yəhudilərin sözü azərbaycan dilində

yəhudilərin

Yazılış

  • yəhudilərin • 92.3218%
  • Yəhudilərin • 7.6782%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yəhudilərin assimilyasiyası
Yəhudilərin assimilyasiyası (ivr. ‏התבוללות‏‎, Hitbolelut) — yəhudilərin yəhudi etnik, mədəni və ya qlobal birliyinin bir hissəsi olduğunu hiss etməyi dayandırdıqları sosial-mədəni proses. Assimilyasiya qarışıq evliliklərin müəyyən edilməsi nəticəsində cəmiyyətin mədəniyyəti, dini, milli və ya siyasi idealları ilə baş verir. Yəhudilərin tarixində kütləvi assimilyasiyanın bir neçə hissəsi məlumdur. Frankel, Jonathan; Zipperstein, Steven J. Assimilation and Community: The Jews in Nineteenth-Century Europe. Cambridge University Press. 1992.
Bəhreyndəki Yəhudilərin tarixi
Bəhreyn yəhudiləri dünyanın ən kiçik yəhudi icmalarından biridir. Bir vaxtlar 1500-ə qədər əhalisi olan camaatın indi əlli nəfərdən az üzvü, sinaqoq və kiçik bir qəbiristanlığı var. == Eski tarix == Talmud öz mənbələrində bu gün Bəhreyn ərazisində yəhudilərin mövcudluğundan bəhs edir; Məhəmmədin dövründə Həcərdə yəhudilərin olması haqqında ərəb mətnləri də mövcuddur. Tudelalı Benjamin, XII əsrdə Kaysda 500 yəhudinin, əl-Katifada isə 5000 yəhudinin yaşadığını söyləyir. Ayrıca, bu yəhudilərin inci sənayesinin biliciləri olduğunu bildirir. Bəhreynli yəhudi yazıçı Nensi Kheduri, "Başlanğıcımızdan bu günümüzədək" adlı kitabında yəhudi icması haqqında məlumat verir. Khedurinin sözlərinə görə, Bəhreyndə indiki yəhudi icmasının mövcudluğu 1880-ci illərdə İraqlı tacir ailəsi olan Yadgar ailəsi bölgəyə köçəndə başladı. Həm Şura üzvü İbrahim Davud Nonoo, həm də Khedurinin süfrələr və parçalar idxalında aparıcı ailəsi olan buradakı yəhudilər 700.000 nəfərlik ada krallığının cəmiyyətinə birləşdilər. Müəllifə görə, ölkədəki yəhudi əhalisi bir anda 1500-ə çatdı. "Yəhudi kişilərin əksəriyyəti tacir, qadınların əksəriyyəti müəllim və ya tibb bacısıdır və əvvəldən yerlilərlə möhkəm dostluq əlaqələri qurmuşlar" dedi.
Küveytdəki Yəhudilərin tarixi
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Qətərdəki Yəhudilərin tarixi
Ummandaki Yəhudilərin tarixi
Yəməndəki Yəhudilərin tarixi
Yəmən Yəhudiləri və ya Temani — Yəməndə Ərəbistan yarımadasının cənub ucunda yaşayan və ya əcdadları son vaxtlara qədər Yəməndə yaşamış yəhudilərdir. Sehirli Xalça Əməliyyatı (Operation Magic Carpet) ilə 1949-cu ilin İyun – 1950-cu il Sentyabr tarixləri arasında demək olar ki, bütün Yəmən Yəhudiləri İsrailə gətirildi. Bugün Temanilərin əksəriyyəti İsraildə yaşayarkən, az bir qismi ABŞ-də və digər ölkələrdə yaşayır. Yəməndə yaşayan Yəhudilərin sayı digər Yəmən Yəhudilərinə müqayisədə bir əlin barmaqlarına bərabərdir. Temanilər inkişaf etdirdikləri özlərinə xas ənənələriylə Aşkenazi və Səfərad Yəhudilərindən fərqlənirlər. Birçox Mizrahi mədəniyyətinin Səfərad mədəniyyətiylə inteqrasiya olması və Temanilərin Səfərad mədəniyyətiylə tanışmış olmaması Temanilərin Mizrahi olub olmayacayağı mövzusunu müzakirəyə aparır.
