Zeynal sözü azərbaycan dilində

Zeynal

Yazılış

  • Zeynal • 99.7088%
  • ZEYNAL • 0.2515%
  • zeynal • 0.0397%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zeynal
Zeynal — ad. Zeynal Zeynalov Zeynal Zeynalov (nazir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). Zeynal Zeynalov (futbolçu) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi. Zeynal bəy Bayandur — Uzun Həsənin oğlu, Ağqoyunlu şəhzadəsidir. Zeynal Şahhüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zeynal Xəlil — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). II Zeynal xan Şamlı — qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi. Zeynal Abdullayev — Azərbaycanlı şəhid Zeynal Nağdəliyev — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Tağızadə — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968).
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Zeynal (Bicar)
Zeynal (fars. زينل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 915 nəfər yaşayır (172 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Zeynal Abdullayev
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. == Tarixi == Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Zeynal Cabbarzadə
Zeynal Əliabbas oğlu Cabbarov (31 dekabr 1920, Bakı – 20 yanvar 1977, Bakı) — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1972). == Həyatı == Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur. İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.
Zeynal Həsənalıyev
Zeynal Mədət oğlu Həsənalıyev (20 yanvar 1953, Ələyəz, Mikoyan rayonu) — Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı (2006-2022), tarix elmləri doktoru, Beynəlxalq münasibətlər kafedrasının professoru. == Həyatı == Zeynal Həsənalıyev 1953-cü il yanvarında Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olur. Daha sonra həmin ixtisas üzrə universitetin aspiranturasına daxil olur. O, Səfəvi dövlətinin tarixi, inkişafı diqqətini cəlb edir, çətin bir tədqiqat yoluna qədəm qoyur. Beləliklə, 1991-ci ildə "Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 2005-ci ildə isə "Səfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatları əsasında)" doktorluq işini müdafiə edir. 1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Doğma universitetdə laborant vəzifəsindən müəllim, baş müəllim, dosent, professor vəzifələrinə öz zəhməti, öz qabiliyyəti ilə gəlib çıxan bu adam 2006-cı ildən 2022-ci ilədək Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik etmişdir.
Zeynal Məmmədli
Məmmədli Zeynal Əsgər oğlu (5 may 1953, Güllübulaq, Amasiya rayonu) — tanınmış media eksperti, TV və radio jurnalistikası kafedrasının baş müəllimi == Həyatı == Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanda Qarsa yaxın Güllübulaq kəndində dünyaya göz açıb. 5-6 yaşından Bakıda yaşayır. Uşaqlığı Bakı ilə bağlıdır. 1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alaraq, TV və radioda ədəbi işçi, jurnalist ixtisasına yiyələnib. 1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb. 1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub. 1992-2008-ci illərdə „Azadlıq", „PressFakt" və digər qəzetlərdə məsləhətçi-redaktor, „İnternyus" təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb. 1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır. 1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir.
Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; 5 noyabr 1957, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru. == Həyatı == Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümum-Rusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb. Zeynal Nağdəliyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında dördüncü sırada olmuşdur.
