Yusifov sözü azərbaycan dilində

Yusifov

Yazılış

  • Yusifov • 99.2060%
  • YUSİFOV • 0.7058%
  • yusifov • 0.0441%
  • YUsifov • 0.0441%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağıstan Yusifov
Yusifov Dağıstan Eynal oğlu (25 iyun 1942, Gığı, Qafan rayonu – 6 oktyabr 2018, Bakı) — Azərbaycan alimi. Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-ci ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir. O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi. 1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib. 2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir. D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir.
Elburus Yusifov
Elburus Şəmsi oğlu Yusifov (12 may 1985, Ağdam, Tovuz rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Onun xalası oğlu — 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan baş əsgər Elşad Məmmədovdur. Elburus Yusifov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Elman Yusifov
Elman Fərhad oğlu Yusifov (20 oktyabr 1959, Qaracallı, Qubadlı rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999–2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983–1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984–1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B. Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008–2010-cu illərdə "AzGerneft" müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir.
Elxan Yusifov
Fariz Yusifov
Fariz Yusifov — Azərbaycanlı futbol hakimi. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 269 dəfə baş hakim olmuşdur.
Fikrət Yusifov
Fikrət Hüseyn oğlu Yusifov (20 avqust 1957, Danzik, Noraşen rayonu) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının maliyyə naziri (1994–1999), "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri. Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-in Şərur rayonunun Danzik kəndində ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi bitirmiş və həmin ildə də Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş, sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirmişdir. Nazirliyin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. Ailəlidir, dörd övladı vardır. Nazirlikdə işlədiyi müddətdə təhsilini qiyabi aspirantura şöbəsində davam etdirərək 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya müdafiəsindən sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. 2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir.
Fərhad Yusifov
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Hüseyn Yusifov
Kənan Yusifov
Kənan Fehruz oğlu Yusibov (10 iyul 1999; Goranboy rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Kənan Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Yusibov sentiyabr ayının 27-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Yusibov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim Yusifov
Kərim Yusifov (tam adı: Kərim Həsrət oğlu Yusifov; 1 avqust 1995, Fəxralı, Goranboy rayonu – 27 sentyabr 2020, Tərtər rayonu ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsinin başladığı ilk anlarda şəhid olaraq müharibənin ilk şəhidlərindən biri oldu. Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq 26.09.2020 tarixində saat 13–00 –da geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehman Yusifov
Mehman Musa oğlu Yusifov (18 iyul 1979, Bayramlı, Tovuz rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub. 1985–1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Günel Yusifova ilə ailəli idi. Məhəmməd və Süleyman adında iki oğlu Fatimə adında isə qızı yadigar qaldı. Mehman Yusifov 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin " Gizir hazırlığı kursu"nu bitirib . Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyul 2002-ci il tarixli əmri ilə " gizir " rütbəsi verilən Yusifov Xızı rayonunun Yaşma qəsəbəsində "N" saylı hərbi hissədə vəzifəyə başlayır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edən Yusifov Mehmana Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2013-cü il tarixli əmri ilə " baş gizir " hərbi rütbəsi verilir. Yusifov xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (sanitar), rabitə bölüyünün baş çavuşu, mühafizə və təminat bölüyünün baş çavuşu, maddi — texniki təminat bölüyünün baş çavuşu vəzifələrində xidmət edib.
Mikayıl Yusifov
Mikayıl Yusifov (d. 24 aprel 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı sabiq futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Bir neçə Azərbaycan klubu ilə yanaşı xaricdə Türkiyənin "Qartalspor" klubunda da oynamışdır. Mikayıl Yusifov 24 aprel 1982-ci ildə Bakıda anadan olub. Əkiz qardaşı Rafael Yusifov da futbolçu olmuş, amma zədə səbəbindən karyerası tez başa çatmışdır. Mikayıl dövrünün ən istedadlı qapıçılarından biri hesab olunsa da, karyerası uğurlu alınmamışdır. O, peşəkar futbola "Şəfa"da 1998-ci ildə başlayıb. "Şəfa"da oynadıqdan sonra hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edib. Ardınca, 2005-ci ildə “Xəzər-Lənkəran”a keçib, 2 il Lənkəran təmsilçisinin uğurları üçün çalışıb.
