Zeynala sözü azərbaycan dilində

Zeynala

Yazılış

  • Zeynala • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Seyid Zeynalabdin Rəhimzadə
Hacı Seyid Zeynalabdin Rəhimzadə (?-?)—İran Milli Məclisinin üzvü, siyasətçi. == Həyatı == Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi. Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi. Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.
Hacı Zeynalabdin
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Hacı Zeynalabdin Marağayi
Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayi (1840, Marağa, Şərqi Azərbaycan ostanı – 1910, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan və ya kürd əsilli İran yazıçısı. == Həyatı == Zeynalabdin Marağayi 1837-ci ildə Marağada bir kürd və ya azərbaycanlı ailəsindən anadan olmuşdur. O, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3–4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur. Hacı Zeynalabdin Mərağei özü bu barədə belə deyir: "O zamanlarda mən həm konsul və həm iranlıların başçısı və həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Krıma getməyə məcbur oldum və qardaşımla birlikdə İstambuldan Krıma malul ticarə aparıb, orada ticarətə məşğul oldum.
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (yanvar 1838, Bakı – 1 sentyabr 1924, Mərdəkan, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan milyonçusu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli laureatı. == Həyatı == === Erkən illəri === Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə(başqa mənbədə isə 1823-cü ildə) Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada (Bilgəh kəndindən olan xanımla) evlənmişdir. Zeynalabidinin anası Ümmü-xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi — Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H. Z. A. Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H. Z. A. Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı == Muzeyin strukturu == Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyevin portreti
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret. == Tarixi == İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu. İ. Brodski qeyd edir ki: == Xüsusiyyətləri == Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir.
Hacı Zeynalabdin Tağıyevin sarayı
Hacı Zeynalabdin Tağıyevin sarayı — Bakı şəhəri, H. Z. Tağıyev küçəsi 4 (köhnə Qorçakovskaya küçəsi 6) ünvanında yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş, hazırda isə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi saray binasıdır. Bina 1893–1902-ci illərdə mülki mühəndis Y. V. Qoslavski tərəfindən inşa olunub. Saray həyat yoldaşı Sona xanım üçün Tağıyevın hədiyyəsi idi. Bina şəhərin mərkəz hissəsində bütöv bir kvartalı əhatə edir və zəngin planlaşdırma strukturuna malikdir. Bu əzəmətli saray hər dörd fasadı və nəhəng gümbəzləri ilə diqqəti cəlb edirdi. Əsas simmetrik fasad italyan renessansının təmtəraqlı formalarında həll olunub. Sarayın tikintisi zamanı, Qoslavski klassik order sistemindən istifadə etsə də, kompozisiyanın bəzi elementləri və zalların interyerləri Azərbaycan memarlıq ənənələrindən ilhamlanmışdır. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur. == Tarixi == H. Z. Tağıyev İ. Qoslavskini memar kimi yüksək qiymətləndirir və ona mehribanlıqla yanaşırdı.
Hacı Zeynalabdin Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. == Tarixi == XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Hacı Zeynalabdin bələdiyyəsi
Sumqayıt bələdiyyələri — Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hacı Zeynalabdin qəsəbəsi
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Hacı Zeynalabdin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Hacı Zeynalabdin Əliyev
Hacı Zeynalabidin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir == Həyatı == Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. == Fəaliyyətləri == Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
II Zeynalabdin bəy Vəzirov
Zeynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir. == Həyatı == Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır. Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır. Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.
Mehmed Zeynalabdin Əfəndi
Mehmed Zeynalabdin Əfəndi (1750, Konstantinopol – 15 mart 1824, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Vakfiye, Süleymaniye Ktp., Esad Efendi, nr. 3847/4, vr. 30a-b. Şânîzâde, Târih, III, 207; IV, 196–198. Hızır İlyas, Târîh-i Enderûn, İstanbul 1276, s. 203–206. Atâ Bey, Târih, II, 184–186. Cevdet, Târih, XI, 127–128, 205–206. Sicill-i Osmânî, II, 304.