Zeynal Tağızadə
Tağızadə Zeynal Xuduş oğlu (1905, Şuşa-1975, Bakı) — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968). == Həyatı == İbtidai təhsililnin "Nəşri-maarif" məktəbində almiş, bir müddət Şuşa Real Məktəbində oxumuş, Şuşa Müəllimlər Seminariyasının (1925) bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan gənc müəllim 1928-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1932-ci ildən başlayaraq Bakının müxtəlif orta məktəblərində, ali həmkarlar məktəbində, fəhlə fakültəsində dil və ədəbiyyat dərsi demişdir. Zeynal Tağızadə 1945-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun aspiranturasına daxil olmuş, burda oxumaqla yanaşı, Azərbaycan dilçiliyi kafedrasında asstent, baş müəllim, dil-ədəbiyyat fakültəsində dekan müavini, aspirantura müdiri vəzifələrində çalışmışdır. XIX–XX əsrlərdə Azərbaycan nəsrində tabeli mürəkkəb cümləsinin inkişafı mövzusunda namizədlik disertasiyasi müdafiə edən (1949) genc alim 1950-ci ildə Azərbaycan dilçiliyi kafedrsında dosent vəzifəsinə keçmiş, sonra uzun müddət Azərbaycan dili kafedrasının müdiri olmuş, eyni zamanda Azərbaycan qiyabi Pedoqoji İnstitutunda, H. Zərdabi adina Kirovobad Pedaqoji İnstitutunda dilçilik kafedralarına rəhbərlik etmişdir. "Müasir Azərbaycan ədəbi dilində mürəkkəb cümlə" mövzusunda uğurla direktorluq dissertasiyası müdafiə edən (1968) alim son illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunda eksperimental fonolaborotoriya elmi rəhbəri vəzifəsində çalışmışdır. Professor Moskva, Leninqrad, Kiyev, Daşkənd, Alma-Ata, Aşqabad, Kazan, Frunze, Tiflis, İrəvan kimi şəhərlərdə dilçilik problemlərinə həsr olunmuş SSRİ miqyaslı simpozium və konfranslarda iştirak etmiş dilçiliyin bu ali məclislərində çıxış etmişdir. Onun elmi və pedoqoji kadrların hazırlanmasında mühüm xidmətləri var. Görkəmli alimin respublika və Ümumittifaq mətbuatında əllidən artıq elmi məqaləsi, "Müasir Azərbaycan dilinin sintaksisi" (1960), "Müasir Azərbaycan dilində mürəkkəb cümlə (1961), "Müasir Azərbaycan dilində felin quruluşu" (1962) kitabları nəşr olunmuşdur. == Ailəsi == Zeynal Sayalı Hüseynəli qızı Hacıyeva ilə ailə qurmuşdu.
Zeynal Vəfa
Zeynal Vəfa (Zeynalov Zeynalabdin İsmayıl oğlu; 2 dekabr 1938, Naxçıvan – 14 mart 2024) — şair, publisist. == Həyatı == Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957–1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963–1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969–1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980–1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982–1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987–1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990–1992), "Meydan" qəzetində baş redaktor (1992–1993) vəzifələrində çalışıb.
Zeynal Xəlil
Xəlilov Zeynal Rza oğlu (23 mart 1914, Yelizavetpol – 11 avqust 1973, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S. Vurğun, M. Müşfiq, R. Rza, S. Rüstəm, M. Rahim, O. Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-cı ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır. "Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Zeynal Zeynalov
Zeynal Eynal oğlu Zeynalov (1876—1935) — azərbaycanlı dövlət xadimi, Rusiya İmpreriyası Dövlət Dumasının üzvü. Zeynal Abdulla oğlu Zeynalov (1917—????) — azərbaycanlı dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). Zeynal Abbas oğlu Zeynalov (1979) — azərbaycanlı futbolçu.
Zeynal Zülfüqarlı
Zeynal Şahhüseynli
Zeynal Əkpərov
Zeynal Əkpərov (Zeynal İba oğlu Əkpərov; d. 28.09.1952, Cəlilabad rayonu, Privolnı kəndi) — genetik, aqronom, seleksiyaçı alim, bioloq, botanik, fizioloq, aqrar elmlər üzrə elmlər doktoru, Genetik Ehtiyatlar İnstitutunun direktoru (2002). AMEA-nın müxbir üzvü (2014). == Həyatı == 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1971-ci ildə Privolnı kənd orta məktəbini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə) “Aqronomluq” fakültəsini fərqlənmə diplomu ilə, 1978-1981-ci illərdə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib. 1987-ci ildə Moldova Respublikasının Elmlər Akaemiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-2010-cu illərdə ET Əkinçilik İnstitutunda və AMEA Genetik Ehtiyatlar İnstitutunda bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və idarə olunmasının elmi-nəzəri əsaslarının işlənib hazırlanması istiqamətində