İordaniyadakı Yəhudilərin tarixi
Türkiyədə yəhudilərin tarixi
Türkiyədə yəhudilərin tarixi — yəhudilərin Anadoluda olduğu vaxt təxminən 2400 ili əhatə edir. Anadoluda yəhudi icmaları ən azı e.ə.V əsrdən bəri mövcud olmuşdu və Əlhambra qanunnaməsi ilə XV əsrin sonlarına doğru İspaniyadan qovulan İspan və Portuqal yəhudilərinin (Səfərad yəhudiləri) çoxu Osmanlı imperatorluğuna qəbul edilərək, Osmanlı yəhudilərinin əksəriyyətini təşkil etmişlər. Türk yəhudilərinin böyük əksəriyyəti bu gün İsraildə yaşasa da, müasir Türkiyə yəhudi icmalarına ev sahibliyi etməkdə davam edir. Ege bölgəsindəki köhnə şəhər qazıntılarında tapılan bəzi xarabalıqlarda e.ə.IV əsrdə bölgədə yaşamış yəhudilərə aid məlumatlar və məskunlaşma yerlərinin mövcudluğu aşkar edilmişdir. Tarixçi Jozef Flavius məşhur mütəfəkkir Aristotelin "....Kiçik Asiyaya səyahətlərində fikir mübadiləsi apardığı yəhudilər haqqında ..." yazırdı. Anadolunun müxtəlif yerlərində, Ege bölgəsində (Sard, Afrodisias, Milet, Foça və s.), Bursa və Ankara ətrafında, Cənub-Şərqi Anadolu bölgəsində qədim yəhudi məskənlərinin qalıqları aşkar edilmişdir. İmperator Oktavian Avqust tərəfindən Kiçik Asiya yəhudilərinə verilən hüquqlar Ankara ətrafında tapılan tunc sütunun üzərində yazılmışdır. Tövrata görə Nuhun gəmisi Ağrı dağının zirvəsinə endi. Əhdi-Cədiyə görə, Anadoludakı yəhudi əhalisi coğrafiyanın hər tərəfinə yayılmışdılar: İkoniumda (Konya) sinaqoq (Həvarilərin işləri 14:1) və Efesdə sinaqoq var idi (Həvarilərin işləri 19:1). Qalatiyalılara məktublarda Anadoluda yaşayan yəhudilərin olduğu bildirilir.
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir. Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır. Kəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər. Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir. Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır.
Ölkələr üzrə yəhudilərin sayı
Ölkələr üzrə yəhudilərin sayı -
Ərəb dünyasındakı yəhudilərin tarixi
Ərəb yəhudiləri (ərəb. اليهود العرب‎) ərəb dünyasında doğulmuş yəhudilərə və ya nəvələrinə aid edilir. Salim Tamarinin fikrincə, dünyanın bir çox yerində "Ərəb Yəhudiləri" termini oksimorondur . Bu termin əsasən 20-ci əsrin əvvəllərində ərəb dünyasında yaşayan 1 milyon yəhudi üçün ərəb millətçiləri tərəfindən istifadə edilmişdir. Əhalinin əksəriyyəti İsrailə və Qərbi Avropaya, bir hissəsi ABŞ və Cənubi Amerikaya köç etdi. Yəhudi ərəbi kimi fərqli ərəb ləhcələri ilə danışırdılar; İvritcə dini dil idi. Mizrahilərin yanındakı ən populyar qrup Sefaradların dini dili istifadə olunurdu. Bu termin yaxın zamanlarda yenidən istifadə edilmişdir; məsələn, özünü ərəb yəhudisi adlandıran sionist yazıçı Albert Memmi, Orta Şərqdə ən az ərəblər qədər haqqı olduğunu söyləmək üçün bu termindən istifadə etmişdir. Anti-sionist olan Ella Şohat, Əşkinazilərlə Ərəblər kimi təzyiq altında olan Mizrahilərin birgə təsnifatına qarşı çıxdığı üçün bu termindən istifadə edir. 1990-cı illərdə özlərini ərəb yəhudiləri adlandıran Seferad Əsllilərinin rəhbəri David Şaşa və "Queens College"də professor işləyən Amiel Alcalay hesab edir ki, bu şəxsin müəyyənləşdirilməsi üçün vacib bir termindir.
