yəhudiləri sözü azərbaycan dilində

yəhudiləri

Yazılış

  • yəhudiləri • 64.4712%
  • Yəhudiləri • 35.4360%
  • YƏHUDİLƏRİ • 0.0928%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fars yəhudiləri
Fars Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "Fars Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). == Terminologiya == "Fars Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. == Tarix == Orta əsrlər boyu Fars Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda Fars Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. === Tarixi === Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Suriya yəhudiləri
Suriya yəhudiləri, eramızdan əvvəl VI əsrdə müasir Suriyanın ərazisində məskunlaşmış Yəhudilərinnəslidir. XV əsrin sonunda onlara Osmanlı Sultanının dəvəti ilə Suriyaya gələn İspaniyalı Səfərad yəhudiləri də qoşuldu. İspan və Yəhudi xalqının ənənəvi mədəni xüsusiyyətlərinin qarışığı nəticəsində ortaya çıxan inkişaf etmiş bir mədəniyyətə sahib idilər. İsrailin ayrı bir dini icması var. Qədim dövrlərdən bəri Yəhudilər Suriya cəmiyyətinin ən vacib təbəqələrindən biri olmuşlar. Yəhudilər Suriyada eramızdan əvvəl VI əsrdən məskunlaşmağa başlamışlar. Eramızdan əvvəl 539-cu ildən Əhəmənilər Fars sülaləsi tərəfindən idarə olunurdu. İosif Flaviyaya görə, Fars kralı Kserks, Ezra'ya Əhəmənilər imperatorluğu boyunca dini ədaləti tətbiq etmək üçün Yəhudi hakimlərini təyin etməsini əmr etdi. Eramızdan əvvəl 333-cü ildə Suriyanı Makedoniyalı İskəndər fəth etdi və Yəhudilərə yeni imtiyazlar verdi . Həmçinin əvvəlki hüquqlarını da təsdiqlədi.
Səfərad yəhudiləri
Səfərad yəhudiləri — İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Türkiyə Yəhudiləri
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Yəmən yəhudiləri
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
Əşkinazi yəhudiləri
Aşkenazi yəhudiləri (ivr. ‏אשכנזים‏‎, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir.
Fələstin yəhudiləri
Fələstin yəhudiləri — müasir İsrail dövlətinin yaranmasından əvvəl Fələstinin yəhudi sakinlərinə aid edilən termin. İngilis mandatı dövründə Fələstində yaşayan yəhudilərə istinad etməklə yanaşı, “Fələstin yəhudiləri” ifadəsi Cənubi Suriyanın yəhudi sakinlərinə də şamil edilmişdir. Bizans İmperiyasının "Palestina Prima" və Palestina Secunda (e. 4-7-ci əsrlər) əyalətlərində yəhudilərin son antik dövrdə "Fələstin yəhudiləri" kimi xatırlanmasına dair elmi nümunələr də var. 1948-ci ildə İsrail yaradıldıqdan sonra Məcburi Fələstin yəhudiləri İsrail vətəndaşları oldular və "Fələstin Yəhudiləri" termini böyük ölçüdə "İsrail Yəhudiləri" termininə dəyişdi. == Avropa yəhudiləri == Avropalı yəhudilər bir çox Avropa ölkələrində ümumiyyətlə “Şərqli” insanlar hesab edilirdilər, adətən onların ata-baba mənşəyini Yaxın Şərqdə göstərdilər. Bunun bariz nümunəsi Avropa yəhudilərini “aramızda yaşayan fələstinlilər” adlandıran İmmanuel Kantdır.