Mirzə Zeynalabdin Təbrizi
Mirzə Zeynalabdin Təbrizi (?-?) — İranda mətbəənin banisi. Mirzə Zeynalabdin Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. İranda çap işlərinin ilk addımlarını bir azərbaycanlı olan Mirzə Zeynalabdin etmişdi. Müxtəlif qaynaqlarda birinci Tipoqrafik çapxana Abbas mirzə Qovanlı-Qaçaın sifarişi ilə 1817-ci ildə Mirzə Zeynalabdin tərəfindən Rusiyadan İrana gətirilmişdi.
Molla Zeynalabdin Sağəri
Molla Zeynalabdin Molla Sadıq oğlu Sağəri (1791, Şuşa – 1854, Şuşa) — XIX əsr Azərbaycan şairi. Zeynalabdin Kərbəlayı Molla Sadıq oğlu 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə оxumuşdu. Şuşa şəhər məscidlərində axund olmuşdu. Molla Zeynalabdin şair idi. Sağəri təxəllüsü ilə "nərmünazik" şeir yazırdı. Seyid Əzim Şirvani öz təzkirəsində onun adını çəkmiş va bir şeirini vermişdir. M. Müstəhidzadə isə "Riyazül-aşiqin" kitabında Sağərinin Şuşada doğulduğunu, Axund Molla Sadıqdan dərs aldığını, ömrünün axırına qədər müdərrislik və şairlik etdiyini, divan yaratdığım bildirir. O, öz təzkirasində Sağərinin həm türkcə, həm də farsca şeirlərindən yerləşdirmişdir.
Seyid Mehmed Zeynalabdin Əfəndi
Seyid Mehmed Zeynalabdin Əfəndi (6 noyabr 1667, Konstantinopol – oktyabr 1751, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. 6 noyabr 1667-ci ildə İstanbulda dünyaya gəldi. Atası Manisalı qazəsgər Mahmud Əfəndidir. Doğulduğu əsnada atası hələ müdərris idi. 2 yaşındaykən isə atası Hələb, ardından Bursa və 1683-cü ildə İstanbul qazısı oldu. Bütün bu illər ərzində mədrəsə təhsilini tamamlayan Zeynalabdin Əfəndi bu əsnada şeyxülislam Əbəzadə Abdullah Əfəndinin qızıyla evləndi. Ankaralı Mehmed Əfəndinin şeyxülislamlığı illərində 1687-ci ilin fevralında müdərrislik dərəcəsi qazandı. Müxtəlif mədrəsələrdə xidmət etməsinin ardından qazı olaraq təyinat aldı. 1704-cü ilin noyabrında Saloniki, 1710-cu ilin martında Misir, 1715-ci ildə İstanbul qazılığına gətirildi. 1722-ci ilin fevralında naqibüləşraflığa, həmin ilin iyununda isə Anadolu qazəsgərliyinə yüksəldi.
Zeynalabdin
Zeynalabdin — Azərbaycanlı kişi adı. Hacı Zeynalabdin Tağıyev — Azərbaycan milyonçusu, mesenat. Hacı Zeynalabdin Şirvani — azərbaycanlı səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof. Zeynalabdin Hüseynov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə. Zeynalabdin Əliyev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə. Digər Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə.
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.
Zeynalabdin Hüseynov
Hüseynov Zeynalabdin Adil oğlu (1900, Salyan — 1969, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Lənkəran kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Azərbaycana qayıtdıqdan sonra onun diplomu tanınmamışdır. Zeynalabdin bəy ikinci dəfə ali təhsil diplomu almaq üçün Kiyevə getmiş, imtahan verərək, 1927-ci ildə yeni diplomla Azərbaycana qayıtmışdır. Bundan sonra, Z.Hüseynbəyov Bakıda uşaq klinikasında işləmiş, 1935-ci ildə isə Azərbaycan Tibb İnstitutunun dosenti olmuşdur. Z.Hüseynbəyov xaricdə təhsil almış, fransız, ingilis, alman və rus dillərini mükəmməl bilən Azərbaycanın ilk pediatr professoru idi. Fəqət sovet rejimi 1940-cı ildə Hüseynbəyovu sürgünə göndərmişdir. Həyat yoldaşını Qazaxıstana yola salan qırx bir yaşlı Terezanın kədərli günləri başlanır.