Möhdasim Yusifov
Yusifov Möhdasim Seyidəzim oğlu (11.09.1950) — 1994-cü ildən Sumqayıt teatrında vokal aktyoru işləyir. M. Yusifov Sumqayıt teatrında işləməzdən əvvəl, 1972–78-ji illərdə M. Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında və Dövlət konsert birliyində solist-xanəndə, 1978–1994-cü illərdə isə Sumqayıt şəhər mədəniyyət evinin "Gənclik" Xalq kollektivinin rəhbəri vəzifəsində çalışmışdır. Sumqayıt teatrında oynadığı rollardan Kəndli (J. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Buğac (F. Məhərrəmov "Oğuzlar"), Polis (İ. Məlikzadə, S. Ələsgərov "Subaylarınızdan görəsiniz"), Aşıq Əlimərdan (Ə. M. Lələdağ "Tələ"), Qaçqın xəstə (Y. Həşimov "Həkimlər nobata gedirlər"), Aşbaz (F. Həsənqızı "Anası öpməyən qız"), Saray müğənnisi (Ə. Haqverdiyev "Xacə şah"), Namaz (M. F. Axundov "Xırs quldurbasan"), Nəzarətçi (N. Dumbadze "Ağ bayraqlar"), Cangüdən (M. Haqverdiyev "Fədakarlıq"), Əkbər bəy (Ə. M. Lələdağ "Dağlarda tufan") və s. göstərmək olar.
Münasib Yusifov
Münasib Mübariz oğlu Yusifov (14 may 2000; Yuxarı Öysüzlü, Tovuz rayonu — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Münasib Yusifov 2000-ci il mayın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Münasib Yusifov 2018-ci ildə müddətli həqiqi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmətə hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Münasib Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Münasib Yusifovun son döyüşü Laçın dəhlizində olub. Noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub.
Naib Yusifov
Naiq Yusifov (5 yanvar 1970, Ağdam, Tovuz rayonu – 24 mart 1992, Koxanəbi, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır. 24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxanəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır.
Naiq Yusifov
Naiq Yusifov (5 yanvar 1970, Ağdam, Tovuz rayonu – 24 mart 1992, Koxanəbi, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır. 24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxanəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır.
Namiq Yusifov
Yusifov Namiq Asif oğlu (14 avqust 1986 və ya 14 iyun 1986, Leninqrad) — azərbaycanlı sabiq futbolçu. "Qarabağ" futbol klubunun keçmiş oyunçusu.
Natiq Yusifov
Natiq Yusifov (8.6.1948–22.2.2014) — Azərbaycan Dillər Universitetinin prorektoru (2000–2014), İngilis dilinin Leksikologiyası kafedrasının professoru.[mənbə göstərin] Natiq Yusifov 1948-ci ildə Qəbələ rayonunun Həmzəlli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə İngilis və Azərbaycan Dillər ixtisasına qəbul olunub, 1971-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. İnstitut Elmi Şurasının qərarı ilə 1971-ci ilin sentyabrından İngilis dili kafedrasının müəllimi vəzifəsinə işə qəbul olunub. 1973-cü ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində davam etdirib. 1975–1978-ci illərdə həmin institutun aspiranturasında German Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə "İngilis dilində səs təqlidi sözlərin struktur-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1986-cı ildə 1№li Leksika kafedrasının dosenti seçilib. 1990–1999-cu illərdə İnstitutun İngilis dilinin Leksikologiyası kafedrasının müdiri, 1999–2000-cu illərdə İngilis dili fakültəsinin dekanı vəzifələrinə müsabiqə yolu ilə seçilib. 2000-ci ildən indiyədək Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini tutub. 45-dən çox elmi məqalənin, dərsliyin, fənn proqramlarının, monoqrafiyanın müəllifidir.
Nəriman Yusifov
Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri. Nəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib. Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib. 21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Ramil Yusifov
Ramil Mürşid oğlu Yusifov (24 aprel 1978, Ağbulaq, İsmayıllı rayonu – 4 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Ramil Yusifov 1978-ci il aprelin 24-də İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramiz Yusifov