Birləşmiş Ərəb Əmirliklərindəki Yəhudilərin tarixi
Yəhudilərin ilk köçü (ilk aliya)
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
İkinci dünya müharibəsində yəhudilərin tarixi
İkinci dünya müharibəsində yəhudilərin tarixi müasir siyasi tarixdə Avropa Şimali Afrikası (nasistyönümlü Vişi rejimi tərəfindən idarə olunan Şimali Afrika və İtaliya Liviyası) da daxil olmaqla Avropada yəhudilərin təqibi və görünməmiş miqyasda qətl olunması ilə təxmini sinonimlik təşkil edir. İkinci dünya müharibəsi ərzində baş vermiş genişmiqyaslı Holokost hadisələri yəhudi millətinə və bütün dünya ictimai rəyinə böyük təsir göstərmişdir. İvrit dilində HaŞoa adlanan bu soyqırımı bütün Avropa qitəsində yaşayan yəhudilərin öldürülməsi məqsədilə təşkil olunmuşdu. Nasist Almaniyasının rəhbərliyi ilə geniş miqyasda təşkil olunan bu əməliyyat nəticəsində təqribən altı milyon etnik yəhudi dəhşətli qəddarlıqla öldürülmüşdür. Nasistlər tərəfindən işğal olunmuş Polşa ərazisində yerləşən təkcə Auşvits həbs düşərgəsinin qaz kameralarında bir milyondan çox yəhudi qətlə yetirilmişdir. Avropa yəhudilərinin kütləvi şəkildə öldürülməsi Polşadan başqa Albaniya, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, La-Manş boğazı adaları, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Liviya, Litva, Lüksemburq, Makedoniya, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, Serbiya, Slovakiya və Ukraynadakı yəhudi icmalarına da ciddi təsir etmişdir. İkinci dünya müharibəsinin başlanğıcına doğru aparan dövrdə, 1937-ci ildə nasist alman hökumətinin başlatdığı siyasət nəticəsində Nasist Almaniyasında yerləşən təxminən bütün yəhudi şirkətləri ya maliyyə çətinliklərinə görə, ya da nasistlər tərəfindən təqib olunmalarına görə dağılmışdır. Müharibənin başlanması ilə birlikdə polyak millətinə qarşı həyata keçirilən Tannenberq əməliyyatının bir hissəsi kimi yəhudilərə qarşı da kütləvi qırğın baş tutmuşdur. Barbarossa əməliyyatının başlanması ilə yəhudilərin kütləvi qırğını daha böyük və metodiki şəkildə həyata keçirilmişdir. Orpo batalyonlarının başçılığı ilə belaruslar, eston, latviyalı, litvalı və ukraynalı yerli Köməkçi Polis bölmələrinin aktiv iştirakı ilə Avropa yəhudilərinin qətli prosesi baş tutmuşdur.
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı
Aşkenazi yəhudilərinin sinaqoqu (Bakı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. == Tarixi == Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi. 2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir.
Aşkenazi yəhudilərinin sinaqoqu (Qroznı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Çeçenistanın paytaxtı Qroznı şəhərində 1902-ci ildə açılmış Aşkenazi yəhudilərinin dini ibadətgahı. 1929-cu ildə sinaqoq bağlanmışdır. Sovet hökuməti tərəfindən sinaqoq binası müxtəlif məqsədləri üçün istifadə edilmişdir. Sinaqoq binası Birinci çeçen müharibəsi zamanı hərbi əməliyyatlar zamanı dağıdılmışdır. Həmin vaxt bina mədəniyyət evi kimi fəaliyyət göstərirdi. == Tarixi == XIX əsrin ortalarında, Qroznıda Sunjanın sağ sahilində Dağıstandan köçmüş dağ yəhudilərinin məskunlaşdığı slobada meydana çıxdı. Tədricən slobada böyüyərək Qroznıda yəhudi məhəlləsinə çevrildi. 1866-cı ildə artıq burada 453 kişi və 475 qadından ibarət yəhudi yaşayırdı. 1875-ci ildə qəsəbədə, demək olar ki, çayın sahilində yəhudilər üçün dua evi tikildi. 1883-cü il məlumatına əsasən Qroznı şəhərində iki sinaqoq fəaliyyət göstərirdi.
Dağ yəhudilərinin sinaqoqu (Bakı)
Dağ yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşən dağ yəhudilərinin sinaqoqu. Sinaqoq 2011-ci ildə inşa edilmişdir. == Tarixi == Bakıdakı dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə ikinci dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır. 2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənən sinaqoqun açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem, ABŞ səfiri Metyu Brayza, ölkədə akkreditə olunmuş xarici ölkə səfirliklərinin rəhbərləri, "Qırmızı Qəsəbə" yəhudi dini icmasının sədri Boris Samanduyev, Bakıdakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndəsi Gennadi Zelmanoviç, Avropa Evinin rəhbəri Şaul Davıdov və Azərbaycandakı digər yəhudi təşkilatlarının liderləri iştirak ediblər.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.

"yəhudilərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yəhudilərin nədir? #yəhudilərin sözünün mənası #yəhudilərin nə deməkdir? #yəhudilərin sözünün izahı #yəhudilərin sözünün yazılışı #yəhudilərin necə yazılır? #yəhudilərin sözünün düzgün yazılışı #yəhudilərin leksik mənası #yəhudilərin sözünün sinonimi #yəhudilərin sözünün yaxın mənalı sözlər #yəhudilərin sözünün əks mənası #yəhudilərin sözünün etimologiyası #yəhudilərin sözünün orfoqrafiyası #yəhudilərin rusca #yəhudilərin inglisça #yəhudilərin fransızca #yəhudilərin sözünün istifadəsi #sözlük