Zeynalabdin Mövsümov
Zeynalabdin Mövsümov (azərb. Mövsümov Zeynalabdin Rəsul oğlu‎) — Azərbaycan Milli Elmlər Akdemiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mineral gübrələr və mikroelemetlər laboratoriyasının rəhbəri, kənd təsərrüfatı elmlər doktoru, professor, İkinci dünya müharibəsinin veteranı. Zeynalabdin Mövsümovun azərbaycan, rus və ingilis dillərində dövrü mətbuatda, eləcə də ayrı-ayrı külliyatlarda, monoqrafiyalarda və aqrokimya sahəsində yazılmış məlumat kitabları və populyar səpgidə yazdığı kitabça və məqalələri mövcuddur. Mövsümov Zeynalabdin Rəsul oğlu 1925-ci ilin 21 dekabr tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1931-1938-ci illərdə Dırnıs kənd natamam orta məktəbində təhsil alıb. 1938-1941-ci illərdə Ordubad Pedaqoji texnimunda təhsil almışdır. Əmək fəaliyyətinə 1941-ci ildə başlayaraq, 1942-ci ilə qədər NMR Culfa rayonu rabitə şöbəsində böyük teleqrafçı kimi çalışmışdır. Üçüncü Reyxin 1941-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına qarşı müharibə başlamasından sonra cəbhə bölgəsinə yollanmış və burada müxtəlif diviziya və taborların tərkibində döyüşmüşdür. 1942-ci ilin 18 avqust tarixində Sovet ordusunun sıralarında 416-cı milli atıcı diviziyanın və 1198-ci xüsusi taborun tərkibində aparılan döyüşlərdə fəallığı ilə seçilən Zeynalabdin Mövsümov müharibə dönəmində və sonrasında müxtəlif orden və mükafatlarla təltif edilmişdir. 1942-ci ilin 22 noyabr tarixində döyüşdə yaralandıqdan sonra Maxaçqala şəhərində yerləşən hərbi hospitalda müalicə olunmuşdur.
Mirzə Zeynalabdin Rzayev
Mirzə Zeynalabdin Rzayev- 1928-1932-cu illərdə Ermənistan Ali Sovetinin deputatı Mirzə Zeynalabdin Rzayev Uluxanlı məktəbində Mirzə Cəlilin şagirdlərindən olmuşdu. O, sonra İrəvan gimnaziyasını bitirmişdi. Bizim günlərə qədər yaşayan Mirzə Zeynalabdin Rzayev 1928-1932-cu illərdə Ermənistan Ali Sovetinin deputatı olmuşdur. Dövrünün ağıllı, savadlı ziyalılarından idi.
Xacə Zeynalabidin Nəvidi
Əbdi bəy Şirazi (fars. عبدی بیگ شیرازی‎) və ya Xacə Zeynalabidin Nəvidi (fars. خواجه‌زین‌العابدین‌علی‎; 19 avqust 1515, Təbriz – 1580, Ərdəbil) — Səfəvi şairi və tarixçisi. Xacə Zeynalabidin 1515-ci ildə Təbrizdə anadan olmuşdur. "Ruzi-Rövşən"ə görə, ailəsi əslən İsfahandandır, lakin "İranika Ensiklopediyası"nda Şirazdan olduğu qeyd edilmişdir. Gürcüstan və Ərməniyyəyə səfərlər etmişdir. Təbrizdə Şah Təhmasibin saray dəftərxanasında qulluq etmişdir. Şeirlərinin böyük əksəriyyətini onun istəyi ilə və onun adına yazmışdır. Şeir külliyyatının 55 min beytə yaxın olduğu bildirilir. Məsnəvi janrında daha məharətli olmuşdur.

"zeynala" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zeynala nədir? #zeynala sözünün mənası #zeynala nə deməkdir? #zeynala sözünün izahı #zeynala sözünün yazılışı #zeynala necə yazılır? #zeynala sözünün düzgün yazılışı #zeynala leksik mənası #zeynala sözünün sinonimi #zeynala sözünün yaxın mənalı sözlər #zeynala sözünün əks mənası #zeynala sözünün etimologiyası #zeynala sözünün orfoqrafiyası #zeynala rusca #zeynala inglisça #zeynala fransızca #zeynala sözünün istifadəsi #sözlük