yönlü sözü azərbaycan dilində

yönlü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yönlü • 98.9051%
  • YÖNLÜ • 0.7299%
  • Yönlü • 0.3650%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bit-yönlü protokol
== Bit-yönlü protokol == Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Obyekt-yönlü qrafika
Obyekt-yönlü qrafika (object-oriented graphics) – kompüterdə işlənmiş və qrafik primitivlərə (məsələn: xətlərə, əyrilərə, dairələrə, kvadratlara) əsaslanan görüntü. Tətbiqi proqramlarda, məsələn, avtomatlaşdırılmış layihələndirmə, rəsmxət və rəsm proqramlarında (CAD) istifadə olunan obyekt-yönlü qrafika görüntünü riyazi olaraq görüntüdəki obyektləri yaratmaq üçün göstərişlər (INSTRUCTION) toplusu kimi təsvir edir. Bu yanaşma görüntülərin yaradılmasının başqa bir geniş yayılmış üsuluna – rastr qrafikasına qarşı qoyulur. (Rastr qrafikasında qrafik simvol müəyyən qaydada yerləşmiş qara və ağ, yaxud rəngli nöqtələrdən ibarət qruplar şəklində təqdim olunur.) Obyekt-yönlü qrafika obyektləri ayrıca vahidlər kimi idarə etməyə imkan verir: məsələn, xəttin uzunluğunu dəyişmək və ya dairəni böyütmək; rastr qrafikasında isə bunun üçün xəttə və ya dairəyə təkrar fərdi nöqtələr yerləşdirmək lazımdır. Obyektlər riyazi təsvir olunduğundan obyekt-yönlü qrafikada görüntünün varisliyi, fırlanması və miqyaslanması (böyüdülüb-kiçildilməsi) nisbətən asan təmin edilə bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yönlük hal
Yönlük hal və ya ismin yönlük halı. İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir. Yönlük hal fellərdən obyektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya; Yönlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir. Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a, ə, saitlə bitənlərdə isə –ya, yə («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.83 dəfə / 1 mln.
2003 •••••••••• 0.79
2004 ••••••••• 0.67
2005 ••••••••••••••••• 1.35
2006 •••••• 0.45
2007 ••• 0.21
2008 •••••••••• 0.73
2009 •••••••• 0.64
2010 ••••• 0.36
2011 •••••••• 0.60
2012 •••••••••••••••• 1.20
2013 •••••••••••••••••••• 1.60
2014 •••••••••••••••••••• 1.54
2015 ••••••••••••••••• 1.36
2016 ••••••• 0.52
2017 ••••• 0.33
2018 •••••••••• 0.75
2019 •••••• 0.42
2020 •••••••••••••••••••• 1.59

yönlü sözünün leksik mənası və izahı

  • 1 sif. dan. 1. Yararlı, lazımlı, gərəkli, münasib, əlverişli, yaxşı, əməlli-başlı. Yönlü şey. 2. Yaxşı, üzüyola, sözəbaxan. [Əhməd] ürəyində öz-özü ilə belə bir iftixarla danışırdı: – Ağıllı övlad, yönlü bala adamın qalxması üçün ən sehirli qanad deyilmi? S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / yönlü

yönlü sözünün sinonimləri (yaxın mənalı sözlər)

yönlü sözünün rus dilinə tərcüməsi

  • 1 годный, хороший, полезный

    Azərbaycanca-rusca lüğət / yönlü
  • 2 прил. 1. хороший, годный. Yönlü geyim хорошая одежда, yönlü hesab eləmək считать годным 2. приличный. Yönlü usta приличный мастер 3. направленный. Yönlü şüalanma направленное излучение, yönlü radiomayak направленный радиомаяк

    Azərbaycanca-rusca lüğət / yönlü

yönlü sözünün inglis dilinə tərcüməsi

yönlü sözünün fransız dilinə tərcüməsi

  • 1 1) sif. convenable, décent, -e ; comme il faut ; correct, -e ; présentable ; ~ paltar tenue f convenable ; 2) zərf. convenablement, décemment, comme il faut

    Azərbaycanca-fransızca lüğət / yönlü

yönlü sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. рах. 1. виже къведай, лазим (герек) къведай, кутугай, хъсан (мес. затӀ); 2. хъсан, гафуниз килигдай, чӀалаз килигдай.

    Azərbaycanca-ləzgicə lüğəti / yönlü

"yönlü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yönlü nədir? #yönlü sözünün mənası #yönlü nə deməkdir? #yönlü sözünün izahı #yönlü sözünün yazılışı #yönlü necə yazılır? #yönlü sözünün düzgün yazılışı #yönlü leksik mənası #yönlü sözünün sinonimi #yönlü sözünün yaxın mənalı sözlər #yönlü sözünün əks mənası #yönlü sözünün etimologiyası #yönlü sözünün orfoqrafiyası #yönlü rusca #yönlü inglisça #yönlü fransızca #yönlü sözünün istifadəsi #sözlük