İqbo yəhudiləri
İqbo yəhudiləri — Nigeriyanın İqbo xalqının iudaizmə etiqad edən nümayəndələri. Yəhudi həyatı Nigeriyanın bəzi yerlərində müstəmləkəçilikdən əvvəlki dövrdən bəri sənədləşdirilmişdir, lakin iqbo xalqının İsrail mənşəli olduğunu iddia etdiyi və ya müstəmləkəçilik dövründən əvvəl iudaizmə etiqad etdiyi məlum deyil. 1967–1970-ci illərdə Biafran müharibəsi zamanı və ondan sonra İqbo xalqı arasında yəhudilərlə identifikasiya daha geniş yayılmışdır. Regionda heç bir rəsmi siyahıyaalma aparılmamışdır və Nigeriyada İqbo əhalisinin hansı hissəsinin iudaizmə etirad etdiyinin dəqiq sayı məlum deyil. 2008-ci ildə ən azı 26 müxtəlif ölçülü sinaqoqa malik olan İqbo xalqının təxminən 30,000 nümayəndəsinin iudaizmin hansısa formasını tətbiq etdiyi bildirilir 2021-ci ildə Nigeriyada təxminən 70 fəal icmadan ibarət təxminən 12,000–15,000 nəfər əsas İqbo yəhudisinin olduğu bildirilmişdir. Bundan başqa, bu istiqamətdə 2,000–3,000 və ən çox 5,000 nəfər kimi daha mühafizəkar statistikalar da verilmişdir. Xristian təhsili almış və azad edilmiş kölə olan iqboəsilli Olauda Ekvianonun geniş təsir əldə etmiş ifadəsində iqbo xalqının mənşəyinin yəhudi köçərilərindən olduğu iddia edilmişdir. 1789-cu ildə yazılmış avtobioqrafiyasında qeyd edilmişdir:Mənim həmvətənlərimin və yəhudilərin "Yaradılış"da təsvir olunduğu kimi, vəd edilmiş ölkəsinə çatmazdan əvvəl, hələ pastoral vəziyyət olduqları dövrdə davranış və adətlərində, xüsusən də patriarxlar haqqında üstünlük təşkil edən güclü bənzətmə məni bu xalqın digərindən törədiyini düşünməyə vadar etmişdir.Tənqidi tarixçilər Qərbi Afrika ilə bağlı XIX əsrdə və XX əsrin əvvəllərində nəşr olunmuş ədəbiyyatı nəzərdən keçirmişdilər. Onlar bu cür tarixi narrativlərin müstəmləkə və postmüstəmləkə keçmişində müxtəlif dövrlərdə onları təklif edən yazıçılar üçün hansı müxtəlif funksiyaları yerinə yetirdiyini aydınlaşdırmışdılar. B.e.
Türkiyə yəhudiləri muzeyi
500-cü ildönümü Fondunun Türkiyə yəhudiləri muzeyi (türk. 500. Yıl Vakfı Türk Musevileri Müzesi) — Türk yəhudilərinin ənənələrindən və tarixindən bəhs edən 500-cü ildönümü Fondu tərəfindən yaradılan mədəniyyət mərkəzi. 25 noyabr 2001-ci ildə İstanbulun Karaköy bölgəsində (İstanbul) açılıb. 500-cü ildönümü Fondu (Vəqf), 1989-cu ildə Səfərad yəhudilərinin Osmanlı imperiyasıda sığınacaq tapmasının 500-cü ildönümü münasibətilə 113 türk vətəndaşı, yəhudi və müsəlmanlar tərəfindən qurulub. Muzeyin yaradılması ideyasını indi onun kuratoru olan Naim Gühlerüz təklif edib. Vəqf tanınmış yəhudi ailəsi olan Kamhi tərəfindən maliyyələşdirilib. Əvvəllər Zülfəris Sinaqoqu kimi tanınan muzey binası, muzey tələblərinə uyğun olaraq bərpa edilmiş və yenidən qurulmuşdur. Bu sinaqoqun 1671-ci ildə mövcud olduğuna və orijinal binasının Genuya Respublikasından olan kolonistlər tərəfindən tikildiyinə dair mənbələr var. O mənbələrdə "Qalatadakı Müqəddəs Sinavi (sinaqoq)" və ya "Kal Kadoş Qalata" kimi keçir.