apardığı tədqiqatların nəticəsində 2010-cu ildə ET Əkinçilik İnstitutunda seleksiya və toxumçuluq ixtisasında “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.140-dan çox elmi əsərin (66-i xaricdə), 5 kitabın (2-i xaricdə), o cümlədən 3 monoqrafiyanın, 2 kitabçanın, 2 tövsiyənin müəllifidir. == Tədqiqat sahəsi == Bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, seleksiyada səmərəli istifadəsi və yeni sortların yaradılması,Bitkilərin becərilmə texnologiyasının elmi əsasları == Elmi-təşkilati fəaliyyəti == 1996 - “Seleksiya nailiyyətləri haqqında”, 1998 - “Toxumçuluq haqqında”, 2011 - Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanması, 2004-2011 Bitki Genetik Ehtiyatlarının Mühafizəsi üzrə Milli Genbankın yaradılması, Milli toxum genefondunun burada toplanması və mühafizəsinin təşkili, 2004 - Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycan Respublikasında biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzənin hazırlanması, 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Biomüxtəlifliyin Qorunması və davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın hazırlanması, 1996-2006 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə I və II Ölkə Hesabatlarının hazırlanması, 2006-2010 - Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılması, 2009-2010 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Dünya Hesabatının hazırlanması, 2004-2006 - Respublikanın zəngin bitki müxtəlifliyi olan Şəki və Lerik rayonlarında elmi-tədqiqat bazalarının yaradılması 2010-2011 - Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planının yeni variantının hazırlanması, 2011 - Bitki Genetik Ehtiyatları üzrə Milli Strategiya və Fəaliyyət Planının hazırlanması == Əmək fəaliyyəti == 1981-1988 - ET Əkinçilik İnstitutunda kiçik elmi işçi 1988-1992- ET Əkinçilik İnstitutunda böyük elmi işçi 1992-2000- ET Əkinçilik İnstitutunda elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri 2000-2002 - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir 2002-ci ildən bu günə kimi AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur. == Seçilmiş əsərləri və monografiyaları == 1. Əliyev C.Ə., Əkpərov Z.İ., Nəbiyev M.H. Azərbaycanda suvarma şə-raitində soyanın becərilməsi, Azərnəşr, Bakı, 1982, 54 s.
Zeynal Əliyev
Zeynal Həsən oğlu Əliyev — Azərbaycan SSR əməkdar mühəndisi. == Mükafatları == 24 yanvar 1991-ci ildə tikinti materialları sənayesinin və əsaslı tikintinin inkişafına böyük köməyinə görə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Zeynal Əlizadə
Əliyev Zeynalabdin bəy Hacağa oğlu (24 aprel 1894, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) milli mədəniyyətin tərəqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi. == Həyatı == Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Roma Kral Rəssamlıq Akademiyasına (İtaliya) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır". Zeynal Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdir. Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunmuşdur. == Haqqında yazılanlar == "Azərbaycan Yurd bilgisi" dərgisindəki məqalələr "Heykəltəraş Zeynal A. Saray" və "Zeynal Akkoç" imzaları ilə çap olunmuşdur. "1919-cu ildə, avqust ayının 27-ci günündə verilib şəhadətnamə xüsusunda ki, Ağa Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev Bakı şəhərinin sakini, Hacı Qasımbəy məscidinin camaatına mənsubdur. Təvəllüdü vaqe olub 1894-cü ildə aprel ayının 24-cü günündə, necə ki, təvəllüdü sübut olunub məscidin metrik dəftərində İmzanı təsdiq edirəm. Hacı Qasımbəy məscidinin mollası Molla Ruhulla Hacı Abdulla oğlu." Mövsüm Əliyevin yazmış olduğu məqalələrdə, Zeynal Hacıağa oğlu Əlizadənin 1895-ci ildə Bakı şəhərində anadan olduğu qeyd olunub.
Məşədi Zeynal Haqverdiyev
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Usta Zeynal Nəqqaş
Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad – 1904, Ordubad, Naxçıvan qəzası) — xəttat nəqqaş və şair. == Həyatı == Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərib. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb, fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır. == Fəaliyyəti == === Şeirləri === Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir. "Nə bilim" adlı satirik şeirindən misralar: === İctimai məzmunlu şeirləri === İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır.
