yəhudilərini sözü azərbaycan dilində

yəhudilərini

Yazılış

  • yəhudilərini • 89.4737%
  • Yəhudilərini • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı — 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür. İnsan Hüquqları İnstitutunun direktroru professor Rövşən Mustafayev bildirmişdir ki, 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilib. Bədnam "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu faktları olayla əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir. == Tarixi araşdırmalar == Yəhudilərin çoxsaylı müraciətlərdən sonra AMEA-nın İnsan Hüquqları İnstitutu tarixi faktları, xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətləri araşdırmaq və üzə çıxarmaq istiqamətində geniş işlərə başlayıb. Nəticədə Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin və Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülmüş 87 nəfər dinc yəhudi sakinin adı müəyyənləşdirilib. R. Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Arxivində aşkar olunan ilk sənəd Azərbaycan Demokratik Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının 1918-cu il 2 dekabr tarixli rəsmi sənədi olub. Bu sənəddə Qubada ermənilər tərəfindən qətlə yetirilən dağ yəhudilərinin adlı siyahısı verilib. Azərbaycanda yəhudilərin dini icmasının rəhbəri Semyon İxilov hələlik məlum olan qətlə yetirilmiş yəhudilərin siyahısını açıqlayıb və onların adlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Aşkenazi yəhudilərinin sinaqoqu (Bakı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. == Tarixi == Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi. 2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir.
Aşkenazi yəhudilərinin sinaqoqu (Qroznı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Çeçenistanın paytaxtı Qroznı şəhərində 1902-ci ildə açılmış Aşkenazi yəhudilərinin dini ibadətgahı. 1929-cu ildə sinaqoq bağlanmışdır. Sovet hökuməti tərəfindən sinaqoq binası müxtəlif məqsədləri üçün istifadə edilmişdir. Sinaqoq binası Birinci çeçen müharibəsi zamanı hərbi əməliyyatlar zamanı dağıdılmışdır. Həmin vaxt bina mədəniyyət evi kimi fəaliyyət göstərirdi. == Tarixi == XIX əsrin ortalarında, Qroznıda Sunjanın sağ sahilində Dağıstandan köçmüş dağ yəhudilərinin məskunlaşdığı slobada meydana çıxdı. Tədricən slobada böyüyərək Qroznıda yəhudi məhəlləsinə çevrildi. 1866-cı ildə artıq burada 453 kişi və 475 qadından ibarət yəhudi yaşayırdı. 1875-ci ildə qəsəbədə, demək olar ki, çayın sahilində yəhudilər üçün dua evi tikildi. 1883-cü il məlumatına əsasən Qroznı şəhərində iki sinaqoq fəaliyyət göstərirdi.
Dağ yəhudilərinin sinaqoqu (Bakı)
Dağ yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşən dağ yəhudilərinin sinaqoqu. Sinaqoq 2011-ci ildə inşa edilmişdir. == Tarixi == Bakıdakı dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə ikinci dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır. 2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənən sinaqoqun açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem, ABŞ səfiri Metyu Brayza, ölkədə akkreditə olunmuş xarici ölkə səfirliklərinin rəhbərləri, "Qırmızı Qəsəbə" yəhudi dini icmasının sədri Boris Samanduyev, Bakıdakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndəsi Gennadi Zelmanoviç, Avropa Evinin rəhbəri Şaul Davıdov və Azərbaycandakı digər yəhudi təşkilatlarının liderləri iştirak ediblər.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2007 ••••••••••• 0.42
2013 •••• 0.15
2014 ••••• 0.17
2015 ••••• 0.17
2016 ••••• 0.17
2017 ••••••••••••• 0.49

"yəhudilərini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yəhudilərini nədir? #yəhudilərini sözünün mənası #yəhudilərini nə deməkdir? #yəhudilərini sözünün izahı #yəhudilərini sözünün yazılışı #yəhudilərini necə yazılır? #yəhudilərini sözünün düzgün yazılışı #yəhudilərini leksik mənası #yəhudilərini sözünün sinonimi #yəhudilərini sözünün yaxın mənalı sözlər #yəhudilərini sözünün əks mənası #yəhudilərini sözünün etimologiyası #yəhudilərini sözünün orfoqrafiyası #yəhudilərini rusca #yəhudilərini inglisça #yəhudilərini fransızca #yəhudilərini sözünün istifadəsi #sözlük