Latviya Yəhudiləri Muzeyi
Latviya Yəhudiləri Muzeyi (latış. Muzejs „Ebreji Latvijā”‎) – Latviyanın paytaxtı Riqada yerləşən muzey. Muzey Latviyada yəhudilərin tarixinə həsr olunmuşdur. 1989-cu ildə yaradılmış bu muzeydə Latviyanın yəhudi icmasına aid kolleksiyalar nümayiş etdirilir. Muzey Latviyanın yəhudi icması tərəfindən idarə olunur və Latviyada dövlət tərəfindən akkreditə olunmuş bir neçə özəl muzeydən biridir. 2008-ci ildən etibarən muzeyin direktoru Latviya tarixçisi İlya Lenskisdir. == Tarixi == Muzey tarixçi Marqers Vestermanisin başçılığı altında, Holokostdan sağ çıxan bir qrup tərəfindən 1989-cu ildə açılmışdır. İlk illərdə muzey sənədləşdirmə mərkəzi rolunu oynayırdı, lakin 1996-cı ildə muzeydə ilk kiçik və daimi sərgi təşkil olunmuşdur. Hazırda muzey 3 zaldan ibarətdir və Latviya yəhudilərinin XVI əsrdən 1945-ci ilə qədərki tarixini əks etdirir. Muzeydə mühazirələr, təhsil proqramları və müxtəlif mədəni tədbirlər keçirilir.
Azərbaycan yəhudiləri
Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcüstan yəhudiləri təxminən 700 nəfərdir. == Dağ Yəhudiləri == Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah etmiş, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini mənimsəmişlər.
Aşkenazi yəhudiləri
Aşkenazi yəhudiləri (ivr. ‏אשכנזים‏‎, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir.
Bağdad yəhudiləri
Bağdad yəhudiləri — XVIII əsrin ortalarında İraqdan (əsasən Bağdaddan) köçən və Hindistanın liman şəhərləri olan Suratda və Mumbaidə məskunlaşan Hindistan yəhudilərinin etnik qrupu. == Tarixi == XIX əsrin əvvəllərində Bağdaddan, Bəsrədən və Hələbdən gələn yəhidilərdən ibarət icmada insanların sayı xeyli artdı və onlar tədricən Hindistanın digər şəhərlərinə-Kəlküttəyə, Punaya və Çennai şəhərlərinə yayıldılar. İcma üzvləri Hindistanın dövlət aparatında, ticarətdə və orduda yüksək uğurlar qazanmışlar. Onlar Hindistan yəhudilərinin - Bəni-İsrail və yəhudi qaçqınlarını Yaxın Şərq və Avropa yəhudilərinin mədəniyyəti ilə tanış edir, ictimai və mədəni tədbirlərdə fəal iştirak edirdilər. Bağdad yəhudiləri Hindistanda məskunlaşdıqları ərazilərdə ivrit dilində kitab nəşr edən tipoqrafiyanın, yəhudi məktəblərinin və sinoqoqların əsasını qoymuşlar. Hindistandakı yəhudi icmasının tərkibində İraqdan gələn yəhudilərlə yanaşı, digər ölkələrdən - İrandan, Əfqanıstandan, Yəməndən, və Suriyadan yəhudilər də var idi.XIX əsrdə Bağdad yəhudi icması təkcə Hindistanda deyil, Cənub-Şərqi Asiyada - Yanqonda, Pinanqda, Şanxayda və Banqkokda yeni icmalar yaratmışlar. Bağdad yəhudiləri ingilis dilində və ərəb dilinin yəhudi-İraq dialektində danışırdılar. Müasir dövrdə İsraildə, Hindistanda, Avropada, ABŞ-da, Kanadada, Avstraliyada, və Pakistanda yaşayan Bağdad yəhudilərinin sayı təxminən 4000 nəfərdir.
Braziliya yəhudiləri
Braziliya yəhudilərinin tarixi uzun və qarmaşıq olmuş, Avropadan gələn mühacirlərlə sıx bağlıdır. Yəhudilər Braziliyaya XVI əsrdə Avropada tüğyan edən inkvizisiya məhkəmələrindən qaçaraq gəlmişdir. Vaxtilə Hollandiya hakimiyyətində olan Braziliyada ilk sinaqoq 1636 tarixində Resifidə qurulmuşdur. Yəhudilərin çoxu İspaniya və Portuqaliya inkvizisiyalarından Hollandiyaya qorxub qaçan səfaradlar idi. 1824-cü ildə qəbul edilən Braziliya Konstitusiyasında dini azadlığın elan olunmasıyla yəhudilərin bura köçü sürətlənmişdir. Kauçuk sənayəsinin birdən birə yüksəlişi ilə XIX əsrdə Mərakeş yəhudiləri də bura axın etdi. Ölkəyə gələn yəhudilərin sayı Avropadakı Nasist idarəçiliklə daha da artdı. Sonuncu köç dalğası isə XX əsrin 50-ci illərində Şimali Afrikadan oldu. Hal-hazırda Braziliyada yaşayan yəhudilərin icmaları, sinaqoqları, məktəbləri və s. mövcuddur.
Buxara yəhudiləri
Buxara yəhudiləri (ivr. ‏יהדות בוכרה‏‎, rus. Среднеазиатские евреи, Бухарские евреи) — tacik dilinin Yəhudi-tacik dilaektində danışan yəhudilərin adı.
Dağ yəhudiləri
Dağ yəhudiləri, (dağ yəhudilərinin dilində Cuhuro) şərqi Qafqazda, əsasən Azərbaycan və Dağıstanda kök salmış yəhudilər. Dağ yəhudilərini, xüsusilə İsraildə Qafqaz yəhudiləri də adlandırırlar. "Dağ yəhudiləri" və yaxud "Qafqaz yəhudiləri" adı dəqiq təbir deyildir, çünki bu ifadə Qafqaz dağlarında yaşayan Gürcü yəhudilərini əhatə etmir. Dağ yəhudilərinin adı barədə müxtəlif təxminlər vardır. Məsələn, Amiram Barkat İsrailin "Haaretz" qəzetində yazır ki, 19-cu əsrdə Cənubi Qafqazı istila edən ruslar burada at belində və yapıncı geyimli yəhudiləri görəndə çox təəccüblənmiş və onlara "dağ yəhudiləri" "горские евреи" adını vermişlər. "Haaretz" qəzetinə əsasən, "bu təcrid olunmuş yəhudi icması 1 500 ildən çoxdur Cənubi Qafqazda (Azərbaycan və Şimali Qafqazda) yaşayırlar. Qafqaz yəhudiləri üzrə bir sıra elmi əsərin müəllifi, israilli professor Mordexay Altşuler belə fikirdədir ki, dağ yəhudiləri ilə İran və Buxara yəhudiləri arasında bağlar mövcuddur və dağ yəhudiləri 6-cı əsrdə müstəqil etnik icmaya çevrilmişdir. Tarixi mənbələrdə dağ yəhudilərinin öz qonşuları kimi cəsur döyüşçü olduqları qeyd edilir. == Etnik kök == Dağ yəhudilərinin etnik köklərinə gəldikdə, belə təxmin edilir ki, dağ yəhudiləri və tatlar çox qədimdən Qafqazda məskunlaşıblar. Onların ulu əcdadları bir zamanlar İranın cənub-qərb bölgələrində yaşayıb və orada orta-fars dilini mənimsəyiblər.
İran yəhudiləri
İran Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "İran Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). "İran Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. Orta əsrlər boyu İran Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda İran Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-də (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Ərəb yəhudiləri
Ərəb yəhudiləri (ərəb. اليهود العرب‎) ərəb dünyasında doğulmuş yəhudilərə və ya nəvələrinə aid edilir. Salim Tamarinin fikrincə, dünyanın bir çox yerində "Ərəb Yəhudiləri" termini oksimorondur . Bu termin əsasən 20-ci əsrin əvvəllərində ərəb dünyasında yaşayan 1 milyon yəhudi üçün ərəb millətçiləri tərəfindən istifadə edilmişdir. Əhalinin əksəriyyəti İsrailə və Qərbi Avropaya, bir hissəsi ABŞ və Cənubi Amerikaya köç etdi. Yəhudi ərəbi kimi fərqli ərəb ləhcələri ilə danışırdılar; İvritcə dini dil idi. Mizrahilərin yanındakı ən populyar qrup Sefaradların dini dili istifadə olunurdu. Bu termin yaxın zamanlarda yenidən istifadə edilmişdir; məsələn, özünü ərəb yəhudisi adlandıran sionist yazıçı Albert Memmi, Orta Şərqdə ən az ərəblər qədər haqqı olduğunu söyləmək üçün bu termindən istifadə etmişdir. Anti-sionist olan Ella Şohat, Əşkinazilərlə Ərəblər kimi təzyiq altında olan Mizrahilərin birgə təsnifatına qarşı çıxdığı üçün bu termindən istifadə edir. 1990-cı illərdə özlərini ərəb yəhudiləri adlandıran Seferad Əsllilərinin rəhbəri David Şaşa və "Queens College"də professor işləyən Amiel Alcalay hesab edir ki, bu şəxsin müəyyənləşdirilməsi üçün vacib bir termindir.