Zeynal Zeynalov (futbolçu)
Zeynal Abbas oğlu Zeynalov - (6 dekabr 1979, Bakı, Azərbaycan SSR) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi. Futbol üzrə Azərbaycan milli yığmasında və çimərlik futbolu üzrə Azərbaycan yığma komandasında çıxış etmişdir. == Tərçümeyi halı == Zeynal Abbasov futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında öz debutunu 1997-1998-ci il mövsümündə "Bakı fəhləsi klubunun heyətində keçirmiş, 2 oyunda iştirak etmişdir. 1999-2000-ci il mövsümündən başlayaraq Dinamo (Bakı) klubunun şərəfini qorumuşdur. Z.Zeynalov 2004-cü ildə İmişlinin "MKT-Araz" futbol komandasına keçmişdir. Yeni klubda o, 3 mövsüm ərzində çıxış etmiş, 2006-2007-ci il mövsümündə komandanın kapitanı olmuşdur. Komandanın baş məşqçisi İqor Nakoneçnı ilə münasibətlərini nizama sala bilmədiyinə görə komandanı tərk etmiş və "Neftçi" Bakı komandası ilə bir illik müqavilə imzalamışdır.. Lakin o, "Neftçi" Bakı komandasının heyətində cəmi 1 oyun oynamış və 2007-2008-ci il mövsümünün qış fasiləsində Yevlağın "Karvan" komandasına keçmişdir. Z.Zeynalov 2008-ci ildə futbolçu kimi karyerasını Salyanın "Muğan" komandasının heyətində davam etdirmişdir.
Zeynal Zeynalov (nazir)
Zeynal Abdulla oğlu Zeynalov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). == Həyatı == Zeynal Zeynalov 1917-ci ildə Şuşada arabaçı ailəsində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1933-cü ildə Azərbaycan Hidrotexnikumuna daxil olmuş, 1937-ci ildə oranı bitirmişdir. O, bir il Mirbəşir rayonunda işləmiş, təhsilini davam etdirmək üçün Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olmuş, 1942-ci ildə bitirmişdir. Zeynal Zeynalov 1942-ci ildən başlayaraq Xaçmaz, Salyan, Bakı–Sabunçu, yol distansiyalarında rəis müavini və rəis vəzifələrində çalışmışdır. O, 1950-ci ildə Bakı Dəmir Yolu Texnikumunun direktoru təyin edilmişdir. Bir il sonra, 1951-ci ildə Dzerjinski rayon partiya komitəsinin ikinci katibi seçilmiş, Azərbaycan Kommunist Partiyası Bakı Vilayət Komitəsi nəqliyyat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1946-cı ildən Sov.İKP partiyasının üzvü olan Zeynal Zeynalov 1953-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye və nəqliyyat şöbəsi müdirinin müavini, 1954-cü ildə isə Azərbaycan KP MK nəqliyyat və rabitə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Sonra isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri vəzifəsində çalışmışdır.
