yavaşca sözü azərbaycan dilində

yavaşca

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yavaşca • 89.9329%
  • Yavaşca • 7.3826%
  • YAVAŞCA • 2.6846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yavaşca Şahin Paşa
Yavaşca Şahin Paşa (ö. sentyabr 1465) — II Mehmed səltənətində xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əsli və doğum tarixi barədə məlumat yoxdur. Dərya bəylərindən olub, Konstantinopolun fəthi əsnasında Süleyman bəy və Həmzə bəy idarəsindəki donanmada iştirak etmişdir. Fəthin ardından vəfat edən Süleyman bəyin yerinə 1458-ci ildə kaptan-ı dərya təyin olundu. Bu vəzifədə ikən 1465-ci ilin sentyabrında vəfat etdi. Cənazəsi Uzunçarşı (Əminönü) məhəlləsində inşa etdirdiyi məscidin həyətinə dəfn edildi. == Mənbə == Sicill-i Osmani V, səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2008 •••••• 0.24
2009 •••••••••••• 0.48
2010 ••••••••• 0.36
2011 •••• 0.17
2012 ••• 0.09
2013 ••••••• 0.29
2014 •••••••••••••••••••• 0.86
2015 •••• 0.17

yavaşca sözünün leksik mənası və izahı

  • 1 zərf Astaca, üsulluca, yavaşcadan, hiss etdirmədən, səs çıxarmadan, bildirmədən. Yavaşca yerindən durdu. Yavaşca kənara çəkildi. – Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. Zeynal yavaşca addımları ilə Mehribana yaxınlaşdı. S.Hüseyn. …Qoşqar yavaşca qalxıb dinməz-söyləməz kabineti tərk edəndə Sultan elə bil yuxudan ayıldı. İ.Hüseynov. // Başqalarına eşitdirmədən, astadan, yavaş səslə. Qulluqçu … sözünün axırını yavaşcadan söyləyərək, qızarmış bir halda otaqdan çıxdı. Çəmənzəminli. Ana Südabəyə yavaşca: – Qızım, Firidunu qonaq çağırsana, – dedi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / yavaşca

yavaşca sözünün antonimləri (əks mənalı sözlər)

yavaşca sözünün rus dilinə tərcüməsi

  • 1 тихонько, осторожно, бережно, слегка, исподтишка

    Azərbaycanca-rusca lüğət / yavaşca
  • 2 нареч. 1. тихо, тихонько: 1) бесшумно, потихоньку, негромко, чуть слышно. Yavaşca soruşmaq тихонько спросить, yavaşca demək тихонько (шёпотом) сказать 2) незаметно. Yavaşca daxil olmaq тихонько войти, yavaşca xəbərdarlıq etmək тихонько предупредить, yavaşca qapını örtmək тихонько прикрыть дверь, yavaşca aradan çıxmaq тихонько улизнуть 3) медленно. Yavaşca yerimək тихонько ходить, qayıq yavaşca sahildən aralandı лодка тихонько отчалила 2. осторожно, бережно. Yavaşca öz yerinə qoymaq осторожно поставить (положить) на своё место

    Azərbaycanca-rusca lüğət / yavaşca

yavaşca sözünün inglis dilinə tərcüməsi

yavaşca sözünün ləzgi dilinə tərcüməsi

yavaşca sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qarakilsə) ehtiyatlı. – Onun atası yavaşca kişiydi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yavaşca" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yavaşca nədir? #yavaşca sözünün mənası #yavaşca nə deməkdir? #yavaşca sözünün izahı #yavaşca sözünün yazılışı #yavaşca necə yazılır? #yavaşca sözünün düzgün yazılışı #yavaşca leksik mənası #yavaşca sözünün sinonimi #yavaşca sözünün yaxın mənalı sözlər #yavaşca sözünün əks mənası #yavaşca sözünün etimologiyası #yavaşca sözünün orfoqrafiyası #yavaşca rusca #yavaşca inglisça #yavaşca fransızca #yavaşca sözünün istifadəsi #sözlük