Yusifi sözü azərbaycan dilində

Yusifi

Yazılış

  • Yusifi • 98.4252%
  • yusifi • 1.5748%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kərbəlayı Qulu Yusifi
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur. Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi. Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.
Miri Yusifin diskoqrafiyası
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Sarı Gəlin (Sami Yusifin mahnısı)
Sarı gəlin — 2014-cü il Sami Yusuf qrupunun The Centre albomundan olan mahnı. Mahnının ingiliscə sözləri Vill Noksa, musiqisi Sami Yusifə aiddir. Klipin rejissoru Ömər Həbibdir.
Əsgər Yusifinejad
Əsgər Yusifinejad — Təbrizli rejissor, ssenarist və kinotənqidçi. Azərbaycan dilində çəkdiyi "Ev" və "Qolçaq" filmləri ilə tanınıb. Çəkdiyi "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub. "Qolçaq" filmi isə Azərbaycan dilində olduğu üçün "Fəcr Beynəlxalq Film Festivalı"na buraxılmayıb. Əsgər Yusifinejad 1969-cu ildə Təbrizdə anadan olub. Tehranda İran Radio ve Televiziya Universitetini bitirib. 1989-cu ildən rejissor, yazıçı və prodüser kimi fəaliyyət göstərib. 2022-ci il sentyabr ayında beyninə qan sızdığı üçün xəstəxanaya aparılıb. Daha sonra əməliyyat olunub. Sentyabın 13-də səhər saatlarında insult nəticəsində həyatını itirib.
Sakiyet-Sidi-Yusifin bombalanması
Sakiyet-Sidi-Yusifin bombalanması – Fransa ordusu tərəfindən Əlcəzair müharibəsi çərçivəsində Tunisin Sakiyet-Sidi-Yusif kəndində 8 fevral 1958-ci ildə həyata keçirilmiş və 70-dən artıq insanın, o cümlədən 12 orta məktəb şagirdinin ölümünə, 148 nəfərin isə yaralanmasına səbəb olan hərbi əməliyyat. O vaxtdan bəri hər il fevralın 8-də Əlcəzair və Tunis bu hadisəni birgə qeyd edirlər. Əlcəzair müharibəsi davam edərkən, fransız ordusu müntəzəm olaraq Tunis sərhədindən hücumlara məruz qalırdı. Həmin dövrdə Tunis Əlcəzairə maddi-texniki dəstək verir və silah tranzitini təmin edir, həmçinin, Milli Qurtuluş Ordusunun (MQO) hərbçilərini qəbul edirdi. 1958-ci ildə Fransa ordusunun Əlcəzairdəki komandanlığı bu təzyiqə qarşı müqavimət göstərmək qərarına gəldi. Yanvarın 2-də sərhəddə atışma baş verdi, bu zaman MQO dörd fransız əsgərini əsir götürərək Kef bölgəsinə geri çəkilə bildi. Fransa Nazirlər Şurasının sədri Feliks Qayyar general Alber Buşaleyə Fransa-Tunis danışıqlarına yenidən başlamaq və neytrallıq öhdəliklərini xatırlatmaq məqsədilə prezident Həbib Burgibaya mesaj çatdırmağı tapşırdı. Burgiba 1954-cü ildə fellaqalarla döyüşmüş bu hərbçini qəbul etməkdən imtina etdi. Bundan sonra Qayyar qərargah rəisini göndərsə də, bu dəfə də nəticə əldə olunmadı. Burgiba mətbuata açıqlamasında bəyan etdi ki, Fransanın hərəkətləri davam edərsə, sərhədlərdə BMT alayının yerləşdirilməsini xahiş edəcək.

"yusifi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yusifi nədir? #yusifi sözünün mənası #yusifi nə deməkdir? #yusifi sözünün izahı #yusifi sözünün yazılışı #yusifi necə yazılır? #yusifi sözünün düzgün yazılışı #yusifi leksik mənası #yusifi sözünün sinonimi #yusifi sözünün yaxın mənalı sözlər #yusifi sözünün əks mənası #yusifi sözünün etimologiyası #yusifi sözünün orfoqrafiyası #yusifi rusca #yusifi inglisça #yusifi fransızca #yusifi sözünün istifadəsi #sözlük