Zeynal Zeynalov (siyasətçi)
Zeynal Eynal oğlu Zeynalov (12 dekabr 1876, Bakı – 28 yanvar 1935, Bakı) — ictimai-siyasi xadim; 2-ci Dövlət Dumasının üzvü. == Həyatı == Zeynal Zeynalov ev təhsili almışdır. Mədən qulluqçusu olan Zeynalov sosial-demokratlara qoşulmuş, Bakı fəhlələrinin 1901–1904-cü illərdəki tətil və nümayişlərində iştirak etmiş, Balaxanıda fəhlələr arasında inqilabi iş aparmışdır. Birinci rus inqilabı (1905–1907) dövründə "Hümmət" təşkilatında, Neft Senayesi Fəhlələri İttifaqında çalışmış, bolşevik "Təkamül" qəzetində əməkdaşlıq etmişdir. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına seçilən Zeynalov dumada "Trudoviklər" fraksiyasına daxil olmuşdur. 1907-ci ilin aprel-may aylarında Q. Xasanovla birlikdə Peterburqda "Duma" qəzetini nəşr etdirmişdi. Qəzetdə Zeynalovun Bakı fəhlələrinin vəziyyətinə dair yazıları dərc edilirdi. Aclıq çəkənlərə və işsizlərə kömək məsələsinin müzakirəsi zamanı Zeynalov onlara kömək göstərmək üçün vahid komissiya yaradılmasını təklif edərək bildirmişdi ki, aclıq çəkənlər çörəklə təmin olunmasa, tətillərin qarşısını almaq mümkün olmayacaqdır. Zeynalov Duma üzvlərinə müraciətində, onları fəhlələrə və aclıq çəkənlərə kömək etməyə çağırırdı: "bütün bunlardan sonra xalq sizi eşidəcək, xalq görəcək ki, siz onlar üçün işləmək istəyirsiniz, onda xalq da sizə işləmək imkanı verəcəkdir". Aqrar məsələ müzakirə olunarkən Zeynalov başçılıq etdiyi əməkçi müsəlman fraksiyası adından çıxış edərək, Bakı quberniyası kəndlilərinin vəziyyəti üzərində ətraflı dayanmış və demişdi ki, onlar torpaq sahələrini heç bir qiymətlə almaq iqtidarında deyillər, torpaqları kəndlilərə pulsuz vermək lazımdır.
Zeynal bəy Bayandur
Zeynal bəy Bayandur ibn Həsən bəy — Uzun Həsənin oğlu, Ağqoyunlu şəhzadəsidir. Zeynal bəy Mahmudabad döyüşündə iştirak etmiş və Əbu Səidi əsir tutmuşdu. Otluqbeli döyüşündə Ağqoyunlu qoşunun cinahına başçılıq etmişdi. Həmin döyüşdə onun qəfil hücuma keçməsi və Osmanlı ordusuna qarşı etdiyi bu hücumda ağır yaralandığı, bir müddət sonra vəfat etməsi barədə məlumatlar var. == İstinadlar == == Ədəbiyyat == Y.M.Mahmudov. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin II yarısı). Bakı, «Təhsil», 2007. İ.H. Uzunçarşılı. Osmanlı tarixi.
Zeynal bəy Vəzirov
Zeynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir. == Həyatı == Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır. Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır. Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.
Hacı Seyid Zeynalabdin Rəhimzadə
Hacı Seyid Zeynalabdin Rəhimzadə (?-?)—İran Milli Məclisinin üzvü, siyasətçi. == Həyatı == Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi. Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi. Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.
Hacı Zeynalabdin
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Hacı Zeynalabdin Marağayi
Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayi (1840, Marağa, Şərqi Azərbaycan ostanı – 1910, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan və ya kürd əsilli İran yazıçısı. == Həyatı == Zeynalabdin Marağayi 1837-ci ildə Marağada bir kürd və ya azərbaycanlı ailəsindən anadan olmuşdur. O, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3–4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur. Hacı Zeynalabdin Mərağei özü bu barədə belə deyir: "O zamanlarda mən həm konsul və həm iranlıların başçısı və həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Krıma getməyə məcbur oldum və qardaşımla birlikdə İstambuldan Krıma malul ticarə aparıb, orada ticarətə məşğul oldum.
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838, Bakı – 1 sentyabr 1924, Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli laureatı. == Həyatı == === Erkən illəri === Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə(başqa mənbədə isə 1823-cü ildə) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi — Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H. Z. A. Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H. Z. A. Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı == Muzeyin strukturu == Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyevin portreti
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret. == Tarixi == İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu. İ. Brodski qeyd edir ki: == Xüsusiyyətləri == Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir.