Yusifov Ramiz Yusif oğlu — Azərbaycan geoloq alimi, geologiya elmlər üzrə fəlsəfə doktoru, professor, təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu (1980-1997), Boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958 -ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə Beynəlxalq dərəcəli hakim, Dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Veteranlar Şurasının sədri və Prezident təqaüdçüsüdür. "Azpetrol LTD"nin birinci müavini və təhlükəsizlik xidmətinin rəisi olmuş, hazırda isə ictimaiyyətlə əlaqə departamentinin müdiridir. Yusif Yusifov (dövlət xadimi)nin oğludur. Qazax rayonunun Xanlıqlar kəndindəndir. Yusifov Ramiz Yusif oğlu - 1936-cı ildə Ağdam rayonunda mayın 15-də anadan olub. O, ilk İbtiadi təhsilini Ağdam rayonunda 1 N-li məktəbdə sonra , Naxçıvan şəhər 1 saylı orta məktəbin 7-ci sinfini, 1954-cü ildə isə Bakı şəhər 199 saylı orta məktəbini bitirib. Evlidir. İki övladı, 4 nəvə, 2 nəticəsi var. 1954-cü ildə BDU-nun Geoloji-Coğrafiya fakültəsinə qəbul olunub.
Roman Yusifov
Roman Yusifov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 28 iyul 1973-cü il Şabran rayonunda anadan olmuşdur. 1980-1990-cı illərdə buradakı 2 saylı orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Milli Orduya çağırılır. Roman bir müddət Naxçıvan şəhərində təlim keçir, daha sonra onu Sədərək rayonuna göndərirlər. Erməni işğalçıları ata-baba torpağımız olan bu ərazilərə də hücumlar edirdilər. Roman bir neçə dəfə döyüşlərə atılmışdı. 1992-ci il oktyabr ayında o, yaralanır. Müalicə olunduqdan sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirirdi. 13-17 martda baş vermiş Mart hadisələri ndə xeyli günahsız insanlar həlak oldu.
Tural Yusifov
Yusifov Tural Bayram oğlu və ya Dj Tural (21 avqust 1981, Bakı) — Azərbaycan radio aparıcısı, prodüser, avto və texno blogger və media təşkilatçısı, AvtopStop Media şirkətinin rəhbəri. Tural Yusifov 21 avqust 1981-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 281 saylı orta məktəbdə alıb. Məktəbdə oxuduğu zaman Şən və hazırcavablar komandasının kapitanı kimi yaradıcılıq işlərinə başlayır. 1999-cu ildə isə Bakı Dövlət universitetinin Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil aldığı müddətdə AZDİMU -nin nəzdnində Şən və hazırcavablar komandası yaradır və komandanın həm ssenaristi, həm də kapitanı olur. 2002-ci ildə təhsilini bitirib hərbi xidmətə yola düşür. Həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Dövlət sərhəd xidmətinin sərhəd qoşunlarının tərkibində keçirir. 2003-cü ildə hərbi xidməti başa vurduqdan sonra ANS şirkətlər qrupuna məxsus ANS ÇM radiostansiyasına işə düzəlmək üçün müraciət edir. O zamanların ən məşhur radio aparıcısı olan Aynur Talıbova həm də ANS ÇM radiosunun direktoru idi.
Zaur Yusifov
İdris Yusifov
Dinarə Yusifova
Dinarə Yusifova (13 yanvar 1958, Qutqaşen) — Azərbaycan aktrisası. 13 yanvar 1958-ci ildə Qəbələdə anadan olub. Dinarə Yusifova rejissor Fərhad Yusifovun bacısıdır. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Arxadan vurulan zərbə (film, 1977) Aşkarsızlıq şəraitində...
Fərhad Yusifov (aktyor)
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Fərhad Yusifov (alim)
Lalə Yusifova
Lalə Yusifova 16 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın təqaüdçü bədii gimnastıdır. Yusifova 2009-cu ildə azyaşlılar üçün Beynəlxalq yarışlarda iştirak edib. 2010-cu ildə Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal qazanıb və qısa müddətdə Minsk qrupunun Minskdə keçirilən 2011 Avropa Gənclər Çempionatında bürünc medal qazanıb. 2012 Bədii gimnastika üzrə Berlində keçirilən "Qran-pri" turnirində iki medal qazanıb. Gürz ilə hərəkətlərin finalında 27,4 xal toplayaraq ikinci, lent ilə kombinasiyanı finalda yerinə yetirəndən sonra isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 2013 Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb. O, təsnifat mərhələsini aşaraq finalda halqa ilə hərəkətlərdə 3-cü olub. Digər finalda - topla o 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutub. 2014-ün sentyabrın 3-də , hələ 18 yaşı tamam olmamış karyerasını bitirib.
Növrəstə Yusifova
Növrəstə Yusifova — Qarabağ müharibəsi iştirakçısı, ilk snayper qadın. Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olubdur. Bakı Maliyyə Kredit Texnikumunu bitiribdir. Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olubdur. 1992–1994-cü illərdə Qarabağ müharibəsində snayper olubdur. 1998-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edir. Hazırda cəmiyyətin 2892 üzvü var. [1] O, Azərbaycan milli ordusunun ilk snayperçi xanımlarındandır.

Oxşar sözlər

#yusifov nədir? #yusifov sözünün mənası #yusifov nə deməkdir? #yusifov sözünün izahı #yusifov sözünün yazılışı #yusifov necə yazılır? #yusifov sözünün düzgün yazılışı #yusifov leksik mənası #yusifov sözünün sinonimi #yusifov sözünün yaxın mənalı sözlər #yusifov sözünün əks mənası #yusifov sözünün etimologiyası #yusifov sözünün orfoqrafiyası #yusifov rusca #yusifov inglisça #yusifov fransızca #yusifov sözünün istifadəsi #sözlük