çamır sözü azərbaycan dilində

çamır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çamır • 81.8182%
  • Çamır • 13.6364%
  • ÇAMIR • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çamırlı
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çamırlı (Göyçə)
Çamırlı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Çamırlı Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritesində qeyd edilmişdir. Kənddə 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914-cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1929-cu illərdə ləğv edilmişdir. Toponim təkə adlı türk tayfasının bir tirəsini təşkil edən çomur//çomrı etnonimi əsasında formalaşmışdır. -lı mənsubluq bildirən şəkilçidir.
Çamırlı (dəqiqləşdirmə)
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.29

çamır sözünün leksik mənası və izahı

  • 1 is. 1. Palçıq, lil, lehmə. Qışda hər yanda lil, çamır palçıq; Yayda tozdan havası olmur açıq. A.Səhhət. [Pəricahan xanım:] Qaşqa atı çamıra salmağa heyfim gəldi. S.S.Axundov. 2. məc. Gerilik, cəhalət, mədəniyyətsizlik; bataqlıq mənasında. [Həyat:] Kəndi ayağa qaldırmaq, çamırlardan çıxarıb, işıqlı … yola çəkmək … hər bir namuslu vətəndaşın vəzifəsi deyilmi? M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / çamır

çamır sözünün etimologiyası

  • 1 “Su” anlamını əks etdirən qədim ça kökü ilə bağlıdır. Suyu çox olan palçığa, bulanıq suya deyirlər. Çiləmək, çağış (yağışın qədim forması), celin (“yelin”in qədim forması ) tipli sözlərdəki çi, ça, ce hissələri ilə “çamır”dakı ça hissəsi eyni sözün müxtəlif formalarıdır. Ağdaş rayonunda çamır sözü çamra (bulanıq) kimi işlədilir. Dilimizdə çamxırmaq (Qazax rayonunda “bədsifət” anlamını əks etdirir), çəmkirmək, çımxırmaq (birinin üstünə qışqırmaq, üz-göz bozartmaq) kəlmələri də mövcuddur. Bunlardan tərkibində olan çam, çəm, çım hissələri ilə “çamır”dakı çam eyni şeydir, hamısı “natəmizlik, bulanıq, tutqunluq” mənaları ilə bağlıdır və kökü “su” anlamına gedib çıxır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çamır

çamır sözünün sinonimləri (yaxın mənalı sözlər)

çamır sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. слякоть, грязь. Çamıra batmaq увязнуть в слякоти, çamıra bulanmaq (bulaşmaq): 1) выпачкаться грязью 2) перен. впутаться, быть впутанным в тёмные дела; попасть в грязь; çamıra düşmək см. çamıra batmaq 2. жижа (текучая смесь разнородных жидких частиц) 3. разг. раствор. Hörgü çamırı раствор для кладки камня (кирпича и т.п.), çamır tutmaq (hazırlamaq) приготовить раствор 4. перен. болото (косность, застой)

    Azərbaycanca-rusca lüğət / çamır

çamır sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьар, палчух, хурх, лемкье, лил; 2. пер. кьар, уьлен, гуьгъуьна амайвал, медениятсузвал, буьндуьгуьрвал.

    Azərbaycanca-ləzgicə lüğəti / çamır

çamır sözünün türk dilinə tərcüməsi

çamır sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Goranboy, Qazax, Şahbuz, Şəmkir, Tovuz, Yevlax) palçıq. – Su çamır kimi gəler, çay qoymağ olmaz (Tovuz); – İnəx’lər çamırın içindədi (Qazax); – Getdim gördüm at batıb çamıra, çıxa bilmir (Şahbuz)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çamır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çamır nədir? #çamır sözünün mənası #çamır nə deməkdir? #çamır sözünün izahı #çamır sözünün yazılışı #çamır necə yazılır? #çamır sözünün düzgün yazılışı #çamır leksik mənası #çamır sözünün sinonimi #çamır sözünün yaxın mənalı sözlər #çamır sözünün əks mənası #çamır sözünün etimologiyası #çamır sözünün orfoqrafiyası #çamır rusca #çamır inglisça #çamır fransızca #çamır sözünün istifadəsi #sözlük