Hacı Zeynalabdin Tağıyevin sarayı
Hacı Zeynalabdin Tağıyevin sarayı — Bakı şəhəri, H. Z. Tağıyev küçəsi 4 (köhnə Qorçakovskaya küçəsi 6) ünvanında yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş, hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi saray binasıdır. Bina 1893–1902-ci illərdə mülki mühəndis Y. V. Qoslavski tərəfindən inşa olunub. Saray həyat yoldaşı Sona xanım üçün Tağıyevın hədiyyəsi idi. Bina şəhərin mərkəz hissəsində bütöv bir kvartalı əhatə edir və zəngin planlaşdırma strukturuna malikdir. Bu əzəmətli saray hər dörd fasadı və nəhəng gümbəzləri ilə diqqəti cəlb edirdi. Əsas simmetrik fasad italyan renessansının təmtəraqlı formalarında həll olunub. Sarayın tikintisi zamanı, Qoslavski klassik order sistemindən istifadə etsə də, kompozisiyanın bəzi elementləri və zalların interyerləri Azərbaycan memarlıq ənənələrindən ilhamlanmışdır. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur. == Tarixi == H. Z. Tağıyev İ. Qoslavskini memar kimi yüksək qiymətləndirir və ona mehribanlıqla yanaşırdı.
Hacı Zeynalabdin Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. == Tarixi == XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Hacı Zeynalabdin bələdiyyəsi
Sumqayıt bələdiyyələri — Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacı Zeynalabdin qəsəbəsi
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Hacı Zeynalabdin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Hacı Zeynalabdin Əliyev
Hacı Zeynalabidin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Hacıbaba Zeynalov
Hacıbaba Məmməd oğlu Zeynalov — general-mayor, 402-ci atıcı diviziyanın komandiri (1945), 1957–1960-cı illərdə Bakı ali ümumqoşun komandanlıq məktəbinin rəisi. == Həyatı == 1906-cı ildə Gəncədə yoxsul ailədə dünyaya gəlmiş və orta təhsilini də burada almışdır. O, hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gələrək gənc komandirlər məktəbinə qəbul olunur. Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov 77-ci Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına bölük komandiri təyin edilir. Az bir vaxtda o komandirlik məharətinə görə alayın rabitə rəisi vəzifəsinə təyin edilir. 1937-ci ildə mayor rütbəsi alır. 1939-cu ildə M.Frunze adına hərbi Akademiyanı bitirir və elə həmin il Qış müharibəsində iştirak edir. Müharibədə göstərdiyi şücaətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilir. 22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsinin başladığı vaxt podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində atıcı diviziyanın şöbə rəisi vəzifəsində çalışırdı. Qərbi Dvina ətrafındakı döyüşlərdə böyük igidlik göstərən Zeynalov döyüş zamanı yaralanır, lakin müharibənin sonunadək müxtəlif qərargah vəzifələrində, o cümlədən, Zaqafqaziya cəbhəsində 47-ci ordunun qərargahında əməliyyat şöbəsinin rəisi, 396-cı atıcı diviziyanın qərargah rəisi, 402-ci atıcı diviziyanın komandiri vəzifəsində çalışır.
Hafiz Zeynalov
Hafiz Zeynalov (azərb. Hafiz Əliabbas oğlu Zeynalov ‎; d. 23 iyul 1927, ö. 2 may 1996, Bakı) — Azərbaycanın əməkdar rəssamı. == Həyatı == === Təhsili === Hafiz Əliabbas oğlu Zeynalov 1927-ci il iyul ayı­nın 23-də Ba­kı­da ana­dan olmuşdur. 1942–1945-ci il­lər­də Ə.Əzim­za­də adı­na Azər­bay­can Döv­lət Rəs­sam­lıq Mək­tə­bin­də təh­sil almışdır. 1947–1953-cü il­lər­də Sankt-Pe­ter­burq­da İ.E.Re­pin adı­na Rəs­sam­lıq, Hey­kəl­tə­raş­lıq və Me­mar­lıq İns­ti­tu­tun­da oxu­muşdur. == Fəaliyyəti == 1954-cü il­də ilk də­fə ola­raq Ümu­mit­ti­faq rəs­sam­lıq sər­gi­sin­də - Tret­ya­kov Qa­le­re­ya­sın­da iş­ti­rak etmiş, elə hə­min il SSRİ Rəs­sam­lar İt­ti­fa­qı­nın üzv­lü­yü­nə qə­bul olu­nmuşdur. Onun şöh­rə­ti də hə­min dövr­lər­dən öl­kə xa­ri­ci­nə ya­yıl­ma­ğa baş­la­yıb. O, 1956-cı il­də Ümu­mit­ti­faq və Cə­nu­bi Qaf­qaz res­pub­li­ka­la­rı, ADR, MƏR, Əl­cə­za­ir­də­ki sər­gi­lər­də iş­ti­rak etmişdir.
