür.
Yaponiyanın ərazisi 47 prefekturaya bölünüb:
1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədi ilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir.
Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (1989-cu ildən Akixitodur) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir.
Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur.