Rahib Zeynalov
Rahib Rəşid oğlu Zeynalov — Azərbaycan alimi, İnnovativ İstehsalat Mərkəzinin direktoru, texnika elmləri doktoru
== Ümumi məlumatlar ==
Rahib Rəşid oğlu Zeynalov 1936-cı ildə Azərbaycan SSR Salyan rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsi (Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər) şöbəsinə daxil olmuş, 1958-ci ildə oranı Mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. O vaxt ki Xalq Təsərrüfatı Şürasının Maşınqayırma İdarəsinin göndərişi ilə SM Kirov adına (Qazıma alətləri) zavodunda əmək fəaliyyətinə başlamışdır.
== Təhsili ==
1953-1958 - Azərbaycan Politexnik İnstitutu, mühəndis-mexanik
1967-1969 - Azərbaycan Patentşünaslıq İnstitutu - patentşünas
2008-2008 - Milli Neft və Qaz İnstitutu (Moskva şəhəri) - neftqazmədən avadanlığı təhlükəsizliyi üzrə ekspert
2009-2009 - Sertifikasiya, Standartlaşma və Metrologiya Akademiyası - ixtisasın artırılması
2009-2012 - Texniki Tənzimləmə və Metrologiyanın Federal Agentliyi (Moskva şəhəri) - ekspert
== Əmək fəaliyyəti ==
1958-1965 - SM Kirov adına Qazıma alətləri zavodunda (qıfıl sexində) briqadir, usta köməkçisi - mühəndis-texnoloq, zavodun texniki şöbəsində mühəndis-texnoloq, böyük mühəndis-texnoloq, baş texnoloqun müavini, zavodun texniki nəzarət şöbəsinin eksport üzrə müavini
1965-1969 - zavodun xüsusi konstruktor bürosunda İqtisadi əsaslandırma və buraxılan məhsulun tədqiqi və patent informasiya şöbəsinin rəisi
1969-1970 - texniki hazırlıq üzrə baş mühəndisin müavini
1970 - 1975 - zavodun Texniki Nəzarət şöbəsinin rəisi
1975-1994 - zavodun baş konstruktoru
1994-1998 - Bakı Maşınqayırma zavodunun direktoru
1998-2001 - Azərbaycan Maşınqayırma Texnologiyası İnstitutu, marketinq üzrə direktor
1998-2003 - Azərbaycan Elmlər Akademiyasında Təcrübə sınaq zavodunun baş direktoru
2001-2013 - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Neftin, qazın geotexnoloji problemləri və Kimya ETİ-da böyük və aparıcı elmi işçi
2015 - İnnovativ İstehsalat Mərkəzinin (MMC) direktoru.
== Elmi fəaliyyəti ==
1970 - Azərbaycan Politexnik İnstitutunun aspirantı (istehsalatdan ayrılmadan)
1976 - Texnika elmləri namizədi elmi dərəcə
2006 - Dosnet elmi dərəcə
2008-2009 - AR Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Texnika və Yer elmləri üzrə ekspert komissiyasının elmi katibi
2011 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da doktorant
2011-2012 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da dissertasiya şurasının elmi katibi
İmpakt faktor göstəricisi, uyğun olaraq 0,55 və 0,58 olan "Нефтепромысловое дело" və "Оборудование и Технологии" (Москва ВНИИОЭНГ) jurnalının redaksiya heyətinin üzvü
2015 - Texnika elmləri doktoru
== Elmi titulları ==
1970 - Azərbaycan Politexnik İnstitutunda aspirant (istehsalatdan ayrılmadan)
1976 - Texnika elmləri namizədi
2006 - Dosent elm adı
2009 - Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü
2015 - Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü
2015 - Böyük Britaniya və ABŞ Attestasiya sistemində standartlaşdırma, metrologiya, texniki tənzimləmə, neftmaşınqayırma və patent ekspertizası ixtisasları üzrə texnika elmləri doktoru
2016 - Beynəlxalq Akademiya Akkreditasiya, Attestasiya Komitəsinin səlahiyyətli nümayəndəsi
== Əsas elmi nailiyyətləri ==
1994-1997 - Azərbaycan ilk dəfə zavod məhsullarına və onların istehsalına Rusiya Federasiyasının uyğunluq sertifikatı almışdır.
1996 - Azərbaycanda MDB ölkələrində ilk dəfə qazıma borularına qaynaq edilən qıfılların istehsalına Amerika Neft İnstitutunun (API) 7-ci təsnifatı üzrə istehsalını təşkil etmiş və 1996-1997-ci illər üçün 12 milyon ABŞ dolları dəyərində Taqanroq Metallurgiya zavodu ilə müqavilə imzalanmışdır.
2000-2001 - Binəqədi Maşınqayırma zavodu - Törəmə Açıq Səhmdar Cəmiyyəti ilə sonuncunun istehsal etdiyi məhsulları və istehsalı API standartları tələblərinə uyğun sertifikasiyaya hazırlamaq üçün ümumi dəyəri bir milyard 200 milyon manat olan müqavilə bağlamış və müqaviləni vaxtında və yüksək keyfiyyətdə yerinə yetirmişdir.
2001-2002 - Dünya Bankının 5 Xəzəryanı ölkələrin "Neftləçirklənmiş torpaqların təmizlənməsi" mövzusunda qrantın qaliblərindən biri olmuşdur.
2010-2012 - Azərbaycan Respublikasının Prezidentinin yanında "Elmin İnkişaf Fondunun" konkurslarında 3 layihə üzrə iştirakçı olmuşdur.
2008-2012 - Azərbaycan Mühəndislik Akademiyasının təsərrüfat hesablı müqavilələrin realizasiyasında bilavasitə iştirak etmişdir.