Hüseyn Zeynallı
Hüseyn Zeynalov
Hüseyn Zeynalov (professor)
Hüseyn Zeynalov (alim)
Hüseyn Zeynalov (professor)
Hüseyn Zeynalov (dövlət xadimi)
Hüseyn Yusif oğlu Zeynalov (3 aprel 1925, Bakı – 2009, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1974–1979), Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi (1963–1974), Azərbaycan SSR Ali Sovetinin VII–IX çağırış deputatı. == Həyatı == Hüseyn Yusif oğlu Zeynalov 3 aprel 1925-ci ildə Bakıda anadan olmuşdur. Atası Yusif Zeynalov Azərbaycanın bir sıra rayonlarında icraiyyə komitəsi sədri vəzifəsində çalışmış, 1937-ci ildə Stalin repressiyalarına məruz qalmışdır. 1940-cı ildə 8-ci sinfi bitirən Hüseyn Zeynalov Bakıda yeni yaradılmış İxtisaslaşmış Dəniz Donanması Məktəbinə daxil olmuş, 1943-cü ildə məktəbi başa vurduqdan sonra təyinatla Frunze adına Bakı Ali Hərbi Dəniz Donanması Məktəbində təhsilini davam etdirmişdir. Bir ildən sonra Xəzər Hərbi Donanmasına hərbi xidmətə göndərilmiş, orduda xidmət etməklə yanaşı, ictimai və siyasi işlərdə də fəallıq göstərərək komsomol təşkilatının katibi seçilmişdir. 1949-cu ildə donanmada xidmət edə-edə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuş və buranı 1953-cü ildə bitirmişdir. Hüseyn Zeynalov 1950-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan SSR Yerli Sənaye Nazirliyində iqtisadçı, şöbə rəisi, Azərbaycan SSR Ticarət Nazirliyində bölmə rəisi vəzifələrində işləmişdir. 1953-cü ildən müəllim, Baş Qənd Ticarəti İdarəsinin və Baş Baqqaliyyə İdarəsinin baş əmtəəşünası, Ticarət Nazirliyinin şöbə rəisi, kollegiya üzvü olmuşdur. 1959-cu ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində Ticarət şöbəsinin müdiri vəzifəsində çalışmış, 1960–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maliyyə və plan şöbəsinin müdiri olmuşdur. Hüseyn Zeynalov 1963–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi, 1974–1979-cu illərdə isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır.
Həmişəyaşar sənətkar... Əli Zeynalov (film, 2015)
Həmişəyaşar sənətkar... Əli Zeynalov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Əli Zeynalovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Sən həmişə mənimləsən", "Antoni və Kleopatra" teatr tamaşalarının, "Kölgələr sürünür", "Bir qalanın sirri", "Səhər", "Leyli və Məcnun", "Xoşbəxtlik qayğıları", "Üzü küləyə", "Birisigün, gecəyarısı...", "Üzeyir ömrü", səsləndirdiyi "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Möcüzələr adası", "Mən ki gözəl deyildim" filmlərinin, eləcə də Azərbaycan Radiosunda "Nəsimi" radiotamaşasının və Azərbaycan Televiziyasında "Köhnə dəbli komediya" televiziya tamaşasının kadrlarından istifadə edilmişdir.
I Zeynal xan Şamlı
Zeynal xan Süleyman xəlifə oğlu Şamlı (?-1527) — qızılbaş sərkərdəsi, Heratın hakimi. Mərv yaxınlığında Mahmudi kəndində (1510) döyüşdə Qızılbaş ordusu qələbə çaldıqdan sonra I Şah İsmayıl h. 917 (1510-1511)- ci ildə Zeynal xan Şamlını Rey və Sovucbulağa hakim təyin edir. Sovucbulaq və Rey hakimi Zülqədər Abdal bəy Dədəni isə Mərv hakimliyinə gətirir. Lakin Zülqədər Abdal bəy Dədə özbəklərin Məhəmməd Teymur xanın başçılığı altında 1513-1514-cü illərdə Xorasana hücumu zamanı Mərvin müdafiəsini təşkil edə bilmədiyinə və şəhərdən qaçdığına görə vəzifədən azad edilir. Nəticədə 1513-1514-cü illərdə Zeynal xan Şamlı Herata, Div sultan ayamalı Əli bəy Rumlu Bəlx və onun ətrafına, Ağqoyunlu dövrünün böyük əmirlərindən olmuş Gülabi bəy bin Əmir bəy Mosullunun oğlu Əmir xan Mosullu Qayeyə, İlyas bəy Ayqut oğlu isə Reyə hakim təyin edilmişdir.1522-1523-cü ildə Zeynal xan Şamlı Astrabada hakim olaraq göndərilir. Şah Təhmasibin (1524-1576) hakimiyyətinin ilk illərində Türk-Qızılbaş əsilzadələrindən Zeynal xan Şamlı hələ də Astrabad hakimi idi.Tarixi Qızılbaşan əsərinin müəllifi onun barədə yazır: “Zeynal xan fərmana görə bir neçə il Herat valisi oldu, lakin o əraziləri tuta bilmədiyi üçün azad edildi. Bir neçə il Astrabada hakimlik etdi və hicri 934-cü ildə Firuzkuhda özbək Zeynəşlə vuruşub həlak oldu.” == Həyatı == Zeynal xan Süleyman xəlifə oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayılın adlı-sanlı əmirlərindən idi. Həsən bəy Rumlu yazır ki, 1509-1510-cu ildə Şah İsmayıl Lahican sufilərindən Qəzvin, Rey və Sovucbulaq hakimi Abdal bəy Dədə Zülqədəri vəzifəsindən azad edir və onun yerinə Zeynal bəy Şamlını gətirir.
Marif Zeynalov
Marif Zeynalov (Marif Zeynalov Seyid Bəbir oğlu; 10 yanvar 1934, Şuşa, DQMV – 5 iyun 2020, Bakı) — geologiya –mineralogiya elmləri namizədi. Əməkdar elm xadimi. == Həyatı == Marif Zeynalov 1934-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1940-cı ildə Şuşa şəhər məktəbinə getmiş və 1950-ci ildə həmin məktəbi Qızıl medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakultəsinə qəbul olmuş, 1955-ci ildə həmin institutu bitirərək mühəndis-geoloq diplomu almışdır. 1962-ci ildə aspiranturanı bitirmiş və 1963-cü ildə Naxçıvan polimetal yataqlarının geoloji-struktur xüsusiyyətləri mövzusunda dissertasiya işini müdafiə etmişdir. 50-dən cox elmi əsərin müəlifidir. == Ailəsi == Həyat yoldaşı Zeynalova Kəmalə Məmməd qızı Hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. İki qız övladı var. Samirə Zeynalova Marif qızı: 15 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olub.
Mir Nadir Zeynalov
Mirnadir Mirəli oğlu Zeynalov (12 noyabr 1942, Bakı – 10 mart 2021, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulmuşdur. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olmuşdur. Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər. Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlamışdır.
Mirnadir Zeynalov
Mirnadir Mirəli oğlu Zeynalov (12 noyabr 1942, Bakı – 10 mart 2021, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulmuşdur. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olmuşdur. Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər. Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlamışdır.

zeynal sözünün leksik mənası və izahı

"zeynal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zeynal nədir? #zeynal sözünün mənası #zeynal nə deməkdir? #zeynal sözünün izahı #zeynal sözünün yazılışı #zeynal necə yazılır? #zeynal sözünün düzgün yazılışı #zeynal leksik mənası #zeynal sözünün sinonimi #zeynal sözünün yaxın mənalı sözlər #zeynal sözünün əks mənası #zeynal sözünün etimologiyası #zeynal sözünün orfoqrafiyası #zeynal rusca #zeynal inglisça #zeynal fransızca #zeynal sözünün istifadəsi #sözlük