yəhudilər sözü azərbaycan dilində

yəhudilər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yəhudilər • 85.7880%
  • Yəhudilər • 14.0974%
  • YƏHUDİLƏR • 0.1146%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yəhudilər
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Yaponiyada yəhudilər
Yaponiyada yəhudilər (日本のユダヤ人, Nihon no yudayacin) say baxımından ölkənin ən kiçik etnik qruplarından biridir. Yaponiyaya yəhudilərin ilk axını XIX əsrin ortalarında baş verib. Naqasaki və Yokohama icmaları ölkədəki ilk yəhudi icmaları olsa da, daha sonra bu icmalar yox olmuşdur. Hazırda Tokio və Kobe icmaları Yaponiyadakı yeganə yəhudi icmalarıdır. 2016-cı ilin statistikasına əsasən Yaponiyada cəmi 1000–1400 yəhudi yaşayır. Hər il minlərlə İsrail yəhudisi Yaponiyanı ziyarət etməyə gəlir. ABŞ-nin Okinavada yerləşən hərbi bazasında mütəmadi olaraq 200–300 yəhudi əsilli hərbçi saxlanılır. Yaponiyada yəhudilər üçün üç sinaqoq, ivrit dili məktəbi, mikva fəaliyyət göstərir, eləcə də, mədəni proqramlar təşkil olunur. Tokio və Kobedə yəhudilər üçün koşer qidalar satan yerlər mövcuddur. == Tarix == === XX əsrə qədər === Orta əsrlərin əvvəllərində bəzi Avropa və Orta Şərq yəhudilərinin İpək yolu vasitəsilə Yaponiya ilə ticarət əlaqələri saxladığı ehtimal olunur.
Almaniya Milli Yəhudilər Assosiasiyası
Almaniya Milli Yəhudilər Assosiasiyası (alm. Verband nationaldeutscher Juden‎) — Veymar Respublikası dövründə və Üçüncü Reyxin ilk illərində Adolf Hitleri dəstəkləyən Almaniya yəhudilərindən ibarət təşkilat. == Tarix == Almaniya Milli Yəhudilər Assosiasiyası 1921-ci ilin aprel ayında Maks Nauman tərəfindən təsis edilmişdir. O, 1921–1926-cı və 1933–1935-ci illərdə təşkilatın sədri olmuşdur. Siyasi baxımdan, assosiasiya milli mühafizəkar və monarxist Alman Milli Xalq Partiyasına yaxın idi, hansı ki, assosiasiya ilə əməkdaşlıq etməkdən imtina etmişdir. Assosiasiyanın fəaliyyətləri arasında yəhudilərin alman məhsullarını boykot eləməsinə qarşı mübarizə aparmaq da var idi. Onlar həmçinin, ölkədə yəhudilərə ədalətli şəkildə davranıldığını vurğulayan manifest yayımlamışdılar. 1934-cü ildə qrup belə bu bəyanatı yaymışdır: Ekstremal vətənpərvərliklərinə baxmayaraq, Almaniya hökuməti onların hədəflərini və assimilyasiya olmaqlarını qəbul etməmişdir. Almaniya Milli Yəhudilər Assosiasiyası qeyri-qanuni olduğu bəyan edilir və 18 noyabr 1935-ci ildə ləğv edilmişdir. Maks Nauman həmin gün Gestapo tərəfindən həbs edilir və «Kolumbiya» həbs düşərgəsinə göndərilir.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. === Tarixi === Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Küveytdəki Yəhudilərin tarixi
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
Qətərdəki Yəhudilərin tarixi
Suriya yəhudiləri
Suriya yəhudiləri, eramızdan əvvəl VI əsrdə müasir Suriyanın ərazisində məskunlaşmış Yəhudilərinnəslidir. XV əsrin sonunda onlara Osmanlı Sultanının dəvəti ilə Suriyaya gələn İspaniyalı Səfərad yəhudiləri də qoşuldu. İspan və Yəhudi xalqının ənənəvi mədəni xüsusiyyətlərinin qarışığı nəticəsində ortaya çıxan inkişaf etmiş bir mədəniyyətə sahib idilər. İsrailin ayrı bir dini icması var. Qədim dövrlərdən bəri Yəhudilər Suriya cəmiyyətinin ən vacib təbəqələrindən biri olmuşlar. == Tarix == === İslamaqədərki dövr === Yəhudilər Suriyada eramızdan əvvəl VI əsrdən məskunlaşmağa başlamışlar. Eramızdan əvvəl 539-cu ildən Əhəmənilər Fars sülaləsi tərəfindən idarə olunurdu. İosif Flaviyaya görə, Fars kralı Kserks, Ezra'ya Əhəmənilər imperatorluğu boyunca dini ədaləti tətbiq etmək üçün Yəhudi hakimlərini təyin etməsini əmr etdi. Eramızdan əvvəl 333-cü ildə Suriyanı Makedoniyalı İskəndər fəth etdi və Yəhudilərə yeni imtiyazlar verdi . Həmçinin əvvəlki hüquqlarını da təsdiqlədi.
Səfərad yəhudiləri
Səfərad yəhudiləri — İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Türkiyə Yəhudiləri
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Türkiyə yəhudiləri muzeyi
500-cü ildönümü Fondunun Türkiyə yəhudiləri muzeyi (türk. 500. Yıl Vakfı Türk Musevileri Müzesi) — Türk yəhudilərinin ənənələrindən və tarixindən bəhs edən 500-cü ildönümü Fondu tərəfindən yaradılan mədəniyyət mərkəzi. 25 noyabr 2001-ci ildə İstanbulun Karaköy bölgəsində (İstanbul) açılıb. 500-cü ildönümü Fondu (Vəqf), 1989-cu ildə Səfərad yəhudilərinin Osmanlı imperiyasıda sığınacaq tapmasının 500-cü ildönümü münasibətilə 113 türk vətəndaşı, yəhudi və müsəlmanlar tərəfindən qurulub. Muzeyin yaradılması ideyasını indi onun kuratoru olan Naim Gühlerüz təklif edib. Vəqf tanınmış yəhudi ailəsi olan Kamhi tərəfindən maliyyələşdirilib. == Tarixi == Əvvəllər Zülfəris Sinaqoqu kimi tanınan muzey binası, muzey tələblərinə uyğun olaraq bərpa edilmiş və yenidən qurulmuşdur. Bu sinaqoqun 1671-ci ildə mövcud olduğuna və orijinal binasının Genuya Respublikasından olan kolonistlər tərəfindən tikildiyinə dair mənbələr var. O mənbələrdə "Qalatadakı Müqəddəs Sinavi (sinaqoq)" və ya "Kal Kadoş Qalata" kimi keçir.
Ummandaki Yəhudilərin tarixi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir. Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır. == Mənşəyi == Kəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər. Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir. Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır.
Yəhudilərin assimilyasiyası
Yəhudilərin assimilyasiyası (ivr. ‏התבוללות‏‎, Hitbolelut) — yəhudilərin yəhudi etnik, mədəni və ya qlobal birliyinin bir hissəsi olduğunu hiss etməyi dayandırdıqları sosial-mədəni proses. Assimilyasiya qarışıq evliliklərin müəyyən edilməsi nəticəsində cəmiyyətin mədəniyyəti, dini, milli və ya siyasi idealları ilə baş verir. Yəhudilərin tarixində kütləvi assimilyasiyanın bir neçə hissəsi məlumdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Frankel, Jonathan; Zipperstein, Steven J. Assimilation and Community: The Jews in Nineteenth-Century Europe. Cambridge University Press. 1992.
Yəhudilərin ilk köçü (ilk aliya)
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. == Tarix == 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Yəmən yəhudiləri
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
Yəməndəki Yəhudilərin tarixi
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
Ölkələr üzrə yəhudilərin sayı
Ölkələr üzrə yəhudilərin sayı -
İkinci dünya müharibəsində yəhudilərin tarixi
İkinci dünya müharibəsində yəhudilərin tarixi müasir siyasi tarixdə Avropa Şimali Afrikası (nasistyönümlü Vişi rejimi tərəfindən idarə olunan Şimali Afrika və İtaliya Liviyası) da daxil olmaqla Avropada yəhudilərin təqibi və görünməmiş miqyasda qətl olunması ilə təxmini sinonimlik təşkil edir. İkinci dünya müharibəsi ərzində baş vermiş genişmiqyaslı Holokost hadisələri yəhudi millətinə və bütün dünya ictimai rəyinə böyük təsir göstərmişdir. İvrit dilində HaŞoa adlanan bu soyqırımı bütün Avropa qitəsində yaşayan yəhudilərin öldürülməsi məqsədilə təşkil olunmuşdu. Nasist Almaniyasının rəhbərliyi ilə geniş miqyasda təşkil olunan bu əməliyyat nəticəsində təqribən altı milyon etnik yəhudi dəhşətli qəddarlıqla öldürülmüşdür. Nasistlər tərəfindən işğal olunmuş Polşa ərazisində yerləşən təkcə Auşvits həbs düşərgəsinin qaz kameralarında bir milyondan çox yəhudi qətlə yetirilmişdir. Avropa yəhudilərinin kütləvi şəkildə öldürülməsi Polşadan başqa Albaniya, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, La-Manş boğazı adaları, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Liviya, Litva, Lüksemburq, Makedoniya, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, Serbiya, Slovakiya və Ukraynadakı yəhudi icmalarına da ciddi təsir etmişdir. İkinci dünya müharibəsinin başlanğıcına doğru aparan dövrdə, 1937-ci ildə nasist alman hökumətinin başlatdığı siyasət nəticəsində Nasist Almaniyasında yerləşən təxminən bütün yəhudi şirkətləri ya maliyyə çətinliklərinə görə, ya da nasistlər tərəfindən təqib olunmalarına görə dağılmışdır. Müharibənin başlanması ilə birlikdə polyak millətinə qarşı həyata keçirilən Tannenberq əməliyyatının bir hissəsi kimi yəhudilərə qarşı da kütləvi qırğın baş tutmuşdur. Barbarossa əməliyyatının başlanması ilə yəhudilərin kütləvi qırğını daha böyük və metodiki şəkildə həyata keçirilmişdir. Orpo batalyonlarının başçılığı ilə belaruslar, eston, latviyalı, litvalı və ukraynalı yerli Köməkçi Polis bölmələrinin aktiv iştirakı ilə Avropa yəhudilərinin qətli prosesi baş tutmuşdur.
İordaniyadakı Yəhudilərin tarixi
İran yəhudiləri
İran Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "İran Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). == Terminologiya == "İran Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. == Tarix == Orta əsrlər boyu İran Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda İran Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-də (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.

"yəhudilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yəhudilər nədir? #yəhudilər sözünün mənası #yəhudilər nə deməkdir? #yəhudilər sözünün izahı #yəhudilər sözünün yazılışı #yəhudilər necə yazılır? #yəhudilər sözünün düzgün yazılışı #yəhudilər leksik mənası #yəhudilər sözünün sinonimi #yəhudilər sözünün yaxın mənalı sözlər #yəhudilər sözünün əks mənası #yəhudilər sözünün etimologiyası #yəhudilər sözünün orfoqrafiyası #yəhudilər rusca #yəhudilər inglisça #yəhudilər fransızca #yəhudilər sözünün istifadəsi #sözlük