Dağ Yəhudiləri Muzeyi
Dağ Yəhudiləri Muzeyi — 2020-ci ildə Qubada açılmış, dağ yəhudilərinə həsr edilmiş, XIX əsrə aid Karcoq sinaqoqunda yerləşən muzey. Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzeydir. == Binanın tarixi == Muzey Qırmızı qəsəbədə yerləşən XIX əsrə aid Karcoq sinqoqunda yerləşir. Sovet işğalından sonra sinqoq öz fəaliyyətini dayandırıb. Burada bir müddət kənd təsərrüfatı məhsullarının anbarı yerləşib. Sovet İttifaqı dağıldıqdan sonra isə sinaqoq boş qalıb. İllərlə boş qalan sinaqoq qəzalı vəziyyətə düşüb. Sonradan burada əsaslı bərpa işləri aparılıb. Bina 5 metrdən yüksək olan otaq hündürlüyündə və kvadrat formasındadır. Burada daha çox eksponatı sərgiləmək üçün binanın içərisinə ikinci yarus əlavə edilib.
Dağ yəhudiləri dili
Dağ yəhudiləri dili (cuuri, cuhuri) (öz adlandırmaları: çuhuri / жугьури / ז'אוּהאוּראִ) — tat dilinin dialekti və Şərqi Qafqazda, xüsusi ilə də Azərbaycanda və Dağıstanda yaşayan dağ yəhudilərinin doğma dili. Sayları təqribən 106 min nəfərdir. == Dialektləri == Aşağıdak dialektlərə bölünür: Quba dialekti Dərbənd dialekti Qaytaq dialekti Oğuz rayonu dialekti, hal-hazırda ölmüş dil sayılır.. Digər məlumatlara görə bu dili bilən təqribən 250–300 nəfər İsraildə,Moskvada, Gürcüstanda və Almaniyada yaşayır. == Mənbə == Judeo-Tat page at Ethnologue.com [1] (lüğət, qramatika, kitabxana) Nalçikin dağ yəhudiləri Mountain Jews of Nalchik.
Dağ yəhudiləri teatrı
Dağ yəhudiləri teatrı — əsasən dağ yəhudiləri tərəfindən yaradılmış, dağ yəhudisi mövzularında tamaşaların səhnələşdirilməsi üzrə ixtisaslaşmış teatr. Pyeslər ana dilində (çuhuri) oynanılırdı. == Yaradılması == Dərbənddə dağ yəhudilərinin teatr sənətinin doğulduğu tarix 1903-cü il dekabr ayında, müəllim və sionist Asəf Aqarunovun Naum Şoykoviçin ivrit dilindən tərcümə etdiyi "Yanmaq üçün yandır" hekayəsini səhnələşdirdiyi tarix hesab olunur. Tamaşa məktəb müəllimi Naqdimun ben Simonun (Şimunov) toyu şərəfinə səhnəyə qoyulub. Ənənəvi olaraq, dağ yəhudiləri teatrı Dərbənddə mövcud idi və işləyirdi, çünki burada ən çox dağ yəhudisi yaşayırdı. 1918-ci ildə Dərbənddə ravvin Yaşaiyo Rabinoviçin rəhbərlik etdiyi dram studiyası açıldı. 1924-cü ildən dağ yəhudi kollektivi qısaldılmış "GEM Circle" adını almış Dağ Yəhudi gənclərinin mədəni-maarif dairəsi adlandırılmağa başladı. Ona Yuno Sauloviç Semyonov və Manaşir Şalumov rəhbərlik edirdi. 1924-cü ildə Yuno Sauloviç Semyonov Dərbənd dağ-yəhudi dərnəyində iki pyes — "İki dəri satıcısı" və "Hiyləgər çöpçatan" tamaşasını səhnələşdirir. 1935-ci ildə Dərbənddə üç truppanın — rus, dağ yəhudisi və türk truppasının daxil olduğu ilk sovet teatrı açıldı.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Küveytdəki Yəhudilərin tarixi
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
Qətərdəki Yəhudilərin tarixi
Ummandaki Yəhudilərin tarixi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir. Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır. Kəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər. Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir. Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır.
Yəhudilərin assimilyasiyası
Yəhudilərin assimilyasiyası (ivr. ‏התבוללות‏‎, Hitbolelut) — yəhudilərin yəhudi etnik, mədəni və ya qlobal birliyinin bir hissəsi olduğunu hiss etməyi dayandırdıqları sosial-mədəni proses. Assimilyasiya qarışıq evliliklərin müəyyən edilməsi nəticəsində cəmiyyətin mədəniyyəti, dini, milli və ya siyasi idealları ilə baş verir. Yəhudilərin tarixində kütləvi assimilyasiyanın bir neçə hissəsi məlumdur. Frankel, Jonathan; Zipperstein, Steven J. Assimilation and Community: The Jews in Nineteenth-Century Europe. Cambridge University Press. 1992.
Yəhudilərin ilk köçü (ilk aliya)
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Yəməndəki Yəhudilərin tarixi
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
İordaniyadakı Yəhudilərin tarixi
Türkiyədə yəhudilərin tarixi
Türkiyədə yəhudilərin tarixi — yəhudilərin Anadoluda olduğu vaxt təxminən 2400 ili əhatə edir. Anadoluda yəhudi icmaları ən azı e.ə.V əsrdən bəri mövcud olmuşdu və Əlhambra qanunnaməsi ilə XV əsrin sonlarına doğru İspaniyadan qovulan İspan və Portuqal yəhudilərinin (Səfərad yəhudiləri) çoxu Osmanlı imperatorluğuna qəbul edilərək, Osmanlı yəhudilərinin əksəriyyətini təşkil etmişlər. Türk yəhudilərinin böyük əksəriyyəti bu gün İsraildə yaşasa da, müasir Türkiyə yəhudi icmalarına ev sahibliyi etməkdə davam edir. Ege bölgəsindəki köhnə şəhər qazıntılarında tapılan bəzi xarabalıqlarda e.ə.IV əsrdə bölgədə yaşamış yəhudilərə aid məlumatlar və məskunlaşma yerlərinin mövcudluğu aşkar edilmişdir. Tarixçi Jozef Flavius məşhur mütəfəkkir Aristotelin "....Kiçik Asiyaya səyahətlərində fikir mübadiləsi apardığı yəhudilər haqqında ..." yazırdı. Anadolunun müxtəlif yerlərində, Ege bölgəsində (Sard, Afrodisias, Milet, Foça və s.), Bursa və Ankara ətrafında, Cənub-Şərqi Anadolu bölgəsində qədim yəhudi məskənlərinin qalıqları aşkar edilmişdir. İmperator Oktavian Avqust tərəfindən Kiçik Asiya yəhudilərinə verilən hüquqlar Ankara ətrafında tapılan tunc sütunun üzərində yazılmışdır. Tövrata görə Nuhun gəmisi Ağrı dağının zirvəsinə endi. Əhdi-Cədiyə görə, Anadoludakı yəhudi əhalisi coğrafiyanın hər tərəfinə yayılmışdılar: İkoniumda (Konya) sinaqoq (Həvarilərin işləri 14:1) və Efesdə sinaqoq var idi (Həvarilərin işləri 19:1). Qalatiyalılara məktublarda Anadoluda yaşayan yəhudilərin olduğu bildirilir.

"yəhudiləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yəhudiləri nədir? #yəhudiləri sözünün mənası #yəhudiləri nə deməkdir? #yəhudiləri sözünün izahı #yəhudiləri sözünün yazılışı #yəhudiləri necə yazılır? #yəhudiləri sözünün düzgün yazılışı #yəhudiləri leksik mənası #yəhudiləri sözünün sinonimi #yəhudiləri sözünün yaxın mənalı sözlər #yəhudiləri sözünün əks mənası #yəhudiləri sözünün etimologiyası #yəhudiləri sözünün orfoqrafiyası #yəhudiləri rusca #yəhudiləri inglisça #yəhudiləri fransızca #yəhudiləri sözünün istifadəsi #sözlük